Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DƏSTƏMAZ

is. [fars.] din. Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. Dedi: - Bəs mən gedim bulağa tərəf; Dəstəmazım mənim olubdu tələf. S.Ə.Şirvani.
□ Dəstəmaz almaq həmin ayini icra etmək. Bir gün bir nəfər molla, necə olursa, məscid həyətində dəstəmaz alanda çarhovuza düşür. “MN.lətif. ” [Cahan:] Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DAZ

DON