İzahlı lüğət

DURUŞ

is. 1. Durma tərzi, durma vəziyyəti, özünü tutma tərzi. ..Başında göy araxçın, duruşunda əzəmət; Üzündə qəm izləri, gözlərində məhəbbət. B.Vahabzadə. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı.. H.Cavid. Duruşun mənalı, baxışın dərin; Mən bu dərinlikdə tapdım baxtımı. M.Müşfiq.
2. Dayanacaq, duracaq. Duruş məntəqəsi.
Tramvay duruşunda təyyarə bığlı bir gənc; Zilləyib gözlərini bir qapıya səhərdən. S.Rüstəm.
□□ Duruş gətirmək - səbir etmək, dözmək, davam gətirmək, dayanmaq. 178 və 179-cu atıcı polklar.. gəncəlilərin qabağında duruş gətirməyib geriyə - öz əvvəlki mövqelərinə çəkildilər. İ.Şıxlı. Duruş vermək- bax duruş gətirmək. ..Adam duruş verib biryerdə dura bilmir. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed