İzahlı lüğət

DUA

is. [ər.] 1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə.
// Bu məzmunda olan mətn, yazı. Dua kitabı. - Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda vermir. S.S.Axundov. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar.
H.Sarabski. Şair gedir... Bu gün dua əvəzinə həzin-həzin, Oxuyurlar “Şəbi-hicran” qəzəliniFüzulinin. B.Vahabzadə.
// Allaha yalvarış; bir xahişlə, iltimasla, yaxud təşəkkürlə Allaha, müqəddəs sayılanlara müraciət; dua mərasimi.
□ Dua etmək (eləmək)
1) Allaha müraciət edib yalvarmaq, iltimas etmək. [Hacı:] Otur evdə, dua eylə ki, gəlsin qardaşın Səlim. C.Cabbarlı. [Ömər koxa] ..Yatmazdan əvvəl üzünü qibləyə çevirib dua elədi. İ.Şıxlı; 2) birisinə təşəkkür, minnətdarlıq ifadəsi olaraq Allaha müraciətlə onun üçün xoşbəxtlik, rifah və salamatlıq diləmək. Muzdur şadlığına sağ əlini yuxarı qalxızıb Sədrəddin bəyə və prokurora dua etdi. S.M.Qənizadə. Ramazan yenə də Tahiri düşünür, ürəyində ona dua eləyirdi. M.Hüseyn.
2. Salam mənasında. [Hacı Qənbər:] Get, axşama düşərsən və mənim tərəjimdən çoxçox dua apar. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DUL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed