İzahlı lüğət

DALINCA

zərf 1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl. - Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Məmmədquluzadə. Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı. S.Vurğun.
Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir.
Məqsəd bildirir. Həkim dalınca adam göndərmək. - [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DUL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed