İzahlı lüğət

DOST

is. [fars.] 1. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş, arxadaş. Köhnə dost. Uşaqlıq dostu. - Hər şeyin təzəsi, dostun köhnəsi. (Ata. sözü).
// Birinin yaxşılığını, xoşbəxtliyini istəyən, onu ürəkdən sevən (düşmən ziddi). [Yusif:] Heç bundan yaxşı şey olarını ki, qəlbdən istədiyin dostdan məktub alasan! N.Nərimanov. Neçəyüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənimizi tanıyaq? C.Məmmədquluzadə.
□ Dost olmaq - aralarında dostluq münasibəti olmaq, ya yaratmaq, dostlaşmaq, arxadaş olmaq, yaxmlaşmaq. Mirzağa, gəncliyinə baxmayaraq, bu vaxtadək bir qız və ya qadınla dost və arxadaş olmamışdı. S.Hüseyn. [Dürrə:] Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam.
M.S.Ordubadi. [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşduq. İ.Əfəndiyev. Dost tutmaq - özünə dost saymaq, sevmək, çox xoşlamaq. ..Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə. [Təliə:] Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqi ilə oxuyanları da dost tuturam. M.S.Ordubadi.
sif. mənasında. Dostluğa əsaslanan, bir-birinə qarşı xeyirxah olan. Dost ölkələr. Dost xalqlar.
// Tərəfdar, müdafiəçi, havadar. - Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan. S.Vurğun.
// sif. Sevən, istəyən, əziz tutan.
Adətən dosta, yaxın adama müraciət dost! Əziz dost! - Gəlin, dostlar! Qələmdaşlar! Fərhad kimi külüng vuraq; Biz yaradaq dünyamızın qəhrəmanlıq dastanını! S.Vurğun. [Əhməd:] - Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən? İ.Şıxlı. Bir azdan sonra Lütfəli özü üçün bir rumka da araq töküb: - Sağ ol, dostum! deyə içdi. İ.Musabəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed