İzahlı lüğət

DOLANMAQ1

f 1. Bir şeyin ətrafında fırlanmaq, hərlənmək, dövr eləmək, aylanmaq; dövrə vurmaq. Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar. - Hüseynağa şeylərin daşınmasını gözləmədən yuxarı çıxıb buruğu dolandı. M.İbrahimov. Dörd tərəfimdəki mərzlərlə zəminin dövrəsini dolanırdım. Ə.Sadıq.
məc. Dövr etmək. Rəyimcə dolanmadı bu dövran; Bilməm ki, nədəndurur bəlası. Əmani. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir.
// Gəlib keçmək, ötüb keçmək. Dolandı qış, gəldi bahar; Göllərdə ördək, qaz gördüm. “Koroğlu”. Saqiya, belə ah-uf etmə; Dolanar bu zəmanə, inşallah. M.Möcüz.
Gəzmək, dolaşmaq. Gedək bir az dolanaq, qayıdaq. - Bir ay ramazanı mömin müsəlmanlar səhərdən axşamadək kefli kimi dolanırlar. C.Məmmədquluzadə. [Tapdıq:] Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında. C.Cabbarlı.
Yaxın gəlmək, bir yerə gəlmək; bir şeyin ətrafında, yaxınlığında gəzmək, görünmək. [Məşədi Əhməd:] Heç kəs mənim qapıma
dolana bilməz. Ə.Haqverdiyev. [Tağıyev] çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. M.S.Ordubadi.
məc. Canlanmaq, daima xatirində, təsəvvüründə olmaq. Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn. Gülnaz heç şey görmürdü, bütün üzlər və gözlər, dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi gözlərində dolanırdı. M.İbrahimov.
Tədavüldə olmaq. [Məşədi Allahverənin] hələ bir az bankda, bir az da əllərdə prosent iləpulları dolanır idi. N.Nərimanov.
Sarılmaq. Misri qılınc gəlmələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”. İşin şirin yerində çayın suyundan daha soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev.
İlişmək, dolaşmaq. Yeriyəndə ayaqları bir-birinə dolanır.
Dönmək, çevrilmək, dəyişmək. İndi bütün iş dolanıb lağ-lağa; Dərs oxudur hər başı fəsli çağa. M.Ə.Sabir. Az vəqtdə fikri dəyişib rəyi dolandı. Ə.Nəzmi.
Hərəkət etmək, davranmaq, özünü hər hansı bir tərzdə aparmaq. Pərviz xan fırıldaq kəlməsindən dilxor olmuşdu. Lakin öz etiqadını pozmayaraq ədəb dairəsində dolanırdı. M.S.Ordubadi. Qoca arvad yenə Laçının üzündən öpdü, ehtiyatlı dolanmağı məsləhət görüb getdi. M.Hüseyn.
Yola getmək, yoldaşlıq etmək, keçinmək. Onlar bir yerdə dolana bilmirlər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DUL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed