İzahlı lüğət

DİDAR

is. [fars.] klas. 1. Görünüş, üz, sifət, zahiri sima. Doymaq olmaz didarından bir zaman; Tamaşası, qaşı-qabağı şirin. M.P.Vaqif. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir.
// Üz, çöhrə; gözlər (çox zaman gözəl haqqında). Yar olan yerdə nədir xublərin didarı.S.Ə.Şirvani. Tale yarı yardan aralı saldı; Öksüz ruhum didarə həsrət qaldı. H.Cavid.
2. Görüş, görmə. Ümidim çox idi yetəm didarə; Deyəm ərzi-halı o nazlı yarə. Ə.Nəbati. [Fərman:] Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb .. vida edirəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed