Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DƏRİN

sif. 1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl. - Bu dərə, dərin dərə; Suları sərin dərə; Ovçu maral axtarır; Göstərmə yerin, dərə! (Bayatı).
// Dərində olan. Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Bu saat dənizdə ən dərin buruq harada qazılır? M.Hüseyn.
// Dərindən çıxan. Dərin su bulanmaz. (Ata. sözü).
// is. Dərin yer. Balta çox dərinə getdi.
// is. Müəyyən dərinlikdə olan. Dənizin (çayın) dərin yeri.
// Başqa özü kimilərə nisbətən daha çox dərinliyi olan. Dərin boşqab. Alnında dərin qırışıqlar var.
// Zərf mənasında. Dərindən. Dərin qazımaq. - Yer hamarlanır, traktorlar dərin şum eləyirdi. Ə.Vəliyev.
// Çox dərinlikdə olan, çox dərində yerləşən, çox dərinə girən. Ağacın dərin kökləri. Dərin süxurlar.
// Çuxur, çuxurda olan.
// Dərindən gələn (çıxan, eşidilən). Dərədə dərin bir uğultu vardı. M.Hüseyn.
// İçəriyə doğru xeyli dərinliyi olan, xeyli içəriyə girmiş. Dərin taxça. Ağacda dərin oyuq.
Çox uzaqlara gedən, çox uzaqlarda olan, gözlə görünə bilən, hüdudu olmayan. Hava dəryası dərin olduqca, onun ağırlığı da artıq olur. H.Zərdabi.
// məc. İntəhasız, sonsuz, ucsuz-bucaqsız. [Uluğ:] ..Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq.
// Uzaq, uzaqda olan. Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Maşınımız artıq gurultu və atışma səslərindən uzaqda, demək olar ki, dərin arxada idi. Mir Cəlal.
// is. (cəm şəklində). Uzaq yerlər, uzaqlar; əlçatmaz, görünməz, tənha yerlər. Meşənin vahimələri özlərini daha dərinlərə, xəlvətlərə çəkirdi. S.Rəhimov.
məc. Çox məzmunlu, çox mənalı, əsaslı, əhəmiyyətli, ciddi; çox ağıllı, çox düşünmək tələb edən. Dərin söz. Dərin fikir. Dərin məlumat. Dərin təhlil. Dərin məna. Dərin əsər. - Bu dərin məanini gör, nə bəyan qılır Nəsimi; Fələkin dili tutuldu bu ulu bəyan içində. Nəsimi. [Dəli Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli.
// Çox bilikli, çox məlumatlı, elmli, dünyagörüşü geniş olan. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq .. dərin həkimlərin sənətidir. C.Məmmədquluzadə.
məc. Çox güclü, yüksək dərəcəyə çatmış, çox təsirli. Elə bil ki, Cəlilin vücudu ancaq dərin yas, acı kədərdən yoğrulmuşdu. S.Rəhimov. [Keşikçinin] ..iri, ala gözləri dərin bir səmimiyyətlə alışıb-yanırdı. M.Hüseyn.
məc. Tam, heç bir şeylə pozulmayan. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi. Ortalığı dərin bir sükut qaplamışdı. M.Hüseyn. Məclis natiqin nə söyləyəcəyini gözləyərək dərin bir sükuta daldı. Ə.Vəliyev.
□□ Dərin(ə) getmək - ifrata varmaq. Ağa dərviş, çox dərin gedirsən, atam, mən bir yazıq, kasıb babayam, Allah xatirinə, məni bəlaya salarsan. N.Vəzirov.
dərin-dərin 1) sif. çox dərin (çoxluq bildirir). Dərin-dərin dənizlər. - Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani; 2) zərf dərindən. Dərindərin sızlamaq. - Böyükxanım da Münəvvərin əlbəsə və qiyafəsini mülahizə edib, dərindərin düşünürdü. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DAZ

DE

DO1

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla