İzahlı lüğət

DƏM1

is. [fars.] 1. Qısa vaxt, an, ləhzə.
Bir dəm - 1) bir vaxt, bir anlıq. Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif; 2) heç, əsla. Gözəl üzündə bir dəm; Nə dərd görmüşdüm, nə qəm. S.Vurğun. Bir dəmdə - bir anda, bir ləhzədə, dərhal, göz açıb-yumunca. Dönər rəyimlə bir dəmdə bu çərxi-kəcmədar əlbət. S.Ə.Şirvani. Bu dəm(də) - bu vaxt, bu əsnada. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. S.S.Axundov. Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Ə.Haqverdiyev. O dəm(də) - o saat, o vaxt, o dəqiqə, dərhal. Ağaclar tərpədəndə baş çəməndə; Söyüd söylər o dəmdə: -Mən də, mən də. (Ata. sözü). Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün, .. bayram günüdür.. C.Məmmədquluzadə. Hər dəm - hər dəqiqə, hər an, hər ləhzə, həmişə, daim. Quzuya qurd desəm istəməz quzu; Yazıqlar! Hər dəmdə yazıqdı onlar. M.Araz.
// Ümumiyyətlə, vaxt, çağ, zaman, əyyam, dövr (çox vaxt cəmdə işlənir). Cavanlıq dəmi. - Yorğun qanadlarım çırpınmaq istər; Gəl keçən dəmləri etməyəlim yad. M.Müşfiq. Bu dəmlərdə heç nəyə də əlim çatmasa; Qaysağını qopardıram Araz dərdimin. M.Araz.
□ Dəmi gəlmək - vaxtı gəlmək, növbəsi yetişmək. Araza gəmi gəldi; Su daşdı, gəmi gəldi; Yaş tök, ağla, gözlərim; Ayrılıq dəmi gəldi. (Bayatı).
2. Ədat mənasında. Gah, bəzən. - Ay hacı, dünyadır da, dəm eniş, dəm yoxuş, bilmirsən? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DUA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed