İzahlı lüğət

DAYI

is. 1. Ananın qardaşı.
Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf hayıf Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər, dost qəm yeyər; Qızlar baxıb "dayı ” deyər; Ağarma, saçım, ağarma! M.Araz.
// Bəzən kinayə və ya istehza ilə deyilir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir.
məc. dan. Öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). Onun burada dayısı var.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed