İzahlı lüğət

DARALMAQ

f 1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır.
// Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynəkyığılıb daraldı.
Tükənmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm.. M.F.Axundzadə.
Təngişmək, sıxılmaq, təng olmaq. Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. A.Şaiq.
məc. Qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq. Sağ olun! Çən gəlir, hava qaralır; Sonra gecikərik, gün də daralır. S.Vurğun.
Bax darılmaq. Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed