1
İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 8
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

AEROLOGİYA (ID - 351)

[rus.] Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm.

AERONAVT (ID - 352)

[rus.] Uçucu aparatlarda havaya uçan adam.

AERONAVTİKA (ID - 353)

[yun.] Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası.

AEROPLAN (ID - 354)

[fr.] bax təyyarə. Qəzəl olmasaydı guya İranda; İndi biz uçardıq aeroplanda. Şəhriyar.

AEROPORT (ID - 355)

[yun. aero və lat. port] Nəqliyyat təyyarələrinin müntəzəm uçuşlarını təmin etmək üçün lazım olan tikinti və avadanlıqla təchiz edilmiş böyük aerodrom. Bakı aeroportu.

AEROSƏPİN (ID - 356)

is. [yun. aero və səpin] k.t. Alçaqdan uçan təyyarələr vasitəsilə səpin.

AEROSTAT (ID - 357)

[rus.] Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu. Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar ki, elm imtahanı...

AFAQ (ID - 358)

is. [ər. “üfüq” söz. cəmi] şair.
Üfüqlər. Məhtab bir şəb idi, hava mişkbar idi; Afaqə nur axardı, səma ləməzar idi. M.Hadi. Hökmfərmadır onda sümtü sükut; Sarmış afaqını dumanlı bulud. A.Səhhət.
məc. Aləm, dünya,...

AFAT (ID - 359)

is. [ər. “afət” söz. cəmi] b a x afət 1-ci mənada. [Nəsib:] Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı .. nədi, bilmirəm! Mir Cəlal.
□ Afat vurmaq - təbii fəlakətə uğramaq, dolu vurmaq və s. Afat...

AFƏRİN (ID - 360)

nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! - Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq.....

AFƏT (ID - 361)

is. [ər.] 1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə.
...

AFƏTZƏDƏ (ID - 362)

sif. [ər. afət və fars. ...zədə] Bəlaya, müsibətə uğramış, fəlakətə düçar olmuş.

AFFAYI (ID - 363)

zərf [fars.] dan. Havayı, nahaq, boşuna, əbəs.

AFFEKT (ID - 364)

[lat. affectus - ruhi həyəcan] İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə...

AFFRİKAT (ID - 365)

is. [lat.] dilç. İki samitin qovuşmasından yaranan yeni samit; məs.: rusca ö (t +^s) və h (t+ş).

AFİŞA (ID - 366)

[fr.] Tamaşa, konsert haqqında (divarlara vurulan) elan. Rüstəm gülüb dedi ki, buna afişa deyərlər, tamaşadan iki-üç gün qabaq yazıb divara yapışdırırlar ki, camaat oxuyub bilsin. H.Sarabski. Hüseyn bu afişanın qarşısında donub...

AFİYƏT (ID - 367)

is. [ər.] köhn. Cansağlığı, sağlamlıq, səhhət. Ol bəzm idi afiyət bahari; Mən bülbüli-zari-biqərari. Füzuli.
□ Afiyət olsun! köhn. - cansağlığı, sağlamlıq arzusu bildirən ifadə (adətən şərbət, su içənlərə, yaxud...

AFORİZM (ID - 368)

is. [yun.] Dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə; hikmətli söz. Nizaminin aforizmləri. Sədinin aforizmləri. Aforizmdə fikrin bitkinliyi və formanın səlisliyi əsas şərtdir.

AFORİZMLİ (ID - 369)

sif. Aforizmlərlə dolu olan. Nizaminin aforizmli şeirləri.

AFRİKALI (ID - 370)

sif. Afrikada yaşayan, Afrika əhli.

AFTAB (ID - 371)

is. [fars.] şair. Günəş. Cam içrə mey ki, dairə salmış hübab ona; Ayinədir ki, əks salır afitab ona. Füzuli. Novbahari-hüsnü etdikcə tərəqqi ol məhin; Şərm edib hər gün uzaqlardan dolanır afitab. S.Ə.Şirvani.

AFTABA (ID - 372)

[fars.] b a x aftafa. Görürsən ki, elə hey çay başıaşağı o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər. C.Məmmədquluzadə. Usta Ramazan aftabanı götürüb, bağçadan çıxdı....

AFTAFA (ID - 373)

is. Lüləyi və qulpu olan su qabı; lüləyin. Səriyyə tas və aftafanı gətirib mübaşir Məmmədin .. əllərinə su tökdü. M.İbrahimov.

AFTAFA-LƏYƏN (ID - 374)

is. Aftafa ilə ləyəndən ibarət yuyunma ləvazimatı. Yenə aftafaləyən gəldi, isti su və sabunla əllər və ağızlar yuyulub silindi. Çəmənzəminli.

AGAH (ID - 375)

[fars.] Xəbərdar. İnanma gər desə rəmmal sirri-qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani.
Agah etmək - xəbərdar etmək, bildirmək. Olmuya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz...

AGAHLIQ (ID - 376)

is. Xəbərdarlıq.

AGENT (ID - 377)

[lat.] 1. Bir idarə və ya müəssisənin tapşırığı və ya vəkaləti ilə iş görən adam, müvəkkil. Ticarət agenti. Maliyyə şöbəsi agenti. Abunə toplayan agent.
2. Casus. Çar xəfiyyəsi agentləri. Düşmən agenti. - ..Çar agentinə...

AGENTLİK (ID - 378)

is. 1. Mərkəzi bir idarə və ya müəssisənin yerlərdə olan şöbəsi, nümayəndəliyi, müvəkkilliyi. Dövlət bankı agentliyi. Sığorta idarəsi agentliyi.
Qəzetlər üçün məlumat toplamaqla məşğul olan idarə. Teleqraf agentliyi...

AGENTURA (ID - 379)

[lat.] 1. Bir müəssisə, idarə və ya təşkilatın agentləri.
2. Xarici hökumətlərin casus və diversantları.
// Casuslar; casusluq.

AGƏH (ID - 380)

klas. b a x agah.

AĞ1# (ID - 381)

1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük. - Sona gülümsünüb, ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. N.Nərimanov.
sif. Təmiz, yazılmamış. Ağ kağız. Ağ dəftər.
is. Gözün buynuz təbəqəsində...

AĞ2 (ID - 382)

AĞ3 (ID - 383)

is. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı. Aşıq Fətəli.

AĞ4 (ID - 384)

[ər.]: ağ olmaq, üzünə ağ olmaq - itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. [Gülsənəm:] Atamı da, xanın üzünə ağ olduğuna görə üç gün bundan qabaq boğazından asdılar. Ə.Haqverdiyev. Tövbə... Ey mollanümalar, sizə ağ...

AĞA (ID - 385)

is. köhn. 1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev.
Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb.
// Keçmişdə...

AĞABACI (ID - 386)

is. dan. məh. Böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən ad.

AĞAC (ID - 387)

is. 1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. - Ağac bar gətirdikcə başını aşağı dikər. (Ata. sözü).
// Oduncaq. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban...

AĞACAN (ID - 388)

is. köhn. Ataya, yaxud böyüyə hörmət və nəvazişlə müraciət. Odur ki, Qurban həmişə fürsət tapanda deyirdi ki, ağacan, qurban olum, belə işləri eləmə. İ.Musabəyov.

AĞACATMA (ID - 389)

is. köhn. 1. Əl ağacı kimi bir ağacla oynanılan oyun adı.
2. Keçmişdə qoyun satdıqda, seçmə olmasın deyə, sürünün içinə ağac atıb, onun bir hissəsini ayırma.

AĞACAYAQ (ID - 390)

is. köhn. məh. 1. Ayaqlarına qarmaqlı ağaclar taxıb gəzən oyunbaz.
Qılçası olmadığı üçün ağacdan qayrılmış süni ayaqla gəzən adam; axsaq.
məc. Uzundraz adam.
zool. Su kənarında yaşayan uzunayaq bir quş.

AĞACDEŞƏN, AĞACDƏLƏN (ID - 391)

is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn... Palıd, səni kim yıxdı? M.Araz.

AĞACDOĞRAYAN (ID - 392)

sif. Kəsilmiş ağacları doğramaqla onlardan taxta-şalban hazırlayan. Ağacdoğrayan zavod.

AĞACKƏPƏNƏYİ (ID - 393)

is. zool. Ağaclara ziyan vuran kəpənəyə oxşar cücü.

AĞACQURBAĞASI (ID - 394)

is. zool. Həyatının çoxunu ağacda keçirən yaşıl rəngli kiçik qurbağa.

AĞACQURDU (ID - 395)

is. zool. Ağacların içərisində yaşayan zərərverici (cücü).

AĞACLAMAQ (ID - 396)

f Ağacla vurmaq.

AĞACLAŞMA1 (ID - 397)

“Ağaclaşmaq1#”dan f.is.

AĞACLAŞMA2 (ID - 398)

“Ağaclaşmaq2#”dan f.is.

AĞACLAŞMAQ1 (ID - 399)

qarş. Bir-birini ağacla vurmaq, ağacla vuruşmaq.

AĞACLAŞMAQ2 (ID - 400)

f Ağac kimi bərkimək, sərtləşmək. [Bitkinin] toxumları yetişəndə qozaları ağaclaşır və ya giləmeyvə şəklini alaraq ətlənir. H.Qədirov.

Bu səhifə 196 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif