Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AXUR (ID - 801)

is. 1. Heyvanlara yem tökmək üçün taxtadan, daşdan və s.-dən qayırılan divara yapışıq qab, qutu. [Əmioğlu:] Budaq baba, .. atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun. S.S.Axundov. Firidun söhbəti...

AX-VAY (ID - 802)

b a x ah-vay.

AİD (ID - 803)

əd. [ər.] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus. İdarəyə aid işlər. Dilçiliyə aid terminlər. Məsələ bizə aid deyil. Şəkil 13-cü səhifəyə aiddir. - [Nadir bəy:] Məncə, gözəllik zövqə aid bir şeydir. Cavid.
...

AİDİYYƏT (ID - 804)

is. [ər.] Aid olma, nisbət və əlaqəsi olma, dəxli olma. Bunun sizə aidiyyəti varmı?
□ Aidiyyəti üzrə rəs. -haraya lazımsa, oraya, aid olduğu yerə. Ərizəniz aidiyyəti üzrə göndərildi.

AİDLİK (ID - 805)

b a x aidiyyət.

AİLƏ (ID - 806)

is. [ər.] 1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət. Ailə başçısı. Ailə saxlamaq. Ailə üzvü. Ailə tərbiyəsi. Ailə həyatı. Ailə vəziyyəti.
[Qətibə:]...

AİLƏBAZ (ID - 807)

sif. və is. [ər. ailə və fars. ...baz] Ümumi mənafeyi deyil, birinci növbədə öz qohum və yaxınlarının mənafeyini güdən (adam).

AİLƏBAZLIQ (ID - 808)

is. Ümumi mənafeyin ziddinə olaraq, ilk növbədə öz qohumlarının və yaxın adamlarının mənafeyini güdmə.

AİLƏCANLI (ID - 809)

sif. Öz ailəsini çox sevən, onun qeydinə qalan, ailəsinə yaxşı baxan. Ailəcanlı kişi. - [Müəllim:] Qonşu, görürəm, siz doğrudan da əsil qayğıkeş, ailəcanlı bir yoldaşsınız. Mir Cəlal. Həmişə evcanlı, ailəcanlı; Kişilər...

AİLƏÇİLİK (ID - 810)

is. dan. 1. Bax ailəpərəstlik.
2. məc. Bir işin öz mənfəətinə, xəlvəti və öz yaxın adamlarının məhdud çərçivəsi içərisində aparılması, həll edilməsi; qohumbazlıq, dostbazlıq (mənfı mənada işlənir). İşdə ailəçiliyə...

AİLƏLİ (ID - 811)

sif. Ailəsi olan, külfəti olan, arvad-uşağı olan; evli. Ailəli adam.

AİLƏPƏRƏST (ID - 812)

sif. [ər. ailə və fars. ...pərəst] 1. B a x ailəcanlı.
2. B a x ailəbaz. Ailəpərəst adam.

AİLƏPƏRƏSTLİK (ID - 813)

is. 1. Ailəsinə məhəbbət, ailəsini sevmə.
2. B a x ailəbazlıq.

AİLƏSİZ (ID - 814)

sif. Ailəsi, külfəti olmayan, arvad-uşağı olmayan, evli olmayan. Evsiz, ailəsiz məhəbbətmi var? S.Vurğun.

AİLƏSİZLİK (ID - 815)

is. Ailəsi, külfəti, arvad-uşağı olmama, ailəsiz adamın halı.

AİLƏVİ (ID - 816)

sif. [ər.] Ailəyə mənsub, ancaq ailəyə məxsus, ailəyə aid olan. Ailəvi məsələ. Ailəvi söhbət. Ailəvi qonaqlıq.
[Zübeydə xatun] xəlifə ərinin azğın eyşişrət məclislərində, əlbəttə ki, iştirak edə bilməzdi və .....

AJAN (ID - 817)

[fr.] Polis, polis agenti. Nə zalım əmniyyədən, nə ajandan qorxdular. S.Rüstəm. Dustaq etmiş haqq deyən o insanı ajanlar. M.Rahim. Bir darvaza fənərini külək çırpır bayaqdan; Gəlir ajan atlarının nal səsləri uzaqdan. Ə.Cəmil.

AJÜR (ID - 818)

is. 1. Deşikli hörgü.
2. İncə krujevalı (şəbəkəli, torlu) parça.

AKADEMİK (ID - 819)

[yun.] 1. Elmlər Akademiyasının həqiqi üzvü.
2. Müvafiq akademiyaya seçilmiş alimin, rəssamın, heykəltəraşın və b.-nın fəxri adı.

AKADEMİK (ID - 820)

sif. 1. Akademiyaya aid olan. Akademik lüğət. Akademik kitabxana. 2. Akademizm (2-ci mənada) ənənələrinə riayət etmə. □□ Akademik il - tədris ili. Akademik saat - məktəbdə dərs, yaxud mühazirə üçün müəyyən edilmiş...

AKADEMİYA (ID - 821)

[miladdan qabaq IV əsrdə Afina şəhəri yaxınlığındakı bağlarda qədim yunan filosofu Platon tərəfindən təşkil edilmiş məktəbin adından] 1. Elm və sənətləri inkişaf etdirmək məqsədini daşıyan ali elmi müəssisə. Azərbaycan...

AKADEMIZM (ID - 822)

[yun.] 1. Elm və tədris məşğələlərində sırf nəzəri cəhətə həddindən artıq fikir verilməsi, onların praktikadan, həyatın tələblərindən ayrılması.
2. Təsviri incəsənətdə: müəyyən klassik nümunələrə riayət etmək...

AKASİYA (ID - 823)

is. [yun.] bot. Paxlalılar fəsiləsindən ağac və ya kol cinsi. Ağ akasiya. Sarı akasiya. - Akasiya 5-6 m hündürlüyündə ağac olub xırda lələkli yarpaqları və sünbül şəklində yerləşmiş açıq-sarı rəngli və ətirli çiçəkləri...

AKIN (ID - 824)

is. [qazax.] Qazax və qırğızlarda xalq aşığı, ozan.

AKKORD (ID - 825)

is. [ital.] mus. Bir-birindən çeşidli intervalda yerləşən, eyni zaman ərzində ən azı üç həmahəng səslənən tonun birləşməsi. Səbri bütün diqqətini toplayıb son akkordları vurdu. M.Hüseyn.

AKKORDEON (ID - 826)

[fr.] Qarmona oxşaryan musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: klavişli musiqi alətləri (ərğənun, qarmon, fisqarmoniya, bayan, akkordeon və sairə)... Ə.Bədəlbəyli.

AKKORDEONÇU (ID - 827)

is. Akkordeon çalan çalğıçı ^

AKKREDİTİV (ID - 828)

[fr.] İdarə və ya şəxsə vermək üçün kredit; müəssisənin digər bir müəssisəyə göstəriş sənədi. Akkreditiv ilə hər yerdə əmanət kassalarından pul almaq olar.

AKKUMULYASİYA (ID - 829)

[lat.] fiz. Elektrik enerjisinin toplanması.

AKKUMULYATOR (ID - 830)

[lat.] fiz. Sonradan istifadə olunmaq məqsədi ilə elektrik enerjisi, yaxud istilik toplamaq üçün cihaz. Elektrik akkumulyatoru. - Neft qazı akkumulyatora daxil olub, orada kondensatdan və zir-zibildən təmizlənir. Məmmədəliyev.

AKMEIZM (ID - 831)

[yun.] 1912-1913-cü illərdə rus ədəbiyyatında meydana gəlmiş burjua zadəgan cərəyanı.

AKR (ID - 832)

is. [ing.] köhn. Gündə bir cüt öküzlə şumlanan sahə. 1 akr = 4046,86 kv.m.

AKRİXİN (ID - 833)

[lat.] tib. Kinəni əvəz edən malyariya dərmanı.

AKROBAT (ID - 834)

[yun.] 1. Sirkdə akrobatik nömrələr göstərən artist; canbaz.
2. idm. Gimnastika ilə məşğul olan idmançı.

AKROBATİK (ID - 835)

sif. Akrobatikaya aid. Akrobatik nömrə.

AKROBATİKA (ID - 836)

[yun.] Gimnastika və sirk sənətinin bir növü.

AKROBATLIQ (ID - 837)

is. Akrobatın işi, sənəti, məharəti; canbazlıq.

AKROPOL (ID - 838)

[yun.] Qədim yunan şəhərlərinin adətən təpə üzərində yerləşən möhkəmləndirilmiş hissəsi.

AKSELBANT (ID - 839)

[alm.] Bəzi ordularda: müxtəlif ştab zabitləri və adyutantların geyim üstündən çiyinlərindən keçirdikləri bəzəkli qaytanlar.

AKSİOM (ID - 840)

[yun.] 1. riyaz. Sübutsuz qəbul edilən fikir. Həndəsədə olduğu kimi, maddi nöqtənin dinamikası elmini qurmaq üçün bir neçə aksiom qəbul olunur. Bu aksiomlar həndəsədəki aksiomlar kimi, uzun müddət aparılan müşahidə və təcrübələrdən...

AKSİONER (ID - 841)

[fr.] b a x səhmdar.

AKSİYA1 (ID - 842)

[fr.] iq. Səhm (aksioner şirkətin üzvlərinə verilən qiymətli kağız). Aksiyaların birjada ucuzlaşdığını Aslan bəy öyrənmişdi. A.Şaiq.

AKSİYA2 (ID - 843)

is. [lat.] Müəyyən iqtisadi və ya siyasi məqsədlə hərəkat.

AKSİZ (ID - 844)

is. Verginin bir növü. Aksiz markası.

AKT (ID - 845)

is. [lat.] 1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s. Akt tərtib etmək. Akta qol çəkmək. Notarial akt. - Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm...

AKTİV1 (ID - 846)

[lat.] 1. Partiya təşkilatının və ya başqa ictimai təşkilatın ən fəal hissəsi. Partiya aktivi. Həmkarlar ittifaqı aktivi.
2. Sif. mənasında. Fəal. Bizim dərnəyin aktiv üzvü.
// Güclü, təsirli. Aktiv müqavimət.
□□...

AKTİV2 (ID - 847)

[lat.] mal. Mühasibatda: balansın, müəyyən tarixdə müəssisə, ya idarənin mövcud olan bütün qiymətli şeylərindən və ya borc tələblərindən ibarət olan hissəsi (passiv əksi).

AKTİVLƏŞDİRİLMƏ (ID - 848)

“Aktivləşdirilmək”dən f.is.

AKTİVLƏŞDİRİLMƏK (ID - 849)

məch. Fəallaşdırılmaq, fəaliyyəti artırılmaq (gücləndirilmək).

AKTİVLƏŞDİRMƏ (ID - 850)

“Aktivləşdirmək”dən f.is.

Bu səhifə 14 dəfə baxılıb