Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ABIRLAMA (ID - 51)

“Abırlamaq”dan f.is.; danlaq.

ABIRLAMAQ (ID - 52)

f. dan. Bərk danlamaq, abır vermək, töhmət etmək, məzəmmət etmək.

ABIRLANMAQ (ID - 53)

f. dan. 1. Bərk danlanmaq, töhmətlənmək, məzəmmətlənmək.
2. Layiqli bir şəkil almaq, düzəlmək, lazımi şəklə düşmək.

ABIRLI (ID - 54)

sif. 1. Həyalı, ismətli, utancaq, namuslu. Abırlı qız. - Abırlı abrından qorxar, abırsız nədən qorxar? (Ata. sözü).
məc. Etibarlı, hörmətli, nüfuzlu, ciddi. Heyif ki, onun parlaq dövründə abırlı bir vəzir görmədik. M.F.Axundzadə....

ABIRSIZ (ID - 55)

sif. Həyasız, utanmaz, ədəbsiz. Abırsız adam.
// İs. mənasında. Abırsızdan abrını saxla! (Ata. sözü).

ABIRSIZLIQ (ID - 56)

is. Həyasızlıq, utanmazlıq, ədəbsizlik. [Tükəzbanı] həyasızlıqda, abırsızlıqda ittiham edənlərin də sayı yavaşyavaş azalırdı. B.Talıblı.

ABİD (ID - 57)

is. [ər.] din. İbadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam. Hiç abid anmadı ləlin ki, gözdən qan töküb; Səcdədən durduqca təğyiri-müsəlla etmədi. Füzuli. Məscidləri ver zahidə, qoy xanəgahı abidə; Gəl sən,...

ABİDANƏ (ID - 58)

zərf [ər. abid və fars. ...anə] Abid kimi, özünü abidə oxşadaraq.

ABİDƏ (ID - 59)

is. [ər.] 1. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. İndi Nizaminin qəbri üstündə 17 metr hündürlüyündə bir abidə yüksəlməkdədir.
Qədim dövrlərə aid mədəniyyət...

ABİDLƏŞMƏ (ID - 60)

“Abidləşmək”dən fis.

ABİDLƏŞMƏK (ID - 61)

f din. Abid olmaq, daima ibadətlə məşğul olmaq, zahidləşmək, zahid həyatı keçirmək.

ABİDLİK (ID - 62)

is. din. İbadətlə məşğul olma, zahidlik.

ABİOGENEZ (ID - 63)

is. Canlıların cansız təbiətdən öz-özünə qəflətən törəməsi haqqında qədim, yanlış nəzəriyyə.

ABİSİN (ID - 64)

is. tib. Ürək qapaqlarının qüsuru zamanı işlədilən dərman preparatı.

ABİSSAL (ID - 65)

sif [yun.] Okeanın 2000 metrdən dərin hissəsi. Abissal çöküntülər.

ABİTURİYENT (ID - 66)

is. [lat.] Ali və ya orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs.

ABQORA (ID - 67)

is. [fars.] Qora suyu, kal üzümün şirəsi.

ABNOS, ABNUS (ID - 68)

is. [fars.] Qara rəngli çox bərk oduncaqlı ağac. Bir əlində abnus ağacından qara rəngli əsa olan bir müsafir pilləkənin başında göründü. P.Makulu.

ABOLİSİONIZM (ID - 69)

is. [lat.] ABŞ-da XVIII-XIX əsrlərdə zənciləri köləlikdən azad etmək hərəkatı.

ABORDAJ (ID - 70)

is. [fr.] Yelkənli və avarlı gəmi donanması dövründə döyüş üsulu. Abordaj çoxdan əhəmiyyətini itirib.

ABORİGEN (ID - 71)

is. [lat.] 1. Yerli, yerli mənşəli. Aborigen və hibrid üzüm sortu.
2. Ölkənin ilk yerli sakinlərinə verilən ad. Avstraliya aborigenləri.

ABORT (ID - 72)

is. [lat.] tib. Hamiləliyin təbii və ya süni surətdə dayandırılması.

ABORTİV (ID - 73)

is. [lat.] 1. Hər hansı bir prosesin inkişafının dayanması.
2. tib. Xəstəliyin gedişini dayandıran və sürətli müalicə üçün istifadə olunan dərmanlar. Abortiv dərmanlar.

ABPAŞ (ID - 74)

is. [fars.] köhn. Ağzı süzgəcli alət; susəpən, suçiləyən.

ABRAZİYA (ID - 75)

is. [lat.] Dalğaların sahilboyu süxurları ovması. Abraziyanın sürəti.

ABREVİATURA (ID - 76)

[ital.] dilç. Sözün baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar. ABŞ (Amerika Birləşmiş Ştatları), Univermaq (Universal maqazin).

ABRİZ (ID - 77)

is. [fars.] köhn. Çirkli su tökülən yer, çirkab yeri.
// Ayaqyolu.

ABRU (ID - 78)

is. [fars.] B a x abır. [Mirzə Əsgər:] Saqqal deyəndə kişinin abrusudur və üzünün nurudur. N.Vəzirov. Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev.

ABSENTEIZM (ID - 79)

is. [lat.] Seçkilərdə iştirak etməkdən kütləvi imtina, boyun qaçırma. Absenteizmə yol verməmək.

ABSES (ID - 80)

is. [lat.] İltihab nəticəsində yaranmış irin topası. Xronik abses tədricən inkişaf edir.

ABSOLYUT (ID - 81)

is. [lat. absolutus - şərtsiz] fəls. b a x mütləq 3-cü mənada.

ABSORBSİYA (ID - 82)

is. [lat.] Mayenin qaz qarışığından hər hansı bir maddəni udması prosesi. Xüsusi absorbsiya qurğuları.

ABSTİNENSİYA (ID - 83)

is. [lat.] 1. Spirtli içkilərdən çəkinmə.
2. Fiziki və psixi hal.

ABSTRAKSİYA (ID - 84)

is. [lat. abstractio - ayırma, təcridetmə] fəls. 1. B a x təcrid.
2. İnsan təfəkkürünün abstraktlaşma fəaliyyəti nəticəsində hasil olan mücərrəd məfhum, yaxud ümumi nəzəri nəticə. Elmi abstraksiya. Abstraksiya obyektiv aləmi...

ABSTRAKT (ID - 85)

sif. [lat. abstractio - mücərrədləşmə] Konkret varlıqla əlaqəsi olmayan; mücərrəd (konkret əksi). Abstrakt anlayış. Abstrakt mühakimə.

ABSTRAKTLAŞDIRILMA (ID - 86)

“Abstraktlaşdırılmaq”dan fis.

ABSTRAKTLAŞDIRILMAQ (ID - 87)

məch. Mücərrədləşdirilmək, mücərrəd məfhumlar yaradılmaq; məntiqi olaraq konkret, ayrıayrı əşyadan ümumi məfhumlara və inkişaf qanunlarına keçilmək.

ABSTRAKTLAŞDIRMA (ID - 88)

“Abstraktlaşdırmaq”dan fis.

ABSTRAKTLAŞDIRMAQ (ID - 89)

ABSTRAKTLAŞMA (ID - 90)

“Abstraktlaşmaq”dan fis.

ABSTRAKTLAŞMAQ (ID - 91)

bax mücərrədləşmək.

ABSURD (ID - 92)

is. [lat.] Boş və mənasız söz-söhbət, cəfəngiyat.

ABULİYA (ID - 93)

is. [yun.] tib. İradəsizlik, patoloji iradə zəifliyi.

ABUNƏ (ID - 94)

is. [əsli fr.] Abonement haqqını ödəməklə kütləvi informasiya vasitələrinə əvvəlcədən yazılma. Abunə şöbəsi. Abunə qəbulu. Abunə vərəqəsi. - Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm abunəpullarını...

ABUNƏÇI (ID - 95)

is. Abunəsi olan adam, abunə yazılan adam. Qəzet və məcmuələrin abunəçiləri gündən-günə artır. Abunəçilərin siyahısı.

ABZAS (ID - 96)

[alm.] 1. Sətirbaşı. Abzasdan başlamaq. Abzasdan oxumaq. Müxtəlif abzasların yerli-yerində olmasına fikir verilməli. Mətnin bir sətirbaşından o biri sətirbaşına qədər olan hissəsi. Birinci abzası oxumaq. Redaktor məqalənin ikinci...

AC (ID - 97)

sif. 1. Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. - Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir.
□ Ac qarın - 1) ac, heç şey yeməmiş;...

AC-ACINA (ID - 98)

zərf Heç bir şey yemədən, tamamilə ac halda, boş qarma. Ac-acına yola çıxmaq. - Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı, ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə.

ACAR (ID - 99)

is. Cənubi Qafqazda yaşayan xalqlardan birinin adı, həmin xalqa mənsub olan adam. Acar ədəbiyyatı.

ACDIRAN (ID - 100)

f.sif. İştahaçan, yaxşı yedirən.

Bu səhifə 61 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:

İzahlı video testlərə keç

.....