Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AKTİVLƏŞDİRMƏK (ID - 851)

f Fəallaşdırmaq, fəaliyyətini artırmaq (gücləndirmək).

AKTİVLƏŞMƏ (ID - 852)

“Aktivləşmək”dən f.is.

AKTİVLƏŞMƏK (ID - 853)

f Fəallaşmaq. [Məcid] belə bir mətbəx qadınının birdən-birə Səriyyə kimi aktivləşə biləcəyini bilmirdi. Mir Cəlal.

AKTİVLİK (ID - 854)

is. Fəallıq, fəaliyyət, çalışqanlıq. Aktivlik göstərmək. İntibah siyasi aktivliklə, ədəbiyyat və xalq sənətinə dönüşlə başlayır.

AKTRISA (ID - 855)

[fr.] Teatr tamaşalarında rol ifadə edən qadın artist. Mayın doqquzunda böyük dram teatrında tamaşa bitdikdən sonra aktyor və aktrisalar qabağımıza çıxıb, bizi teatrın qonaq odasına dəvət etdilər. C.Cabbarlı.

AKTUAL (ID - 856)

sif. [lat.] Hal-hazır üçün ən mühüm, ən vacib olan; yetişmiş, həllini tələb edən. Aktual məsələ. Aktual mövzu.

AKTUALLIQ (ID - 857)

is. Hal-hazır üçün mühümlük, vaciblik. Məsələnin aktuallığı.

AKTYOR (ID - 858)

[fr.] Teatr tamaşalarında rolları ifa edən sənətkar; artist. Maskalar geymiş aktyorlar .. oyun çıxarıb adamları güldürürdülər. S.S.Axundov. [Həyat:] Sən temperamentli aktyorlar kimi lap özündən çıxdın ki! M.İbrahimov. Azərbaycan...

AKTYORLUQ (ID - 859)

is. Aktyorun, artistin sənəti, peşəsi. Aktyorluq etmək. - Bu adamın [Vəlinin] çox böyük aktyorluq, rejissorluq, təşkilatçılıq istedadı vardı. S.Rəhimov.

AKULƏ (ID - 860)

is. [fars.] İri dənəli düyü növü.

AKUSTİK (ID - 861)

sif Akustikaya aid olan. Akustik cihazlar. Akustik titrəyiş.

AKUSTİKA (ID - 862)

[yun.] 1. Fizikanın səs bəhsi.
2. Binanın (məs.: teatr, kino salonunun və s.-nin) daxilində səsi əksetdirmə qabiliyyəti.
// Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsi.

AKUŞKA (ID - 863)

AKVAREL (ID - 864)

is. [fr.] rəss. 1. Su ilə qarışdırılmış rəng.
2. Bu rənglərlə işlənmiş rəssamlıq əsəri. Rəssamın “Məcnun səhrada ” adlı qara akvarelində, çöllərdə sərgərdan gəzən Məcnunun arıq bədənini yalnız iki heyvan -...

AKVARELÇİ (ID - 865)

is. Sulu boya ilə şəkil çəkən rəssam.

AKVARİUM (ID - 866)

is. [lat.] 1. Su heyvanlarını və bitkilərini saxlamaq və çoxaltmaq üçün şüşə qab.
2. Tədqiqat və ya nümayiş etdirmək üçün su heyvanları və bitkiləri saxlanan müəssisə.

AQ (ID - 867)

[ər.] b a x ag4#.

AQAVA (ID - 868)

is. [yun.] bot. Qısa gövdəli bitki cinsi.

AQİBƏT (ID - 869)

is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov.
// Ara söz mənasında. Ey...

AQİBƏTLİ (ID - 870)

sif. Müvəffəqiyyətlə nəticələnən, axırı yaxşı olan, uğurlu.

AQİBƏTSİZ (ID - 871)

sif. Axırı pis olan, sonu müvəffəqiyyətsiz, nəticəsiz. Aqibətsiz iş.

AQİBƏTSİZLİK (ID - 872)

is. Heç bir şeylə nəticələnməmə; müvəffəqiyyətsizlik, nəticəsizlik.

AQİL (ID - 873)

sif. [ər.] Ağıllı, müdrik, tədbirli. Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni; Xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Yusif şah aqil adam idi. M.F.Axundzadə. İki aqil kəs eyləməz dəva; Eyləməz bir-birinə büğz...

AQİLANƏ (ID - 874)

sif. və zərf [ər. aqil və fars. ...anə] köhn. Ağıllı, ağıla müvafiq, ağıllı adama layiq. Aqilanə hərəkət. Aqilanə söz. - [Şah:] Çox aqilanə iş görür, həm öz canını qurtarır, həm camaatın canını. Ə.Haqverdiyev.

AQNOSTİK (ID - 875)

[yun.] fəls. Aqnostisizm tərəfdarı.

AQNOSTİSIZM (ID - 876)

[yun.] fəls. Dünyanı dərk etməyin mümkün olmadığını, insan ağlının məhdud olub, duyğular xaricində heç bir şeyi dərk edə bilmədiyini iddia edən fəlsəfi nəzəriyyə.

AQRAR (ID - 877)

sif. [lat.] 1. Torpağa aid olan. Aqrar məsələ. Aqrar islahatı.
2. Kənd təsərrüfatını sənayedən yüksək olması ilə səciyyələnən. Aqrar ölkə.

AQRARİ (ID - 878)

[lat.] 1. İri torpaq sahibi, mülkədar.
2. Cəm şəklində: AQRARİLƏR - xarici ölkələrdə iri zadəgan, qolçomaq, torpaq mülkiyyətini müdafiə edən bir sıra partiyaların üzvlərinə verilən ad.

AQREQAT1 (ID - 879)

[lat.] tex. Ümumi bir işi görmək üçün bir-birinə birləşdirilmiş bir neçə müxtəlif tipli maşından, qurğudan ibarət mürəkkəb maşın. Əlibala Bəşirlinin aqreqat və maşın hissələri ilə necə rəftar etdiyini görüncə Muradın...

AQREQAT2 (ID - 880)

is. [lat.] Maddənin üç halının bərk, duru və qaz hallarının ümumi adı.

AQREQATÇI (ID - 881)

is. xüs. Aqreqatda işləyən, aqreqatı idarə edən fəhlə.
aqro... [yun.] Mürəkkəb sözlərdə: sözün əkinçiliyə, torpağa aid olduğunu göstərən ixtisar, məs.: aqrotexnik, aqrominimum və s.

AQROBİOLOGİYA (ID - 882)

[yun.] Əkinçiliyə, bitkiçiliyə və heyvandarlığa təsir edən ümumi bioloji qanunauyğunluqlar haqqında elm. Aqrobiologiya elmi.

AQROBİOLOJİ (ID - 883)

sif. Aqrobiologiyaya aid olan.

AQROKİMYA (ID - 884)

is. [yun. aqro və ər. kimya] Bitkilərin qidalanmasından, gübrələr tətbiqindən və bitkilərin kimyəvi yollarla qorunma üsullarından bəhs edən elm.

AQROKİMYƏVİ (ID - 885)

sif. Aqrokimyaya aid olan.

AQROMƏNTƏQƏ (ID - 886)

is. [yun. aqro və ər. məntəqə] k.t. Aqronomluq məntəqəsi. Lətif Cəmilə deyirdi: - Məktəb yerini şumlayın, aqroməntəqəni təmizləyin, arxları təmizləyin. Mir Cəlal. ^

AQROMİNİMUM (ID - 887)

[yun. aqro və lat. minimum] Kənd təsərrüfatı sahəsində ən zəruri tədbirlərin və biliklərin məcmusu. Aqrominimumun əsas məsələlərindən biri ziyanverici həşərat və alaq otları ilə mübarizədir.

AQRONOM (ID - 888)

[yun.] Kənd təsərrüfatı (aqronomiya) mütəxəssisi.

AQRONOMİK (ID - 889)

sif. Aqronomiyaya aid olan. Aqronomik üsullar. Aqronomik tədbirlər.
Qorxmazın aqronomik qaydalarını Abbas kişi sadə sözlərlə izah edirdi. Ə.Vəliyev.

AQRONOMİYA (ID - 890)

[yun.] Kənd təsərrüfatı və əkinçilik haqqında elm.

AQRONOMLUQ (ID - 891)

1. is. Aqronom sənəti, aqronomun işi. Aqronomluq maraqlı işdir.
Kosaoğlu çox danışdı. Axırda təklif etdi ki, İmranı aqronomluqdan çıxartmaq lazımdır. İ.Şıxlı. Əmirxanı qayəsizlik yerdən qopardı; Aqronomluq sənətinə getmədi...

AQROŞƏHƏR (ID - 892)

is. [yun. aqro və fars. şəhr] Sovet dövründə kolxozçuların yaratdığı şəhər tipli qəsəbə.

AQROTEXNİKA (ID - 893)

[yun.] Kənd təsərrüfatı bitkilərini becərmə üsulları. Yüksək aqrotexnika bol məhsul götürmənin rəhnidir.Aqrotexnika qaydalarına düzgün əməl edildikdə, qarğıdalı əkini sahəsinin hər hektarından 500-800 sentner yaşıl...

AQROTEXNİKI (ID - 894)

sif. Aqrotexnikaya aid olan. Məhsuldarlığı artırmaq üçün aqrotexniki biliyi artırmaq tələb olunur. - [Əsədov:] ..Allahın beş traktorunu ala bilmir, yeni üsuldan, aqrotexniki qaydada becərmədən danışır. İ.Şıxlı.

AL1 (ID - 895)

1. sif. Qırmızı. Al bayraq. Al qan. Al şəfəq. - Al yanaqların sanasan ki, qızılgül xərməni; Tər zənəxdaninə baxdıqca cünun eylər məni. M.P.Vaqif. Sənə al don yaraşır, niyə qarə geymisən sən; Məgər aşiqin ölübdür, sənə...

AL2 (ID - 896)

is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni...

AL3 (ID - 897)

is. Xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən “al anası” şəklində işlənir). Ata, ata, süpürgəsaqqal gəlir; Ərdo Məlik gəlir, odur...

ALA1 (ID - 898)

1. sif. Qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri hissəsi başqa rəngdə olan. Ala at. Ala inək. Ala öküz. - Bu gün onlar xaldar yabıya və ala cöngəyə dərz çatıb daşıyırdılar. S.Rəhimov.
// Ala-bula. İlan vuran ala...

ALA2 (ID - 899)

is. dan. Qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə (dəri xəstəliyi).
// Xal, ləkə.
□ Ala düşmək - xal düşmək, ağ ləkə düşmək.

ALA3 (ID - 900)

is. məh. 1. B a x alaq.
2. Yeməli göyərti.
ala... Bir sıra mürəkkəb sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçılıq, qeyri-müəyyənlik,...

Bu səhifə 56 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....