Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AHUYERİŞLİ (ID - 701)

sif. şair. Gözəl yerişli (klassik ədəbiyyatda gözəlin epitetlərindən biri).

AH-VAY, AHÜ VAY (ID - 702)

is. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi.
// Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm...

AH-VAYÇI (ID - 703)

sif. Ah-vay edən, şikayətlənən, daim inildəyən, sızlayan. Görünür, bu cür ah-vayçı nitqlər yığıncaqdakıların zəhləsini tökmüşdü.

AH-ZAR, AHÜ ZAR (ID - 704)

is. Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. Ey yüzi gülşən, sana bu ah-zarım xoşmudur? Nəsimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natəvan. Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü...

AX (ID - 705)

nida. 1. Təəccüb, təəssüf, arzu, həsrət və başqa hissləri bildirir (bəzən təkrar şəklində işlənir). Ax, az qala yadımdan çıxmışdı. Ax, nə gözəldir! - Ax, necə kef çəkməli əyyam idi! M.Ə.Sabir. [Əvvəlinci azarlı:] Ax!...

AXAN (ID - 706)

f.sif. 1. Bax axar 1-ci mənada. [Salam] lal axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal.
2. məc. Süzgün, xumar. Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir.
□□ Axan ulduz - fəzalardan çox...

AXAR (ID - 707)

1. sif. Daim axan (axmaz əksi). Axar su. Axar çay. Axar bulaq. - Sevgili bir çoban, on bir yaşında; Düdük çalır axar sular başında. H.Cavid. Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq. S.Vurğun. Səltənət axar su axtarırdı. Mir...

AXAR-BAXAR (ID - 708)

is. 1. Hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer; mənzərə. Əlli beş evdən ibarət olan bu kəndin çox gözəl və qəşəng axar-baxarı vardı. Ə.Vəliyev.
2. Suayırıcı; iki çay və ya su hövzəsini...

AXAR-BAXARLI (ID - 709)

sif. Hər tərəfi açıq və xoş mənzərəli. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı gözəl bir yerdə quruldu. A.Şaiq.

AXARLI (ID - 710)

sif. 1. xüs. Hərəkət zamanı havanın müqavimətinə daha az məruz qalmaq üçün müvafiq bir formada düzəldilmiş (avtomobil, təyyarə haqqında). Təyyarənin qanadı hava üçün xüsusilə axarlı (z.) qayrılmışdı.
2. Bir tərəfdən...

AXARLIQ (ID - 711)

is. 1. Qərarsızlıq, səbatsızlıq, tez-tez dəyişmə. İşçi qüvvəsinin axarlığı.
2. məc. Səlislik, ahəngdarlıq, rəvanlıq. Şerin axarlığı. Musiqinin axarlığı.

AXÇA (ID - 712)

b a x ağça.

AXÇASIZ (ID - 713)

b a x ağçasız.

AXDIRMAQ (ID - 714)

“Axmaq”dan icb.

AXI (ID - 715)

əd. Əvvəlki fikri əsaslandırmaq, yaxud bir şeyi sübut etmək, ifadəni gücləndirmək üçün söylənir, bəzən etiraz, narazılıq, məzəmmət, bəzən də xahiş, təkid bildirir. Niyə belə yubanırsan, axı işə gecikirsən. Axı bu bir...

AXICI (ID - 716)

sif. 1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.
məc. Səlis, rəvan. Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir....

AXICILIQ (ID - 717)

b a x axarlıq.

AXIDILMA (ID - 718)

“Axıdılmaq”dan f.is.

AXIDILMAQ (ID - 719)

“Axıtmaq”dan məch.

AXIM (ID - 720)

is. Axma, axıntı.

AXIN (ID - 721)

is. 1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi.
// Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək. - Sən ki son nəfəsinlə vətəni andın; Çayların...

AXINÖLÇƏN (ID - 722)

is. xüs. Axının gücünü, istiqamətini və s. xüsusiyyətlərini müəyyən etmək üçün cihaz. Avtomatik dalğaölçən və axınölçən cihazları ekspedisiya üzvləri ixtira etmişlər. Qəzetlərdən.

AXINTI (ID - 723)

is. 1. Bir tərəfə doğru hərəkət edən su, hava, yaxud elektrik kütləsi cərəyanı.
Su ilə axıb bir yerə yığılan şeylər, suyun özü ilə gətirdiyi şeylər.

AXINTILI (ID - 724)

sif. Axar, axıntısı olan, suyun axar yeri olan. Axıntılı göl. Axıntılı hovuz.

AXIR (ID - 725)

is. 1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. - [Mirzə Fətəli:] Hər bir qaranlığın...

AXIRDA (ID - 726)

zərf 1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?
Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq. - Ey xuda,...

AXIR-ƏZƏL (ID - 727)

zərf [ər.] Tez-gec, mütləq, nəhayətdə. Heç nə istəmərəm iki dünyada; Sənsən mənim axır-əzəl, sevdiyim. M.P.Vaqif.

AXIRI (ID - 728)

b a x axırda 2-ci mənada. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal.

AXIR(I) Kİ (ID - 729)

- gözlənilən bir hadisə baş verdikdə deyilir; nəhayət. Axırı ki, duman seyrəkləşdi. Elə bil, üfüqdən-üfüqə uzanan boz bir pərdəni yuxarı qaldırıb çadır kimi başımızın üstündən asdılar. R.Rza.

AXIRINCI (ID - 730)

sif. 1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn). Axırıncı tamaşa. Axırıncı dərs. Küçədə axırıncı bina. Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım. Həftənin axırıncı...

AXIRSIZ (ID - 731)

sif. 1. Sonsuz, nəhayətsiz; sonu, həddi olmayan.
Son dərəcə uzun, sürəkli, bitməyən.
Nəticəsiz, aqibətsiz.

AXIRSIZLIQ (ID - 732)

is. 1. Sonsuzluq, nəhayətsizlik; sonu, nəhayəti olmama.
Nəticəsizlik, aqibətsizlik.

AXIR-UXUR (ID - 733)

sif. və is. dan. Son, axır. Münəvvər xanım süfrə açanda əri, sanki kiminləsə savaşmasının axır-uxurunu danışırdı. Mir Cəlal.
// Son qalıq.

AXIRZAMAN (ID - 734)

is. din. Dünyanın axırı, qiyamət. Axırzamandı, bir qulaq as, ərşi titrədir; Millətlərin haray-mədədi, əl-aman səsi. Şəhriyar.

AXIŞ (ID - 735)

is. Axma, axma tərzi. Dağların yağışından; Rəngindən, axışından; Bu gediş ömürlükdür; Duymuşam baxışından. (Bayatı). Gümüş xəncərə bənzər dağ döşündən axan çay; O çayların axışı şerimə olarını tay? S.Rüstəm....

AXIŞMA (ID - 736)

“Axışmaq”dan f.is.

AXIŞMAQ (ID - 737)

f 1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür.
Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.
2. məc. Axın halına gəlmək,...

AXITDIRMA (ID - 738)

“Axıtdırmaq”dan f.is.

AXITDIRMAQ (ID - 739)

b a x axdırmaq.

AXITMA (ID - 740)

“Axıtmaq”dan f.is.

AXITMAQ (ID - 741)

f 1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq). - Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.
Tökmək. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı;...

AXIZDIRILMAQ (ID - 742)

məch. Azca-azca axıdılma, tökülmək.

AXIZDIRMAQ (ID - 743)

f Azca-azca axıtmaq, tökmək.

AXIZMAQ (ID - 744)

b a x axızdırmaq.

AXİRƏT (ID - 745)

is. [ər.] Dini etiqadlara görə, öləndən sonra insanların düşəcəyi ikinci və əbədi dünya. Ey xoş ol sərməst kim könlündə şövqü sövqdən; Axirət əndişəsi, dünya xəyalı qalmadı. Füzuli. Axirət sözünü salma yadına; Dürüst...

AXİRƏTLİK (ID - 746)

is. 1. Axirətə mənsub olan.
2. Dinə sadiq qalmaqla və öz əməllərilə axirəti qazanmış adam.

AXİRƏTSİZ (ID - 747)

sif. din. Dinsiz, imansız, günahkar. [Şirin:] Paho, paho! Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikarə çıxmısan? N.Vəzirov.

AXİRÜLƏMR (ID - 748)

ara söz [ər.] Axırda, nəticədə, işin axırında, ən nəhayət. Axirüləmr, məsələ anlaşıldı. C.Məmmədquluzadə. [Məşədi Əsgər] axirüləmr naümidliklə yenə öz evi tərəfə üz döndərib Qanlı təpə üstünə qayıtdı. S.M.Qənizadə....

AXMA (ID - 749)

“Axmaq1dan f.is.

AXMAQ1 (ID - 750)

f 1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır.
Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana...

Bu səhifə 14 dəfə baxılıb