İzahlı lüğət

A1 (ID - 1)

Azərbaycan əlifbasının birinci hərfi. Həmin “a” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. C.Məmmədquluzadə.

A2 (ID - 2)

nida. 1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir. A dostlar! A başına dönüm! A balam! - [Murov:] A kişi, mən səni üç gecədir axtarıram. M.F.Axundzadə. A quşlarım, getməyin; Məni qəmgin etməyin! A.Səhhət. [Ağabacı:]...

AB (ID - 3)

is. [fars.] klas. 1. Su.
□ Abi-bəqa b a x abi-həyat. Abi-heyvan(i) - b a x abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat - həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə...

ABA1 (ID - 4)

is. [ər.] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar,...

ABA2 (ID - 5)

is. məh. 1. Ata.
2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir).

ABA (ID - 6)

is. [ər. “əb” söz. cəmi] Atalar, atababa.
□ Abavü əcdad - ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əcdadı şənində belə yazır.. F.Köçərli.

ABAD (ID - 7)

sif [fars.] 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. - Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır....

ABADAN (ID - 8)

b ax abad. Abadan kənd tüstüsündən bəlli olur. (Ata. sözü).
□ Evin abadan - b a x ev.

ABADANLANMAQ (ID - 9)

bax abadanlaşmaq.

ABADANLAŞDIRILMA (ID - 10)

“Abadanlaşdırılmaq”dan f.is.

ABADANLAŞDIRILMAQ (ID - 11)

b a x abadlaşdırılmaq.

ABADANLAŞDIRMA (ID - 12)

“Abadanlaşdırmaq”dan f.is.

ABADANLAŞDIRMAQ (ID - 13)

b a x abadlaşdırmaq.

ABADANLAŞMA (ID - 14)

“Abadanlaşmaq”dan f.is.

ABADANLAŞMAQ (ID - 15)

b a x abadlaşmaq.

ABADANLIQ (ID - 16)

is. 1. B a x abadlıq. Hərə bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb bir şəhər olar. S.Vurğun. [Kəndlilər] bir yerdə işləsinlər; .. hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, abadanlıq üçün lazımi...

ABADLAŞDIRILMA (ID - 17)

“Abadlaşdırılmaq”dan f.is.

ABADLAŞDIRILMAQ (ID - 18)

məch. Abad edilmək, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin edilmək, yaxşı və mədəni hala salınmaq. Dehlinin ətrafında çoxlu yeni evlər tikilmiş, şəhər xeyli abadlaşdırılmışdır. M.İbrahimov.

ABADLAŞDIRMA (ID - 19)

“Abadlaşdırmaq”dan f.is.

ABADLAŞDIRMAQ (ID - 20)

“Abadlaşmaq”dan icb.

ABADLAŞMA (ID - 21)

“Abadlaşmaq”dan f.is.

ABADLAŞMAQ (ID - 22)

f Abad olmaq, yaxşılaşmaq, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin olunmaq. Kəndlərimiz abadlaşır.

ABADLIQ (ID - 23)

is. 1. Hər hansı bir yerdə əhalinin yaşayışına lazım olan şərait və vəsait. Şəhərin abadlığına çox diqqət yetirilir.
Bakıda gedən quruculuq və abadlıq işlərinin sürət və vüsətini rayon mərkəzlərinə köçürməliyik....

ABAJUR (ID - 24)

is. [fr.] Gözü işıqdan qorumaq üçün lampaya keçirilən örtük, qalpaq. İpək abajur. Şüşə abajur. Süd rəngli abajur.

ABAJURLU (ID - 25)

sif. Abajuru olan, üstü abajurla örtülü. Abajurlu lampa. - [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında durmuş ağ örtüklü stola tərəf çəkdi. İ.Əfəndiyev.

ABAK (ID - 26)

is. [yun.] 1. arxit. 1. Sütun başlığının dördbucaqlı şəklində olan yuxarı hissəsi.
2. Qədim yunanların və romalıların hesab lövhəsi.

ABALI (ID - 27)

is. köhn. Aba geymiş, əynində aba olan.

ABASBƏYİ (ID - 28)

is. Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növləri Azərbaycanda qədim zamanlardan bəri becərilir və halhazırda bir sıra .. nararmudu, abasbəyi, daşarmudu kimi yerli qiymətli armud sortları geniş becərilir. H.Qədirov.

AB(B)ASI (ID - 29)

is. [xüs. is.-dən] 1. Dördşahılıq (iyimiqəpiklik) metal pul. Cibimdə bir abbası pulum var. - [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahım yoxdur, abbasını haradan alıram? M.F.Axundzadə.
2. tar. İranda Şah Abbas dövrünə aid sikkə...

AB(B)ASILIQ (ID - 30)

is. dan. 1. B a x ab(b)ası. Ab(b)asılığı xırdalamaq.
İyirmi qəpik dəyərində olan, iyirmiqəpiklik. İki abbasılıq marka aldım. [Bayraməli bəy:] Axır sənin dədən də həmişə, bilirəm, kənddə səkkiz abbasılıq çay içir, sən...

ABBASİLƏR (ID - 31)

is. tar. Bağdad xəlifələri sülaləsi (750-1258). Harunərrəşiddən sonra abbasilərin istiqlaliyyət bünövrəsinə rəxnə düşdü. A.Bakıxanov.

ABCO (ID - 32)

is. [fars.] Arpa suyu, pivə. [Mübaşir Məmməd:] Sən öl, gecəni xoş keçirmək üçün abcodan yaxı şey yoxdur. M.İbrahimov.

ABDAL (ID - 33)

[ər.] 1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz. Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli Məhəmməd.
// Söyüş mənasında....

ABDALLAŞMAQ (ID - 34)

f. Abdal olmaq, sərsəri olmaq.

ABDALLIQ (ID - 35)

is. Axmaqlıq, sərsərilik, səfillik.

ABDAR (ID - 36)

sif. [fars.] 1. Sulu, şirəli, təravətli, lətafətli. Özündən oldu meyə bəzmdən kənar olmaq; Qələtdi bəhs ləbi-ləli-abdarınla. Q.Zakir. Nazənin qız .. yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə...

ABDARLIQ (ID - 37)

is. Mənalılıq, parlaqlıq, gözəllik, təravət. Kəlamın abdarlığı.

ABDƏST (ID - 38)

b a x dəstəmaz.
□ Abdəst almaq - dəstəmaz, namazdan qabaq əl-üzü yuma. Abdəst almadan namaz qılmaq olmaz.
Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar. “Dədə Qorqud”.

ABDƏSTXANA (ID - 39)

[fars.] köhn. bax ayaqyolu.

ABDUQ (ID - 40)

is. Su qatılmış qatıq; atılama, ayran.

ABERRASIYA (ID - 41)

is. [lat.] fiziol. 1. Həqiqətdən yayınma.
məc. Göz aldanması.

ABGƏRDƏN (ID - 42)

is. [fars.] Misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə.

ABGUŞT (ID - 43)

is. [fars.] köhn. Bozbaş, piti. Məşədi getdi, abgüştü öz əlində buğlanabuğlana gətirdi.. C.Məmmədquluzadə. Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Ə.Haqverdiyev.

AB-HAVA, ABÜ HAVA (ID - 44)

is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü həvası Misrin. S.Ə.Şirvani. [Şeyx Sənan:] İştə Qafqaz! Səfalı...

AB-HAVALI (ID - 45)

sif. Yaxşı iqlimi olan, səfalı. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Araz ilə Günəşin olduğu həmin kəndə gəlib çıxdı. A.Şaiq.

ABXAZ (ID - 46)

is. Abxaziyanın əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam. Abxaz xalqı. Abxaz dili.

ABXOR (ID - 47)

is. [fars.] köhn. Su içmək üçün qab, parç.

ABI (ID - 48)

sif. Açıq-göy, mavi rəngli. Abı çit. Abı kağız. - Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çalpapağıma işarə edir. S.S.Axundov.

ABIR (ID - 49)

is. [fars.] 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan...

ABIR-HƏYA (ID - 50)

is. b a x abır 1-ci mənada.
Abır-həyadan salmaq - biabır etmək, rüsvay etmək. [Babacan:] ..Yazıq Kamalı abır-həyadan salıb. Ə.Əbülhəsən.

Bu səhifə dəfə baxılıb

......