Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALEBASTR (ID - 1051)

[yun.] Divara suvaq çəkmək üçün, yaxud heykəltəraşlıq işlərində və cərrahlıqda işlədilən ağ gips; kəc.

ALEUT (ID - 1052)

is. Aleut və Komandor adalarının əsas əhalisinin adı və bu əhaliyə mənsub adam.

AL-ƏLVAN (ID - 1053)

sif. Rəngbərəng, ala-bəzək. Dağlar başı al-əlvan; Halım olubdur yaman; Gedirəm halal eylə; Gəlməyimə yox güman. (Bayatı). Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət.

ALƏM (ID - 1054)

is. [ər.] 1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov.
// Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək...

ALƏMARA(Y) (ID - 1055)

sif. [ər. aləm və fars. ara] klas. Dünyanı bəzəyən, dünyanın bəzəyi olan, gözəl, parlaq. Şəmi-ruyin afitabi-aləmaradır sənin. Füzuli.

ALƏM-AŞKAR (ID - 1056)

sif. və zərf [ər. aləm və fars. aşkar] Apaydın, açıqdan-açığa, hamıya məlum olan; hamının gözü qabağında olan. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir.

ALƏMƏFRUZ (ID - 1057)

sif. [ər. aləm və fars. əfruz] klas. Dünyanı işıqlandıran; aləmi bəzəyən, gözəlləşdirən. Bir gün ki, baharialəməfruz; Vermişdi cahana feyzi-novruz. Füzuli.

ALƏMGİR (ID - 1058)

sif. [ər. aləm və fars. gir] klas.
Aləmə yayılan, dünyanı tutan (səs, şöhrət, şayiə və s.).
Dünyanı tutan, istila edən; cahangir.

ALƏMŞÜMUL (ID - 1059)

sif. [ər] Bütün dünyaya şamil olan, bütün dünyaya aid olan, bütün dünya üçün əhəmiyyəti olan. Aləmşümul əhəmiyyəti olan hadisələr. Aləmşümul tarixi qələbələr.
// Aləmə yayılmış. O məmləkətlərin heç birində...

ALƏMTAB (ID - 1060)

sif. [ər. aləm və fars. tab] klas. Dünyanı işıqlandıran, cahanı parladan. Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafər, xaç asdı, içdi şərab. H.Cavid.

ALƏT (ID - 1061)

is. [ər.] 1. Bir iş görmək, yaxud şey qayırmaq üçün işlədilən texniki vasitə, karastı və s. İstehsal alətləri. Kənd təsərrüfatı alətləri. Dülgərlik alətləri. Əmək alətləri.
[Həyat:] Kolxozlardan təmir üçün gələn...

ALƏTÇİ (ID - 1062)

is. xüs. Alət qayıran usta.

ALFA (ID - 1063)

[yun.] Yunan əlifbasının birinci hərfinin adı (a).

ALĞI (ID - 1064)

is. Satın alma işi.

ALĞI-SATQI (ID - 1065)

is. Alıb-satma işi, alver.

ALI (ID - 1066)

is. Albuxara, qurudulmuş Buxara gavalısı.

ALIB-ALACAQ (ID - 1067)

dan. b a x alacaq.

ALIB-ALDATMAQ (ID - 1068)

dan. b a x aldatmaq
1 və 2-ci mənalarda.

ALIB-SATMA (ID - 1069)

is. Alış-veriş, alğı-satqı.

ALIB-SATMAQ (ID - 1070)

f Alış-verişlə məşğul olmaq. Adamlar .. yenə də öz işlərinə, alıbsatmağa, bir-birini itələyib yol açmağa başladılar. M.İbrahimov.

ALIB-VERƏCƏK (ID - 1071)

is. dan. Əlaqə, iş. ..Mən müsəlmanam və bir də Mustafa bəynən mənim nə alıb-verəcəyim var.. C.Məmmədquluzadə.

ALICI1 (ID - 1072)

1. is. Müştəri, mal alan, şey alan. Bu malın alıcısı yoxdur. Alıcılara mədəni xidmət. Alıcıların tələbatını nəzərdə tutmaq.
Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər....

ALICI2 (ID - 1073)

sif. 1. Yırtıcı, ovçu (quşlar haqqında). Yolun ortasına bir nal qırığı düşmüşdü. Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa yaxınlaşdıqda, alıcı quş sürəti ilə enib, nalı qaldırdı. Çəmənzəminli. Onun baxışları alıcı...

ALICILIQ (ID - 1074)

is. iqt. Satınalma imkanı, qabiliyyəti. Əhalinin alıcılıq qabiliyyəti. Manatın alıcılıq qüvvəsi.

ALIQ (ID - 1075)

is. köhn. Öküz, kəl və başqa yük heyvanlarının belinə palan əvəzinə qoyulan çul, keçə və s. yumşaq şey. Sən ki alığa da möhtac olursan; Əbəs yerə neçin zəhmət elərsən. M.V.Vidadi. Sahibləri çulun, alığın soydu. Q.Zakir.
...

ALIQ-ALIQ (ID - 1076)

zərf dan. Heyran-heyran, mat-mat, təəccüblə. [Veys] birdən-birə kar olmuş kimi alıq-alıq tanımadığı adama baxdı. Ə.Əbülhəsən.

ALIQLAMA (ID - 1077)

“Alıqlamaq”dan f.is.

ALIQLAMAQ (ID - 1078)

f Heyvanın belinə alıq qoymaq, çullamaq.

ALIM (ID - 1079)

is. köhn. 1. Alacaq, tələb. Altıda alımı yox, beşdə verimi. (Məsəl).
2. Bir götürüm, bir tutum.

ALIM-SATIM (ID - 1080)

dan. b a x algı-satqı. Bəndalının zamanında alım-satım hər şeyin hakimi idi. Mir Cəlal.

ALIN (ID - 1081)

is. 1. Üzün saç ilə qaş arasında olan ön hissəsi. Geniş alın. Dar alın. - Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Ə.Haqverdiyev. [Gülbadam] ağ kisəyi köynəyinin...

ALINLIQ (ID - 1082)

is. köhn. Keçmişdə qadınların alınlarına bağladıqları qızıl, gümüş və s. bəzək.

ALINMA (ID - 1083)

1. “Almmaq”dan f.is.
is. Satın alınmış şey.
sif. Başqa dillərdən alınmış. Dilin lüğət tərkibindəki alınma sözlər.

ALINMAQ1 (ID - 1084)

“Almaq”dan məch. Əmr alındı ki, hamı yola hazır olsun. Kitabxana üçün çoxlu kitab alınmışdır. Yeni məlumat alınmışdır. Mövzu xalq əfsanələrindən alınmışdır. Düşməndən çoxlu əsir alınmışdır. Daş kömürdən maye...

ALINMAQ2 (ID - 1085)

f məh. Söylənilən bir sözü öz hesabına götürüb tez pərt olmaq, incimək, sınınaq, mütəəssir olmaq. Alı kişi əhvalatı oğlanlarına xəbər verdi. Bu xəbərdən Nəbinin qardaşları çox alındı. “Qaçaq Nəbi”. Mahmudov xeyli...

ALINMAZ (ID - 1086)

sif. Alınması, ələ keçirilməsi mümkün olmayan; yenilməz. Alınmaz qala.
// Məc. mənada. Dağlarda laləm sənsən; Alınmaz qalam sənsən; Kimim yox, kimsənəm yox; Bir şirin balam sənsən. (Bayatı). Sənin ulduzlu alnında müzəffər,...

ALINMAZLIQ (ID - 1087)

is. Alınması, ələ keçirilməsi mümkün olmama; yenilməzlik.

ALIŞ (ID - 1088)

f.is. Almaq işi, alma, qəbul etmə, qəbul.

ALIŞDIMYANDIM (ID - 1089)

is. köhn. dan. Zərlə ipəkdən toxunmuş parlaq parça; xara. Səttar kişinin arvadı alışdımyandımdan özünə libas tikib. N.Vəzirov. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandı. R.Rza.

ALIŞDIRILMA (ID - 1090)

“Alışdırılmaq”dan f.is.

ALIŞDIRILMAQ1 (ID - 1091)

məch. Yandırılmaq. Mağazanın içindəki lampalar alışdırıldıqdan sonra çəkilib hamı qapı içində dayandı. Ə.Əbülhəsən.
// Alovlandırılmaq.

ALIŞDIRILMAQ2 (ID - 1092)

məch. 1. Öyrədilmək, öyrəndirilmək, vərdiş olmasına səbəb olmaq.
// Dadandırılmaq.
Əhliləşdirilmək, ələ öyrədilmək.

ALIŞDIRMA1 (ID - 1093)

“Alışdırmaq!”dan f.is.

ALIŞDIRMA2 (ID - 1094)

“Alışdırmaq2”dan f.is.

ALIŞDIRMAQ1 (ID - 1095)

f 1. Yandırmaq, yaxud yanan şeyi daha da qızışdırmaq, alovlandırmaq. Ocağı alışdırmaq. Tonqalı alışdırmaq. Külək yanğını daha da alışdırıb gücləndirdi.
[İlyas:] İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən,...

ALIŞDIRMAQ2 (ID - 1096)

f 1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır.
Mən Şümşad xanımın...

ALIŞIB-VERİŞMƏK (ID - 1097)

f. dan. Öz aralarında kəsdirmək, qət etmək, qərara almaq, sözləşmək. [Anam:] Zəhmət çəkib qız böyütmüşük. Sənin nə haqqın var alışıb-verişəsən, ay ərkansız! Mir Cəlal.

ALIŞIQ1 (ID - 1098)

is. Ocağı alışdırmaq üçün gözünə, yaxud samovarın odluğuna qoyulan yonqu və s. A mollalar, niyə məni döyürsünüz? ..Olmaya qorxursunuz ki, məcmuənin vərəqələrini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar...

ALIŞIQ2 (ID - 1099)

sif. Alışmış, vərdiş olmuş, öyrəşmiş.

ALIŞQAN1 (ID - 1100)

1. sif. Tez alışan, tez yanan, tez alovlanan. Alışqan maddələr. Efir alışqan maddədir.
is. dan. Kibrit.
// Papiros yandırmaq üçün alət. Xəlil.. əlini cibinə salıb papiros çıxartdı. Tüfəng patronundan qayrılmış alışqanla...

Bu səhifə 14 dəfə baxılıb