Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARTİSTLİK (ID - 1751)

is. Artistin sənəti, işi. Artistlik etmək. Artistliklə məşğul olmaq. Artistlik qabiliyyəti.
□ Artistlik etmək məc. - təlxəklik etmək, oyunbazlıq etmək, adamları güldürmək. Baş rolu ifa edən Qudurğana cənabları səhnədə...

ARTMA (ID - 1752)

1. “Artmaq”dan f.is.
2. is. Artan şey, artım.

ARTMAQ (ID - 1753)

f 1. Miqdarca, ölçücə və s.-də çoxalmaq; bol olmaq, üstə gəlmək. İnsan oxuduqca, biliyi artar.
// Törəyib çoxalmaq.
Şiddətlənmək, güclənmək. Getdikcə soyuq artır. Dənizdə tufan durmadan artır.
Yuxu gəlməz gözümə,...

ARTRİT (ID - 1754)

[yun.] tib. Oynaqların iltihabı. Artritin əlamətləri.

ARVA (ID - 1755)

is. dan. İçinə şey qoyulan və ya tökülən qabların (qutu, kisə və s.) boş çəkisi, yeri; tara. Kisənin arvası bir kiloqramdır. Arvasını tutmaq (qabın boş çəkisini təyin etmək).

ARVAD (ID - 1756)

is. Qadın. Arvadlar otaqda çəpik çalıb süzürdülər. Çəmənzəminli. Qulu Allahyara cavab verdi: - Arvad xeylağı ilə nə işiniz var? Mir Cəlal.
// Ərli qadın, əri olan, ya olmuş qadın.
□ Arvad almaq - evlənmək.

ARVADAĞIZ(LI) (ID - 1757)

sif. dan. zar. Arvadından qorxan, arvadının sözü ilə oturub-duran; ağzıboş, aciz, cəsarətsiz (kişi haqqında). [Fatma xanım:] Səndə təqsir yoxdur, [təqsir] mənim arvadağızlı oğlumdadı. N.Vəzirov.

ARVADAĞIZ(LI)LIQ (ID - 1758)

is. dan. Ağzıboşluq, acizlik, cəsarətsizlik.

ARVADARASI (ID - 1759)

sif. dan. Arvadlar arasında olan; arvadlar arasında baş verən, yaxud arvadlara xas olan. Arvadarası söhbət.

ARVADBAZ (ID - 1760)

is. dan. Qadın düşkünü, arvadların dalınca düşən kişi.

ARVADBAZLIQ (ID - 1761)

is. dan. Arvadbaz kişinin xasiyyəti, qadın düşkünlüyü.

ARVADLAŞMA (ID - 1762)

“Arvadlaşmaq”dan f.is.

ARVADLAŞMAQ (ID - 1763)

f dan. 1. Getdikcə gəncliyini itirib, yaşlı arvada oxşamaq, yaşlı arvad halını almaq.
2. məc. Acizləşmək, cürət və cəsarətini itirmək, ağzının kəsərini itirmək.

ARVADLI (ID - 1764)

sif. 1. Evli; evi-arvadı olan. Arvadlı kişilər.
2. Yanında arvadı olan, arvadı ilə bərabər. Kişili arvadlı altı adamdır.

ARVADLIQ (ID - 1765)

is. Qadınlıq. [Tükəz:] Bu tüfəng-tapançanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram! M.F.Axundzadə. [Həmzə:] Canım, .. gedib arvadlığınızı eləsəniz! Ə.Əbülhəsən.

ARVAD-UŞAQ (ID - 1766)

is. dan. 1. Ailə, külfət. Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. Çəmənzəminli.
2. Qadınlar və uşaqlar (bir yerdə). [Hacı Qurban:] Köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər, vaxt...

ARVADÜZLÜ (ID - 1767)

sif. dan. Arvada oxşayan. Arvadüzlü kişidən, kişiüzlü arvaddan əlhəzər. (Ata. sözü).

ARVANA (ID - 1768)

is. məh. İki hörgüclü dişi dəvə. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev.

ARZU (ID - 1769)

is. [fars.] 1. Bir şeyin olmasını ürəkdən istəmə; istək, dilək, əməl, həsrət. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır! M.İbrahimov. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var!...

ARZU-KAM (ID - 1770)

is. b a x arzu 1-ci mənada.

ARZUKEŞ (ID - 1771)

sif. [fars.] Arzu çəkən, ürəkdən istəyən, arzulayan, bir şeyin həsrətində olan.

ARZULAMA (ID - 1772)

“Arzulamaq”dan f.is.

ARZULAMAQ (ID - 1773)

f. Arzu etmək, can və ürəkdən istəmək, bir şeyin həsrətində olmaq, diləmək. Vətəni arzulamaq. - Dildarə müştaq oldu can, anın camalın arzular. Nəsimi. Cəfər əminin arzuladığı möhkəm hökumət gəlib çıxdı. H.Nəzərli....

ARZULANMA (ID - 1774)

“Arzulanmaq”dan f.is.

ARZULANMAQ (ID - 1775)

məch. Arzu edilmək, ürəkdən istənilmək, həsrəti çəkilmək.

ARZULU (ID - 1776)

sif. 1. İstənilən, arzu edilən, dinlənilən.
Ürəyində arzusu, istəyi, diləyi olan, həsrətli.

ARZUMAN (ID - 1777)

is. köhn. İstək, ürək arzusu, məqsəd, məram. Çənlibel oylağım, Qırat dayağım; At minmədən arzumanım qalmadı. “Koroğlu”. İndən belə ölsəm arzu çəkmərəm; 0ükr Allaha, arzumana yetişdim. M.P.Vaqif.

ARZUMƏND (ID - 1778)

is. [fars.] Ürəkdən istəyən, arzu edən. Lütf ilə zaman-zaman verib pənd; İslahıma olma arizumənd. Füzuli.
// Bir şeyin həsrətində olan. Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü; Arizuməndi-rüxialü ləbi-xəndaninəm....

ARZUSUZ (ID - 1779)

sif. Həvəssiz, könülsüz, istəksiz.

ASAN (ID - 1780)

sif. Zəhmət tələb etməyən, zəhmətsiz yerinə yetirilə bilən, zəhmətsiz əldə edilə bilən, zəhmətsiz rəf edilə bilən; yüngül (çətin ziddi). Asan məsələ. Asan iş. Asan sənət. Asan yol. - Rəsındır rənc çəkən karını...

ASANCA(SINA) (ID - 1781)

zərf Asanlıqla, zəhmətsiz, çətinlik çəkmədən. Məsələni asanca həll etdim. Vəziyyətdən asanca çıxmaq.
Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox...

ASANLAŞDIRILMA (ID - 1782)

“Asanlaşdırılmaq”dan f.is.

ASANLAŞDIRILMAQ (ID - 1783)

məch. Asan edilmək, yüngülləşdirilmək, sadələşdirilmək.

ASANLAŞDIRMA (ID - 1784)

“Asanlaşdırmaq”dan fis.

ASANLAŞDIRMAQ (ID - 1785)

f Asan etmək, yüngülləşdirmək, sadələşdirmək. Gediş-gəlişi asanlaşdırmaq. Məsələnin həllini asanlaşdırmaq.

ASANLAŞMA (ID - 1786)

“Asanlaşmaq”dan f.is.

ASANLAŞMAQ (ID - 1787)

f Getdikcə asan olmaq, daha asan olmaq; yüngülləşmək, sadələşmək. İşlər asanlaşdı. Neftdən benzin almaq işi xeyli asanlaşmışdır.

ASANLATMAQ (ID - 1788)

b a x asanlaşdırmaq.

ASANLIQ (ID - 1789)

is. Asan şeyin halı; yüngüllük (çətinlik ziddi). Məsələnin asanlığı. Təlim üsulunun asanlığı.

ASANLIQLA (ID - 1790)

zərf b a x asanca(sına). [Miss Hanna:] ..Məni çox asanlıqla doğru yoldan azdıra bildilər. M.S.Ordubadi. Ağır idman daşlarını [Gülşən] asanlıqla qaldırırdı.. Süleymanov.

ASAR (ID - 1791)

is. [ər. “əsər” söz. cəmi] köhn.
Əlamət, əsər, nişanə. Ol Məşhədə Zeyd olub mücavir; Asari-sədaqət etdi zahir. Füzuli. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib asari-rüşd özündə mülahizə elədi,...

ASAYİŞ (ID - 1792)

is. [fars.] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq. Elmlər sayəsində .. insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə....

ASBEST (ID - 1793)

is. [yun.] miner. Odadavamlı maddələr, inşaat materialları və s. hazırlanmasında işlədilən lifli mineral. Uralda böyük asbest yataqları var.

ASDIRILMA (ID - 1794)

“Asdırılmaq”dan f.is.

ASDIRILMAQ (ID - 1795)

“Asdırmaq”dan məch.

ASDIRMA (ID - 1796)

“Asdırmaq”dan f.is.

ASDIRMAQ (ID - 1797)

“Asmaq”dan icb.

ASEPTİK (ID - 1798)

sif. tib. Aseptika vasitəsilə mikroblardan təmizlənmiş. Aseptik sarğı.

ASEPTİKA (ID - 1799)

[yun.] tib. Yaranı mikroblardan qorumaq üçün ona toxunulacaq bütün şeyləri fiziki vasitələrlə (qaynatmaqla, isti hava verməklə və s.) zərərsizləşdirmə üsulu. Aseptika qaydaları.

ASFALT (ID - 1800)

[yun.] 1. Təbii və ya süni surətdə hasil edilən qara rəngli, bərk, qatranaoxşar kütlə (küçələrə döşəmək, lak və s. hazırlamaq üçün işlənir). Asfalt zavodu. Küçələrə asfalt döşəmək. - Asfaltın boğuq istisi adamın...

Bu səhifə 16 dəfə baxılıb