İzahlı lüğət

AYSIZ (ID - 2401)

sif Qaranlıq, ay işığı olmayan. Aysız gecədir. Dağlar donmuş nəhəng qara dalğalar kimi dörd tərəfdən Xınalığın üfüqlərini hasarlayıblar. R.Rza. [Adilə:] -Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır....

AYSOR (ID - 2402)

is. Əsas kütləsi İranda və Türkiyədə yaşayan və süryani dili ləhcələrindən birində danışan kiçik bir xalqın adı və bu xalqa mənsub adam. Aysorlar özlərini qədim assuriyalıların nəsilləri hesab edirlər.

AY-ULDUZ (ID - 2403)

is. köhn. Ay-ulduz şəklində qızıldan qadın bəzəyi; boyunbağı. Ay-ulduz şəbəkə üsulu ilə düzəldilir.

AY-ULDUZLU (ID - 2404)

sif. 1. Üzərində ay-ulduz şəkli təsvir olunmuş. Ay-ulduzlu bayraq.
2. Döşündə, boynunda ay-ulduz şəklində bəzəyi olan; ay-ulduz taxılmış. Ay-ulduzlu sinəbənd.

AYÜZLÜ (ID - 2405)

sif. şair. Gözəl, göyçək.

AZ (ID - 2406)

sif. 1. Sayca çox olmayan, cüzi (çox ziddi). Az pul. Az miqdar. Az bilik. İclasa az adam gəlmişdi.
// Çox sürməyən, sürəksiz, çox davam etməyən, tez qurtaran. Az ömür. Az vaxt. Az (z.) yaşamaq. Az (z.) sürmək. - Az yeyənin azarı...

AZACIQ (ID - 2407)

sif. və zərf Çox az, çox az miqdarda, cüzi. Mənə azacıq su verin. Azacıq vaxt qalmışdır. Azacıq yemək. - Azacıq aşım, ağrımaz başım. (Məsəl). Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin...

AZAD1 (ID - 2408)

sif. [fars.] 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.
Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış.
...

AZAD2 (ID - 2409)

is. [fars.] bot. Cənubda bitən bərk oduncaqlı ağac növü. Azərbaycanda qarağac, dağdağan və azad ağacı cinslərindən olan yabanı şəkildəyayılmış və becərilən növün nümunələrinə təsadüf olunur. H.Qədirov. Zorxana oyunu...

AZADƏ (ID - 2410)

b a x azad1 1-ci mənada. Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfə S.S.Ə.Şirvani. Sona xala ah çəkərək dedi:
Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov.
...

AZADƏLİK (ID - 2411)

b a x azadlıq 1-ci mənada. Dünyada eşq dərdini huşyar olan bilir; Azadəlik səfasını bidar olan bilir. S.Ə.Şirvani. İstəyirəm gərçi mən azadəlik; Zənciri amma bacarıb açmaram. A.Səhhət. [Mirzə:] Qaranlıqda qalanların işıq arzusunda,...

AZADFİKİRLİ (ID - 2412)

sif. Azad düşünən, müstəqil düşünən. Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. M.İbrahimov.

AZADFİKİRLİLİK (ID - 2413)

is. Azad düşünən, müstəqil düşünən adamın dünya görüşü, məsləki. İntibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər.

AZADXAH (ID - 2414)

[fars.] b a x azadixah. Başqa bir azadxahı həbsxanada o qədər döydülər ki, oradaca öldü. P.Makulu.

AZADXAHLIQ (ID - 2415)

is. Azadlıq istəmə, hürriyyətpərvərlik. [Hücrə sahibi:] Bu, azadxahlıq naminə yaraşan iş deyil. P.Makulu.

AZAD(İ)XAH (ID - 2416)

sif. [fars.] köhn. Azadlıq istəyən, azadlıq yolunda mübarizə edən; hürriyyətçi. Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadixah şahzadə Cəlaləddin Mirzə hal-hazırda xəstədir. M.F.Axundzadə. Şücaüddövlə...

AZADİYYƏT (ID - 2417)

[fars. azad və ər. ...iyyət] b a x azadlıq 1-ci mənada. Sənin torpağın xarabdır və əhlin nadandır və sivilizasionicahandan bixəbərdir və azadiyyətdən məhrumdur. M.F.Axundzadə. [Rzaqulu xan] kəndlilər içində azadiyyət sözləri...

AZADLIQ (ID - 2418)

is. 1. Hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; müstəqillik. Siyasi azadlıq. Demokratik azadlıq. Azadlıq...

AZADLIQSEVƏN, AZADLIQSEVƏR (ID - 2419)

sif. Azadlığı sevən, müstəqil olmağa çalışan; istiqlaliyyət uğrunda mübarizə edən, hürriyyətpərvər. Azadlıqsevən xalqlar. - ..Bu gün .. azadlıqsevən bütün xalqlar sülh uğrunda mübarizə aparır. Z.Xəlil.

AZADMAYI, AZADMAHI (ID - 2420)

is. Cavan qızıl balıq.

AZADPƏRVƏR (ID - 2421)

[fars.] b a x azadlıqsevən, azadlıqsevər.

AZADPƏRVƏRLİK (ID - 2422)

is. Azadlıq sevmə. [C.Cabbarlı] doğma xalqının mübarizə tarixini əfsanə və nağıllarını öyrənməyə, xalqın mənəvi qüdrətini, azadpərvərliyini öz əsərlərində əks etdirməyə çalışır. M.Arif.

AZALDILMA (ID - 2423)

“Azaldılmaq”dan fis.

AZALDILMAQ (ID - 2424)

məch. Az hala salınmaq, az edilmək, əskildilmək. Xərclər xeyli azaldılmışdır. Vaxtı azaldılmaq.

AZALMA (ID - 2425)

“Azalmaq”dan fis.

AZALMAQ (ID - 2426)

f. Miqdarca, sayca, həcmcə və s. əskilmək, zəifləmək, çəkilmək, məhdudlaşmaq. Çayın suyu azaldı. Təhlükə azaldı. Həcmi azalmaq. Çəkisi azalmaq. Sürəti azalmaq. Xərci azalmaq. - Yazırsan ki, iştaham azalıb, belə ki, sübh...

AZALTMA (ID - 2427)

“Azaltmaq”dan f.is.

AZALTMAQ (ID - 2428)

f Əskiltmək, az etmək, ixtisar etmək (miqdarca, sayca, həcmcə və s.). Həcmini azaltmaq. Çəkisini azaltmaq. Xərcləri azaltmaq. - [Cuma] lampanın işığını azalt, - dedi. Ə.Əbülhəsən.

AZAN (ID - 2429)

is. [ər.] Müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbir. Şəhəri bir qədər dolaşıb saat 12-də azan səsi eşitdim, bir qoca kişi.. azan oxuyurdu. Ə.Haqverdiyev....

AZANÇI (ID - 2430)

is. din. Azan oxuyan, azanverən. [Xortdan:] Bəs necə olubdur ki, özünüz üçün bir xoşsövt azançı tapmayırsınız? Ə.Haqverdiyev.

AZANÇILIQ (ID - 2431)

is. din. Azançı sənəti.

AZANVERƏN (ID - 2432)

b a x azançı.

AZAR (ID - 2433)

is. [fars.] 1. Xəstəlik, naxoşluq. [Ağakərim xan:] ..Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. [Həkim:] ..Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev.
□ Azar...

AZAR-BEZAR (ID - 2434)

is. dan. Hər cür azar, xəstəlik. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. Belə yerdə daha azar-bezar da yaddan çıxar. Mir Cəlal.
□ Azar-bezar...

AZARGƏZDİRƏN (ID - 2435)

sif. 1. Xəstəlik yayılmasına səbəb olan, xəstəlik mənbəyi olan, mikrobları yayan. Azargəzdirən milçəklər.
sif. məh. Həmişə xəstə olan.

AZARXANA (ID - 2436)

is. [fars.] köhn. Xəstəxana. [Hacı Fərəc:] Zəhmət olmasa bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır. N.Vəzirov.

AZARKEŞ (ID - 2437)

is. və sif. [fars.] məh. İdman həvəskarı. Futbol azarkeşləri. - “Azarkeşlər ” içində yenə bir həyəcan var. M.Rahim. Bəlkə də azarkeş oxucularım; Şəklimi axtarır, şəklimi gəzir. M.Araz.

AZARLAMA (ID - 2438)

“Azarlamaq”dan f.is.

AZARLAMAQ (ID - 2439)

f Xəstələnmək, naxoşlamaq. Azarladım ölmədim, üzüldüm öldüm. (Ata. sözü). Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. C.Məmmədquluzadə.

AZARLATMA (ID - 2440)

“Azarlatmaq”dan f.is.

AZARLATMAQ (ID - 2441)

f Xəstələndirmək, xəstəliyə salmaq, azarlamasına səbəb olmaq. Uşağı soyuğa verib azarlatmaq.

AZARLI (ID - 2442)

AZARLIXANA (ID - 2443)

is. köhn. Xəstəxana. [Usta:] Məni götürüb apardılar azarlıxanaya. Bir-iki ay orada qaldım ki, yaxşı olum. Çəmənzəminli.

AZARLILIQ (ID - 2444)

is. Azarlı adamın vəziyyəti, halı.

AZARSIZ (ID - 2445)

sif. Əziyyətsiz, əzabsız, zəhmətsiz, asan. Azarsız iş. Bu iş azarsız (z.) başa gəlməz.

AZAY (ID - 2446)

is. məh. Şikayət, deyinmə, gileylənmə; giley.

AZAYLANMAQ (ID - 2447)

f məh. Şikayətlənmək, deyinmək, gileylənmək. [Ağsaqqallardan biri:] ..Kərbəlayı, bizim də məqsədimizdə elə sənsən. Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov.

AZCA (ID - 2448)

sif. və zərf Azacıq, bir az. Azca pul. Azca gəzmək. Azca yatmaq. - Azca keçməmiş onun [Musanın] ayaq səsləri qaranlıq və sakit payız küçəsinin qoynunda itib getdi. M.İbrahimov. Bir azdan günəşlə üfuq arasında azca məsafə qaldı....

AZCA-AZCA (ID - 2449)

zərf 1. Hamısını birdən yox, az-az. Bu sudan azca-azca əlimə tök.
Yavaş-yavaş. Uşaq azca-azca yeriyir.

AZCANA (ID - 2450)

dan. b a x azacıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed