Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ANTROPOLOQ (ID - 1451)

[yun.] Antropologiya mütəxəssisi.

ANTROPOMORFIZM (ID - 1452)

[yun. anthropos - insan, morphe - forma] İnsana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara aid edilməsi. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha...

AORTA (ID - 1453)

is. [yun.] anat. Ürəyin sağ mədəciyindən çıxan və bədənin (ciyərlərdən başqa) bütün üzvlərini arterial qanla təchiz edən ən böyük qan damarı; şah damar. Aortanın divarı. Aortanın qalxan hissəsi.

APAÇIQ (ID - 1454)

sif. və zərf Tamamilə açıq, tamamilə aydın. Apaçıq məsələ. Bütün əlamətlər bu yerlərdə neft yataqları olduğunu apaçıq göstərir. - Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Ə.Haqverdiyev. Mağara...

APAĞ (ID - 1455)

sif. Tamamilə ağ, lap ağ, ağappaq. Apağ süfrə. Apağ sifət.

APARAT (ID - 1456)

[lat.] 1. tex. Alət, cihaz, qurğu. Radio aparatı. Aparatla əyirmə.
İdarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu. Dövlət aparatı.
// Bir idarənin və ya təşkilatın bütün işçiləri,...

APARATÇI (ID - 1457)

is. xüs. Aparatda işləyən, aparatı idarə edən fəhlə. Aparatçılar briqadiri təcrübə sahəsində tökmə üsulu ilə hazırlanmış maşınların istilik rejimini yoxlayır. (Qəzetlərdən).

APARICI (ID - 1458)

sif. 1. Başda gedən, irəlidə gedən, qabaqda gedən.
// Əsas, baş, ən mühüm. “Rast” ladının mayəsinə bütün pərdələr tabedir: alt kvarta, alt medianta, alt aparıcı ton, üst aparıcı ton, tersiya, üst kvarta, kvinta. Ü.Hacıbəyov....

APARILMA (ID - 1459)

“Aparılmaq”dan f.is. Yüklərin vaxtında aparılmasını təmin etməli.

APARILMAQ (ID - 1460)

“Aparmaq”dan (1, 2, 3, 8 və 12-ci mənalarda) məch. Sərnişinlərin hamısı yerlərinə aparıldı. Mübarizə aparılmaq. Təşviqat aparılmaq. - Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. M.S.Ordubadi. [Allahqulu:] Oğlumun...

APARMA (ID - 1461)

“Aparmaq”dan f.is.

APARMAQ (ID - 1462)

f. 1. Bir şeyi əlinə götürərək, yaxud dalma yükləyərək bir yerdən başqa yerə köçürmək, gətirmək. Uşağı qucağında aparmaq. Yükü dalında aparmaq. Tayı çiynində aparmaq. - Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım....

APARTMAQ (ID - 1463)

icb. Aparmağa məcbur etmək.

APAŞKAR (ID - 1464)

b a x apaydın.

APAYDIN (ID - 1465)

sif. Tamamilə aydın, tamamilə bəlli. Apaydın məsələ. Apaydın hava. - Qəhrəmanın üzündə ümidsizlik və tərəddüd əlamətləri apaydın görünməkdə idi. Ə.Vəliyev.

APELLYASİYA (ID - 1466)

is. [lat. appellatio - müraciət] hüq. Məhkəmənin qanuni qüvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası. Apellyasiya məhkəməsi. Apellyasiya qaydasında qəbul olunan qərar.

APLİKASİYA (ID - 1467)

is. [lat.] Qurama, omamentlərin yaradılması üsulu.

APORT (ID - 1468)

[xüs. is.-dən] Alma ağacı növü və bu ağacın çox qalan turşməzə-şirin iri alması. Aport özünü yaxşı tozlamır.

APOSTROF (ID - 1469)

[yun.] dilç. Sözlərdə buraxılan səsi əvəz etmək üçün hərflərin arasında üstdə qoyulan vergül şəkilli işarə (’). Apostrof işarəsinin atılması.

APPENDİSIT (ID - 1470)

[lat.] tib. Kor bağırsağın artımının iltihabı. Appendisit tutmaları.

APREL (ID - 1471)

[lat.] Təqvim ilinin dördüncü ayı. Aprel ayının ilk günləri.

APRİOR(İ) (ID - 1472)

[lat.] fəls. Təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq. Aprior bilik.

APROBASİYA (ID - 1473)

is. [lat.] 1. Bəyənmə, təsdiqetmə.
2. Keyfiyyəti təyin etmə. Aprobasiya metodikası.

APTEK (ID - 1474)

[əsli yun.] Həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. Aptek ilk dəfə 754-cü ildə Bağdad şəhərində yaradılmışdır. - Aptekdən təzə dərman gətirmişdilər. C.Məmmədquluzadə.

APTEKÇƏ (ID - 1475)

kiç. İlk tibbi yardım göstərmək üçün lazım olan dərmanlar toplusu və içində bu cür dərmanlar olan qutu. Hər bir düşərgədə - çardaqda ilk yardım göstərmək üçün baytarlıq aptekçəsi olmalıdır.

APTEKÇİ (ID - 1476)

APTEKÇİLİK (ID - 1477)

is. Aptekçi sənəti, işi; əczaçılıq.

AR (ID - 1478)

is. [ər.] 1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik. Bu adamda heç ar deyən şey yoxdur. - Görür əğyar ilə yarini, ölməz; İlahi, Seyyidə bir ar gəlsin.S.Ə.Şirvani.
Eyib, utanılacaq şey, nöqsan. Nə etmək, mən...

ARA (ID - 1479)

is. 1. İki nöqtə, iki şey arasındakı məsafə. Bakı ilə Gəncə arasında asfalt yol var. Məktəblə evimizin arası yüz addım olar. - Qulam Əsgərov düşmən ilə öz aralarındakı məsafəni bilirdi. Ə.Əbülhəsən.
Boşluq, açıqlıq,...

ARABA (ID - 1480)

is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi. Minik arabası. Yük arabası. Əl arabası (əl ilə sürülən araba). Ikitəkərli araba.
Arabanı at aparmır, arpa aparır. (Məsəl). Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana....

ARABABƏND (ID - 1481)

is. Araba qayıran usta.

ARABACIQ (ID - 1482)

kiç. Kiçik araba.
// Uşaq arabası, oyuncaq araba.

ARABAÇI (ID - 1483)

is. 1. Araba sürən adam, araba işlədən adam. Küçələrdə arabaçılar, suçular .. o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə. [Hacı:] Arabaçı, dayan, babılarla yol getmək özü bir fitnə-fəsad işdir, saxla! Mir Cəlal.
Araba qayıran,...

ARABAÇILIQ (ID - 1484)

is. Arabaçı sənəti, işi. Kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. S.S.Axundov.

ARA-BƏRƏ (ID - 1485)

is. dan. 1. Aralıq, ara, orta. Köçün ara-bərəsində, tozun içində, qabağı öküz yüklü, arxası ağır şələli, boyunlarında uşaqları olanlar da qan-tər içində dartınıb .. gedirdilər. S.Rəhimov.
Hüdud, sərhəd.

ARABİR (ID - 1486)

zərf Hərdənbir, gahdanbir, bəzən. Arabir yağış yağır. Arabir bizə gələrdi. - [Kərim baba tüfəngini] hər gün silər, təmizlər və arabir dərənin içinə enərək
bir yeri nişan alardı. A.Şaiq. [Nadir] yəqin etmişdi ki, özü...

ARAÇI (ID - 1487)

is. Ara düzəldən adam, dəllal.
// Arada duran adam, vasitəçi. Mahmud.. öz ürəyini soyutmaq istəyirdi. Lakin araçılar buna mane oldular. P.Makulu.

ARAÇILIQ (ID - 1488)

is. Vasitəçilik, miyançılıq, ara düzəltmə; dəllallıq.
□ Araçılıq etmək, vasitəçilik etmək, ara düzəltmək.

ARADABİR (ID - 1489)

b a x arabir.

ARADÜZƏLDƏN (ID - 1490)

is. dan. Vasitəçi (yalnız mənfi mənada).

ARAHƏKİMİ (ID - 1491)

is. Heç bir təhsili olmayan və qeyri-elmi üsullarla müalicə edən adam; türkəçarəçi.

ARAKÇEYEVÇİLİK (ID - 1492)

is. [Rusiya çarı I Aleksandr dövründə nazir olmuş Arakçeyevin adından] 1. XIX əsrin əvvəlində Rusiyada: qeyri-məhdud polis istibdadı, hərbi zümrənin başlı-başmalığı və xalq üzərində cəbr və zülm rejimi.
2. məc. Bir ovuc...

ARAKƏSİLMƏZLİK (ID - 1493)

is. Arasıkəsilməz şeyin halı, fasiləsizlik, davamlılıq, sürəklilik.

ARAKƏSMƏ (ID - 1494)

is. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s. Evin arakəsməsi taxtadandır. Arakəsməni suvarmaq.
// Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma....

ARAQ (ID - 1495)

is. [ər.] 1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək. - Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani. [Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin...

ARAQARIŞDIRAN (ID - 1496)

sif. və is. Fitnə-fəsad salan. [Pyotr:] [Vano] bəlkə araqarışdıranlardandır, qəsdən göndərilib. S.Rəhman.

ARAQ-ÇAXIR (ID - 1497)

top. Spirtli içkilər.

ARAQÇƏKƏN (ID - 1498)

is. 1. Araq çəkməklə məşğul olan adam.
Araq çəkmək üçün cihaz, alət və s.

ARAQÇI (ID - 1499)

is. dan. 1. Araqçəkən, araq hazırlayıb satan adam.
Çox araq içən, içkilərdən ən çox arağı sevən adam.

ARAQÇIN (ID - 1500)

is. [ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. [Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük...

Bu səhifə 36 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri

İzahlı video testlərə keç

.....