Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ANLAŞILMA (ID - 1401)

“Anlaşılmaq”dan f.is.

ANLAŞILMAQ (ID - 1402)

məch. Başa düşülmək, dərk edilmək; məlum olmaq, aydın olmaq. Onun sözlərindən heç bir şey anlaşılmadı. Danışığından anlaşıldı ki, bu gün yola düşəcəkdir. - Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən...

ANLAŞILMAZ (ID - 1403)

sif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli. - Gecəyarısı avam camaat məclislərə...

ANLAŞILMAZLIQ (ID - 1404)

is. 1. Anlaşılmaz şeyin halı.
2. Bir-birini anlamama, başa düşməmə, yaxud yanlış başa düşmə və bunun nəticəsində törəyən hal, keyfiyyət. [Qızıl Arslan:] Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar...

ANLAŞMA (ID - 1405)

“Anlaşmaq”dan fis. Sülhü möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edilir, dövlətlər arasında səmimi anlaşmaya və xeyirxah münasibətlər yaranmasına çalışılır.

ANLAŞMAQ (ID - 1406)

f Bir-birini anlamaq, başa düşmək, bir-biri ilə razılaşmaq, sazişə gəlmək. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. M.S.Ordubadi....

ANLATMA (ID - 1407)

“Anlatmaq”dan f.is.

ANLATMAQ (ID - 1408)

f Başa salmaq, qandırmaq, izah etmək. Mən ki bilməz idim nədir məhəbbət; Bu sirri sən mənə anlatmadınmı? M.Müşfiq.

ANLAYAN (ID - 1409)

fsif Başa düşən, qanan, mərifətli, qanacaqlı, arif. Işarət eylərəm anlayan dosta; Dostunun qədrini bilən oynasın. M.P.Vaqif. Kişi dövlətinə pasiban gərək; Işarə anlayan, söz qanan gərək. Q.Zakir.
// İs. mənasında. Sübh...

ANLAYIŞ (ID - 1410)

is. 1. Anlaşma, qanma, düşünmə, dərk etmə işi; idrak, ağıl, zəka, fərasət.
Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür; məfhum. Bir-birinə zidd olan anlayışlar. Ictimai sinif anlayışı.

ANLAYIŞLI (ID - 1411)

sif. Düşüncəli, fərasətli, zehinli, tez başa düşən, tez qavrayan.

ANLI (ID - 1412)

sif. qəd. Ağıllı, düşüncəli. Qan ilə oynamaz anlı kəslər; Kin ilə kükrəmədə varmı hünər? A.Şaiq.

ANMA (ID - 1413)

“Anmaq”dan f.is. Anma mərasimi.

ANMAQ (ID - 1414)

f Yada salmaq, xatırlamaq, yad etmək, yada gətirmək. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb ah edərdi. Füzuli. Keçən günləri ki, indi bu dəmlər; Dəli könül, əbəs anar, ağlarsan. M.P.Vaqif. Layiqli əməldi səhvi anmaq;...

ANOD (ID - 1415)

[yun.] fiz. Müsbət elektriklə yüklü elektrod. Anod şüaları.

ANOFELES (ID - 1416)

[yun.] Malyariya (qızdırma) törədən ağcaqanad.

ANONİM (ID - 1417)

[yun.] 1. Əsərlərində, məktubunda adını gizlədən müəllif.
2. Müəllifinin adı göstərilməyən əsər, məktub.
□ Anonim şirkət iqt. - səhmlərinin üstündə sahibinin familiyası yazılmayan səhmdarlar cəmiyyəti.

ANONS (ID - 1418)

[fr.] Gələcək qastrollar, tamaşalar, konsertlər və s. haqqında qabaqcadan yapışdırılan elan, afişa.

ANORMAL (ID - 1419)

sif. [yun. a - inkar əd. və lat. normal] Qeyri-normal, qeyri-təbii, ümumi qaydaya uyğun olmayan, ümumi qaydadan kənar. Anormal hadisə. Anormal vəziyyət.
[Rza bəy] Həkimülmülk və Səlimini gözlədiyi zamanda da ruhən belə bir anormal...

ANORMALLIQ (ID - 1420)

is. Qeyri-normallıq.

ANRI (ID - 1421)

zərf və sif. dan. 1. O yan, o tərəf, o yana, o tərəfə. Anrı gedirəm. - Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim, Ruqiyyə idi. A.Divanbəyoğlu.
Xırım-xırda.
Artıq-əskik, yersiz.
□□ Anrı-bəri çəkmək - süründürmək,...

ANSAMBL (ID - 1422)

[fr.] 1. mus. Bir yerdə çıxış edən və bir bədii kollektiv təşkil edən çalğıçılar, oxuyanlar və oynayanlar dəstəsi. Sazçı qızlar ansamblı. Mahnı və rəqs ansamblı.
Dram, yaxud musiqi pyesinin artistlər tərəfindən birgə...

ANSIZ (ID - 1423)

sif və zərf Birdən, gözlənilmədən, qəfildən. Ansız ölüm. Ansız hadisə.

ANSIZIN (ID - 1424)

b a x ansız. Bu zaman ansızın qopan .. bir fırtınadan yer-göy sarsıldı. A.Şaiq. Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli. Həmid gedəndən sonra ansızın dəhşətli bir xəzri başladı. Ə.Məmmədxanlı.

ANSIZLIQ (ID - 1425)

is. Gözlənilməzlik, nagəhanilik; birdən-birə, qəfildən olma.

ANŞLAQ (ID - 1426)

[alm.] Teatrda, kinoda, sirkdə və s.-də biletlərin satılıb qurtardığını bildirən elan. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər doludur, bəzən teatr, tamaşaya iki gün qalmış...

ANTAQONİST (ID - 1427)

[yun.] Bir-biri ilə barışmaz düşmən olan. Antaqonist siniflər. Antaqonist və qeyri-antaqonist ziddiyyətlər.

ANTAQONİZM (ID - 1428)

[yun.] Barışmaz ziddiyyət. Sinfi antaqonizm. Antaqonizm daha kəskin şəkil alırdı.

ANTARKTİK (ID - 1429)

sif. Antarktikaya aid olan; cənubi, qütbi.

ANTARKTİKA (ID - 1430)

[yun.] coğr. Yer kürəsinin cənub qütbü sahəsi. Antarktikanın bitkisi zəif inkişaf etmişdir.

ANTENA (ID - 1431)

[lat.] Radio qurğusunun elektromaqnit dalğalarını yaymaq (radio verilişində) və ya onları tutmaq (qəbul etdikdə) üçün məftillər sistemi. Antenanın işləmə nəzəriyyəsi və quraşdırılma metodları.

anti... (ID - 1432)

[yun.] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara əkslik və zidlik mənası verən önlük, məs.: antizərrəcik, antitezis, antisistem.

ANTİBİOTİK (ID - 1433)

sif. [yun.] biol. tib. Mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən antibiotik maddələr.

ANTİBİOTİKLƏR (ID - 1434)

cəm, biol. tib. Bəzi mikroorqanizmlərin ifraz etdiyi, bu və ya başqa mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən kimyəvi maddələr. Antibiotiklər müasir təbabətdə geniş surətdə dərman kimi (penisillin,...

ANTİFAŞİST (ID - 1435)

[yun. anti... və ital. faşist]
Faşizmin düşməni, faşizmlə mübarizə iştirakçısı.
2. sif. Faşizm əleyhinə yönəldilmiş, faşizmlə mübarizə aparan. Antifaşist təşkilatlar. Antifaşist hərəkatın üzvləri.

ANTİK (ID - 1436)

sif. [lat.] Qədim. Qədim yunan və Roma ictimai quruluşuna, mədəniyyətinə, incəsənətinə aid olan. Antik koloniyaların dövlət quruluşu. Antik fəlsəfə. Antik ədəbiyyat.

ANTİNOMİYA (ID - 1437)

[yun. antinomia] fəls. Mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış hökmün meydana gəlməsi. Semantik antinomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.

ANTİSEMİT (ID - 1438)

[yun. anti... və xüs. semit] Yəhudi düşməni; yəhudiləri sevməyən, onlara nifrət və ədavət bəsləyən adam.

ANTİSEMİTİZM (ID - 1439)

[yun. anti... və xüs. semit] Yəhudilərə qarşı ədavət, düşmənçilik, nifrət. Antisemitizm səlib səfərləri zamanı geniş şəkil almışdı.

ANTİSEPTİK (ID - 1440)

sif. [yun.] tib. kim. Mikrobların inkişafına mane olan. Antiseptik maddələr. Antiseptik vasitələr. - Təbabətdə mixək yağı .. diş xəstəliklərinin müalicəsində antiseptik dərman kimi işlədilir. Əliyev.

ANTİSEPTİKA (ID - 1441)

[yun.] tib. 1. Mikrobları öldürən kimyəvi maddələr vasitəsilə yaraları mikroblardan qoruma və zərərsizləşdirmə üsulu.
2. Bu məqsəd üçün işlədilən dərmanlar, preparatlar.

ANTİSOVET (ID - 1442)

sif. [yun. anti... və rus. sovet] Sovet hökuməti əleyhinə yönəldilmiş, ona düşmən olan. Antisovet şüarlar.

ANTİTEZA (ID - 1443)

[yun.] 1. Təzad, zidlik, əkslik.
// ədəb. Bir-birinə zidd məfhum və surətlərin qarşılaşdırılmasından ibarət stilistik üsul. Antitezadan əsərin sərlövhəsində də istifadə edilə bilər.
B a x antitezis.

ANTİTEZİS (ID - 1444)

[yun.] fəls. mənt. İnkişaf prosesində əsas müddəanın inkarı; tezisə
qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir.

ANTOLOGİYA (ID - 1445)

[yun.] ədəb. Müxtəlif yazıçıların əsərlərindən (əsasən, şeirlərindən) ibarət seçilmiş əsərlər məcmuəsi. Azərbaycan şeir antologiyası.

ANTON (ID - 1446)

anton alması [xüs. is. -dən] payızda yetişən yaşıl-sarı rəngli, turşməzə alma növü. Miçurin 1893-cü ildə meyvələrinin hər biri altı yüz qram gələn anton almasının toxumlarını əkdi. M.Axundov.

ANTONİM (ID - 1447)

[yun.] dilç. Başqa sözə qarşı əks məna daşıyan söz. Antonimlər fikrin oxucuya qabarıq çatmasına kömək edir.

ANTRAKT (ID - 1448)

[fr.] 1. Tamaşanın pərdələri, yaxud konsertin hissələri arasında fasilə, tənəffüs.
Opera, balet və ya dram tamaşalarının ayrı-ayrı pərdələri arasında ifa edilən musiqi əsəri.

ANTROPOLOGİYA (ID - 1449)

is. [yun.] İnsanın və insan irqinin mənsub fıziki təşəkkülü və təkəmmülü haqqında elm. Antropologiyanın tədqiqat metodu.

ANTROPOLOJI (ID - 1450)

sif Antropologiyaya aid olan. Antropoloji tədqiqat. Antropoloji prinsip.

Bu səhifə 41 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri

İzahlı video testlərə keç

.....