İzahlı lüğət

AFƏRİN

nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! - Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq.. S.S.Axundov. Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad. İkincipərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: -Afərin! Afərin! - deyə məni təbrik etdilər. H.Sarabski.
// Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə. Afərin sənə, bizi yaxşı aldatdın! - Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara... M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

AUL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed