İzahlı lüğət

AĞZIPƏRTÖV (ID - 651)

b a x ağzıyava.

AĞZIPƏRTÖVLÜK (ID - 652)

b a x ağzıyavalıq.

AĞZIPOLAD(LI) (ID - 653)

b a x ağzıkəsərli.

AĞZIPOZUQ (ID - 654)

b a x ağzıyava.

AĞZIPÜSTƏ (ID - 655)

sif. Ağzı çox kiçik və zərif.

AĞZISÖYÜŞLÜ (ID - 656)

b a x ağzıyava. ..Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz .. idi. M.İbrahimov.

AĞZIYARI (ID - 657)

sif. Ağzına qədər dolmamış, yarımçıq.

AĞZIYARIQ (ID - 658)

sif. Dodağının bir yeri yarıq olan.

AĞZIYASTI (ID - 659)

is. məh. Hər iki tərəfi yastı olan külüng növü.

AĞZIYAVA (ID - 660)

sif. dan. Söyüşkən, hərzə danışan, ədəbsiz danışan, ağzına gələni danışan.

AĞZIYAVALIQ (ID - 661)

is. dan. Söyüşkənlik, ədəbsiz danışmaq xasiyyəti, ağzıpərtövlük. Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən.. M.F.Axundzadə.

AĞZIYELLİ (ID - 662)

sif. dan. Yekə-yekə danışan; hərbə-zorba ilə, hədə-qorxu ilə danışan. Ağzıyelli adam. - Polis, jandarm və ağzıyelli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlif hizblər, ittihadiyyələr meydana çıxmışdı. M.İbrahimov.

AĞZIYIRTIQ (ID - 663)

sif. dan. Sirr saxlamayan, söz saxlamayan; boşboğaz, çərən-pərən danışan.

AĞZIYIRTIQLIQ (ID - 664)

is. Sirr saxlamamaq xasiyyəti; boşboğazlıq.

AĞZIYUXARI (ID - 665)

zərf Yuxarıya doğru, yuxarı tərəfə istiqamət alaraq; üzüyuxarı, başıyuxarı. [Fətəli xan] o döşdən tutmuş bu Şuşa dərələrini qoşunu ilə doldurmuşdu, .. ağzıyuxarı qalaya tərəf daraşmışdılar. Çəmənzəminli.

AH (ID - 666)

1. nida. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir. Ah, başım ağrıyır. - Ah, zalım! Ah, kim, oldum yolunda can fəda. M.Ə.Sabir. Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xərababadə? M.Hadi. [Səfər...

AHA (ID - 667)

nida. 1. Bir şeyi birdən-birə başa düşdükdə, bir şeyi axtararkən gözlənilmədən ona rast gəldikdə, yaxud da unudulan bir şey birdən yada düşdükdə deyilir. Aha, yadıma düşdü! Aha, yaxşı əlimə düşmüsən! Aha, sən də gəlmisən...

AHAL (ID - 668)

b a x ahıl.

AHALLAŞMA (ID - 669)

“Ahallaşmaq”dan f.is.

AHALLAŞMAQ (ID - 670)

b a x ahıllaşmaq.

AH-AMAN (ID - 671)

b a x aman 6-cı mənada. Öz qəti hökmünü verəcək zaman; Dünya görməyəcək bir də ah-aman! Ə.Cəmil.

AH-ƏFĞAN, AHÜ ƏFĞAN (ID - 672)

is. [fars.] b a x ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir.

AHƏN (ID - 673)

is. [fars.] klas. Dəmir. Peykanlarınla doldu tənim, afərin sənə; Bidad çəkməyə tənimi ahən eylədin. Füzuli. O qədər ki, peykan vurub cismimə; İtibdir bədənim ahən içində. Q.Zakir.

AHƏNG (ID - 674)

is. [fars.] 1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. - Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri...

AHƏNGDAR (ID - 675)

sif. [fars.] 1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə. - Əncir ağacı...

AHƏNGDARLIQ (ID - 676)

is. 1. Səslər və s. arasında uyğunluq. Musiqinin ahəngdarlığı. Nəğmənin ahəngdarlığı. Səslərin ahəngdarlığı. - Şerim sərbəstdir bir qədər; Birdən ahəngdarlıq sevən Xəzər; Məndən küsər. M.Araz.
2. Uyğunluq, müntəzəmlik....

AHƏNGLƏNDİRMƏ (ID - 677)

“Ahəngləndirmək”dən f.is.

AHƏNGLƏNDİRMƏK (ID - 678)

f. Ahəngə salmaq, müəyyən ahəngə tabe etmək; səsləri və s.ni bir-birinə uyğunlaşdırmaq.

AHƏNGLƏŞDİRMƏ (ID - 679)

“Ahəngləşdirmək”dən f.is.

AHƏNGLƏŞDİRMƏK (ID - 680)

bax ahəngləndirmək.

AHƏNGLİ (ID - 681)

b a x ahəngdar. Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır,.. ürəklərini yumşaldırdı. M.İbrahimov.

AHƏNGLİLİK (ID - 682)

b a x ahəngdarlıq.

AHƏNGSİZ (ID - 683)

sif. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olmayan, qulağa (gözə) xoş gəlməyən. Ahəngsiz nəğmə, şeir, musiqi, rəsm.
// Uyğunsuz.

AHƏNGSİZLİK (ID - 684)

is. Səslər və ya rənglər arasında uyğunluq (ahəng) olmaması. Nəğmənin, şerin, musiqinin ahəngsizliyi. Rənglərin ahəngsizliyi.

AHƏNRÜBA (ID - 685)

is. [fars.] bax maqnit. Ahənrüba - yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Məmmədquluzadə. Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zərdabi.
// məc. Cəzbedici qüvvə, cazibə....

AHƏSTƏ (ID - 686)

sif. və zərf [fars.] Asta, yavaş, ağır, üsullu. Dərənin hər iki tərəfindən bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzadə. Ey dil, amandı, sirrini biganə bilməsin;...

AHƏSTƏCƏ (ID - 687)

zərf Astaca, astalıqla, yavaşca, yavaş-yavaş, üsulluca. Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub laxtalanır qan, ölüb-ə! M.Ə.Sabir. [Məşədi Əsgər] ahəstəcə qapını açıb içəri girdi. S.M.Qənizadə.
...

AH-FƏĞAN, AHÜ FƏĞAN (ID - 688)

b a x ah-nalə, ahü nalə 2-ci mənada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. Heyran xanım. Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz. S.Ə.Şirvani. Hər tərəfdən ucaldı ahü fəğan....

AH-FƏRYAD, AHÜ FƏRYAD (ID - 689)

bax ahııalə, ahü nalə. [Paşa bəy:] ..Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Vəliyev.

AHIL (ID - 690)

sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. Ahıl kişi. Ahıl arvad. - Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev....

AHILLANMA (ID - 691)

“Ahıllanmaq”dan f.is.

AHILLANMAQ (ID - 692)

b a x ahıllaşmaq.

AHILLAŞMA (ID - 693)

“Ahıllaşmaq”dan f.is.

AHILLAŞMAQ (ID - 694)

f. Yavaş-yavaş yaşa dolmaq, qocalmağa başlamaq.

AHILLIQ (ID - 695)

is. Ahıl adamın halı.

AH-NALƏ, AHÜ NALƏ (ID - 696)

is. Fəryad, ağlama, ah-vay, ağlayıb-zarıma. Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. M.İbrahimov. O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı. M.Hüseyn.
□ Ah-nalə...

AHU (ID - 697)

is. [fars.] 1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.
Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni...

AHUBAXIŞLI (ID - 698)

şair. b a x ahugözlü.

AH-UF (ID - 699)

b a x ah-vay. Arvad o qədər ahuf elədi ki, az qaldı bağrı çatlasın. Ə.Vəliyev.

AHUGÖZLÜ (ID - 700)

sif. şair. İri və gözəl gözləri olan (qadın, qız haqqında). Apardı ağlımı bir ahugözlü; Bir bənövşə boylu, bir laləüzlü. M.V.Vidadi. O ahugözlü, deyirlər, bu gün şikarə gedib; Alıbdı səbrü qərarımı aşikarə gedib....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed