Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ACDIRMA (ID - 101)

“Acdırmaq”dan fis.

ACDIRMAQ (ID - 102)

icb. Acmasına səbəb olmaq, aclıq hissi oyatmaq. Yol adamı acdırır.

ACGÖDƏN (ID - 103)

sif. dan. Çoxyeyən, doymaq bilməyən.

ACGÖZ(LÜ) (ID - 104)

sif. Tamahkar, heç şeydən gözü doymayan. Acgöz adam. Acgöz pişik. Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur, qazmaçılar altında qalır(dı). A.Şaiq.
// İs. mənasında. Acgözün...

ACGÖZLÜK (ID - 105)

is. 1. Tamahkarlıq, gözüdoymazlıq, hərislik. Acgözlük etmək. - Əfruz bacı pərdə altında asdığı paltarların sayınıhesabını dolaşdırdığı halda, yenə də paltar əhvalatında həmin acgözlüyündə qalmışdı. S.Rəhimov.
2....

ACI (ID - 106)

sif. 1. Dili-ağzı yandırıcı, kinə, xardal və s. dadında olan (şirin ziddi). Acı dərman. Acı badam. Acı dad. Acı istiot. Acı turp. Acı soğan. Acı çay (dişləmə çay, içinə qənd salınmamış çay).
məc. Fəlakətli, məşəqqətli,...

ACIBALDIRĞAN (ID - 107)

is. bot. Rütubətli yerlərdə bitən zəhərli ot bitkisi.

ACIBİYAN (ID - 108)

is. bot. Çoxillik alkaloidli bitki.

ACICA (ID - 109)

sif. 1. Bir qədər acı, azca acı, acıtəhər.
2. Çox acı.

ACIÇİÇƏK (ID - 110)

is. bot. Dağlıq yerlərdə, otlaqlarda bitən zəhərli ot.

ACIDİL(Lİ) (ID - 111)

ACIDİLLİ(Lİ)K (ID - 112)

mücər. Danışarkən hamını sancmaq, acılamaq, zəhərləmək xasiyyəti.

ACIXƏMRƏ (ID - 113)

is. Xəmir mayası, acıtma.

ACIİSTİOT (ID - 114)

b a x bibər.

ACIQ (ID - 115)

is. Hirs, hiddət, qeyz, qəzəb. Acığın cana ziyanı var. (Ata. sözü). [Əziz bəy:] Bir güzgüyə bax, gör gözlərin acığından qan çanağına dönübdür. M.F.Axundzadə. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı....

ACIQARPIZ (ID - 116)

is. bot. Gövdəsi yerlə sürünən çoxillik bitki (dərman bitkisi). [Acıqarpız] 3-5 qanadlı girdə yarpaqlara malikdir; sarı rəngli böyük çiçəkləri tək-tək yerləşmişdir. R.Əliyev.

ACIQDIRMAQ (ID - 117)

f 1. Ac qoymaq.
2. İştaha gətirmək, iştaha gətirməsinə səbəb olmaq. Aclıq hissi doğurmaq.

ACIQICI (ID - 118)

is. bot. Vəzəriyə, tərəyə oxşar yeməli bir bitki. ..Tellinin süfrəsi salınmışdı. Çörəklə bərabər vəzəri və acıqıcı da qoyulmuşdu. Çəmənzəminli.

ACIQ-QICIQ (ID - 119)

is. dan. Birisini acıqlandırmaq, hiddətləndirmək. Acıq-qıcıq vermək.

ACIQLANDIRMA (ID - 120)

“Acıqlandırmaq”dan fis.

ACIQLANDIRMAQ (ID - 121)

icb. Acığını tutdurmaq; öz hərəkəti, sözü və s. ilə birinin hirslənməsinə, acıqlanmasına səbəb olmaq. Dünən uşaqlar məni bərk acıqlandırmışdılar. Adamı bu qədər acıqlandırmazlar.

ACIQLANMA (ID - 122)

“Acıqlanmaq”dan fis.

ACIQLANMAQ (ID - 123)

f 1. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, qızmaq. Hər şey üçün adam acıqlanmaz. Niyə belə acıqlanmısan?
Nəbi bərk acıqlanmışdı. Boz atın ağzını geri qaytarıb, naçalnikin qoşununa təpindi. “Qacaq Nəbi”. Nina...

ACIQLI (ID - 124)

sif 1. Hirsli, hiddətli, qəzəbli. Acıqlı adam. Acıqlı nəzər. Acıqlı söz. Acıqlı cavab. - Acıqlı başda ağıl olmaz. (Ata. sözü).
// Zərf mənasında. Acıqlı baxmaq. Acıqlı cavab vermək. Acıqlı danışmaq.
Səlim bəzən...

ACIQLILIQ (ID - 125)

is. Acıqlı adamın halı, vəziyyəti, xassəsi, hirslilik.

ACIQMAQ (ID - 126)

f 1. B a x acmaq.
məh. Yoxsullaşmaq, kasıblaşmaq, əli aşağı düşmək.

ACIQOVUQ (ID - 127)

is. bot. Zəncirotu, qabsındıran (çoxillik ot).

ACIQOVUN (ID - 128)

is. bot. Çoxillik dərman bitkisi. Acıqovun düyünlü köklərə malikdir, bitkinin adətən yerüstü gövdəsi yoxdur, lakin yarpaqlar çılpaq və neştər şəklində, kənarı isə kəsik-kəsikdir. R.Əliyev

ACILAMA (ID - 129)

“Acılamaq”dan fis.

ACILAMAQ (ID - 130)

f Acı sözlər demək, zəhərləmək, sancmaq, birinə acı söz deyib qəlbini incitmək. [Zeynal:] - Sən istədiyin qədər bağır! - deyə qocanı acılayırdı. A.Şaiq. [Kor seyid] bəzi vaxt Məsməni nalayiq sözlər ilə acılarmış. S.Hüseyn....

ACILANMAQ (ID - 131)

məch. Acı sözlərlə pərt edilmək, qəlbi sındırılmaq, acı sözlər deyilmək.

ACILAŞDIRILMA (ID - 132)

“Acılaşdırılmaq”dan fis.

ACILAŞDIRILMAQ (ID - 133)

məch. Acı edilmək, dadı acı bir hala gətirilmək.

ACILAŞDIRMA (ID - 134)

“Acılaşdırmaq”dan fis.

ACILAŞDIRMAQ (ID - 135)

f Acı eləmək, dadını acı hala gətirmək. İstiot xörəyi acılaşdırdı. Bibər ağzımı acılaşdırdı.

ACILAŞMA (ID - 136)

“Acılaşmaq”dan fis.

ACILAŞMAQ (ID - 137)

f Acı olmaq, dadı tündləşmək, dadı xarab olmaq. Yağın duzu az olduğuna görə acılaşıbdır. İstidən kərə çox tez acılaşır.

ACILATMAQ (ID - 138)

b a x acılaşdırmaq.

ACILI (ID - 139)

sif Zəhərli, ağılı. Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar.. A.Divanbəyoğlu.

ACILICA (ID - 140)

is. bot. Bəzi növlərindən dərman hasil edilən çoxillik ot bitkisi.

ACILIQ (ID - 141)

is. 1. Acı şeyin halı; acı dadma. Ağız acılığı. Yağın bir az acılığı var. Ağzımda acılıq var.
məc. (bəzən cəm şəklində işlənir). Uğursuzluq, fəlakət, məşəqqət və s. nəticəsində doğan acı hiss. [Təliə:] Bəlkə...

ACILIQOTU (ID - 142)

is. bot. Yarpaqsız, buğumlu, gövdəsi qol-budaqlı kiçik kol bitki. [Acılıotunun] gövdəsi düz, qismən odunlaşmış və boz rəngli budaqları vardır. R.Əliyev

ACIMA1 (ID - 143)

“Acımaq1dan fis.

ACIMA2 (ID - 144)

“Acımaq2dan fis.

ACIMAQ1 (ID - 145)

f 1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək.
Turşumaq, qıcqırmaq, yetişmək. Xəmir acımışdır.
dan. Acıqlanmaq, hirslənmək. ..Qəssab Şamil ilə barışıb öpüşsə də, sabah, ya biri gün bir yavan ət üstə yenə...

ACIMAQ2 (ID - 146)

f 1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. M.S.Ordubadi. Səməd ustaya acıdı və səyini qiymətləndirərək maaşını .. artırdı. M.İbrahimov.
2....

ACIMIŞ (ID - 147)

fsif Turşumuş, qıcqırmış, yetişmiş. Acımış xəmir.

ACIMSOV, ACIMTIL, ACIMTRAQ (ID - 148)

b a x acıtəhər.

ACIMTILLIQ, ACIMTRAQLIQ (ID - 149)

is. Acımtraq şeyin halı, az acılıq.

ACINACAQ(LI) (ID - 150)

sif. Acımalı, rəhm edilməli, mərhəmətə layiq; kədər doğuran; bədbəxt, miskin. Acınacaq vəziyyət. Acınacaq bir mənzərə. Acınacaqlı vəziyyət. Acınacaqlı həyat. - Acınacaqlı bir hala salınmış heyvanların döşünü-başını...

Bu səhifə 17 dəfə baxılıb