Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARİ (ID - 1651)

əd. [fars.] məh. Bəli, hə, həri. Dedi:
Ari, o iki mərdi-dilir; Yuxumu yaxşı etdilər təbir. S.Ə.Şirvani.

ARİ (ID - 1652)

sif. [ər.] köhn. Çılpaq, boş; məhrum. Mürüvvətdən xali, insafdan ari; Yaradıbdır neçün bunları tari. M.F.Axundzadə. O soyuqlar ki, ruzi-fitrətdən; Ari idi bütün nəzafətdən. M.Ə.Sabir. Səfillər kimi əşcar oldu ari. M.Hadi. Hər...

ARİF (ID - 1653)

sif. [ər.] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam. - Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. C.Məmmədquluzadə. Üstü unlu olan hər arif qoca; Öz ürək sözünü deyər doyunca. S.Vurğun.
...

ARİFANƏ (ID - 1654)

zərf və sif. [ər. arif və fars. ...anə] Arifcəsinə, arif kimi, arif adama, qanacaqlı və mərifətli adama yaraşan bir surətdə. Arifanə danışmaq. Arifanə məsləhət.
Verdikcə cahaniyanə nəzhət; Yad et məni arifanə yad et. A.Səhhət....

ARİFCƏSİNƏ (ID - 1655)

b a x arifanə.

ARİFLƏŞMƏK (ID - 1656)

f. Arif olmaq, kamallı olmaq, mərifətli olmaq, ağıllılaşmaq.

ARİFLİK (ID - 1657)

is. Anlaqlılıq, mərifətlilik, vaqiflik; anlama, bilmə.

ARİFMOMETR (ID - 1658)

[yun.] Mexaniki surətdə hesab əməliyyatı icra edən hesablayıcı maşın.

ARİLƏR (ID - 1659)

cəm [əsli sanskr.] 1. Elmi ədəbiyyatlarda: xalqların Hind və İran qrupuna verilən ümumi ad; ari irqinə mənsub qövmlər. İranın müasir adı “Arilər ölkəsi” deməkdir.
2. Daha geniş və qeyri-elmi mənada Hind-Avropa dillərində...

ARİOZO (ID - 1660)

[ital.] mus. Həcmi etibarı ilə ariyadan kiçik, musiqi quruluşu cəhətdən nisbətən sərbəst tərzdə bəstələnmiş musiqi əsəri. F.Əmirovun “Sevil” operasında Gülüşün ariozosu. - Lakin məhz operaya xas olan ayrı-ayrı formalara...

ARİSTOKRAT (ID - 1661)

[yun.] Əsilzadə, kübar; aristokratiya zümrəsinə mənsub adam. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. A.Şaiq. [Firidun] küçələri dolduran səliqə ilə geyinmiş aristokratlara,...

ARİSTOKRATİYA (ID - 1662)

[yun.] 1. Hakim sinfın yüksək təbəqəsi; zadəganlar, əyanlar.
tar. Əyanlar hakimiyyəti forması - qədim Yunanıstanda zadəganların dövlət hakimiyyəti formalarından biri. Aristokratiya anlayışının meydana gəlməsi Platon və Aristotellə...

ARİSTOKRATLIQ (ID - 1663)

is. Kübarlıq, zadəganlıq, əsilzadəlik.

ARİTMIYA (ID - 1664)

[yun.] tib. Ürək fəaliyyətinin normal ritminin pozulması. Bəzi aritmiyalar qan dövranının pozulmasına, başgicəllənməyə səbəb olur.

ARİYA (ID - 1665)

[ital.] mus. 1. Opera, kantata və ya oratoriya əsərlərinin, orkestrin müşayiəti ilə bir müğənni tərəfindən ifa edilən parçası. Klassik ariya nümunələri.
Melodik cəhətdən xoş insan avazmı andıran instrumental pyes.

ARİYƏT (ID - 1666)

is. [ər.] köhn. Burovuz şey, müvəqqəti olaraq almmış şey.

ARİYƏTƏN (ID - 1667)

zərf [ər.] köhn. Müvəqqəti olaraq. Mövlana ərz eylədi ki: - Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm ariyətən təxtü tacdan əl çəkir. M.F.Axundzadə.

ARİZ (ID - 1668)

[ər.] köhn. 1. Zühur edən, ortaya çıxan, baş verən. Arizi-qəmlər əlindən ürəgim şişmiş idi; Zənn edirdim edəcəkdir ona çarə cigərim. M.Ə.Sabir.
□ Ariz olmaq - ortaya çıxmaq, qarşıya çıxmaq, baş vermək. İndi burada...

ARİZƏ (ID - 1669)

is. [ər.] köhn. 1. Maneə, çətinlik, əngəl.
// Hadisə, qəza.
Ariz olan hal, sonradan əmələ gəlmiş hal, nöqsan və s.

ARİZƏLİ (ID - 1670)

sif. köhn. Maneəli, əngəlli, keçilməsi çətin olan. Bu mövqe.. [düşmənin] müşahidə və atəş sahəsindən kənarda arizəli, qalın ağaclıq bir yer idi. Ə.Əbülhəsən.

ARKTİK (ID - 1671)

sif. coğr. Arktikaya aid olan; şimali, qütbi. Arktik uçuş. Arktik iqlim. Arktik soyuqlar. Arktik ekspedisiya.

ARKTİKA (ID - 1672)

[yun.] coğr. Yer kürəsinin şimal qütb sahəsi. Sakit okeanın isti sularının Arktikaya təsiri nisbətən zəifdir.

ARQO (ID - 1673)

[fr.] dilç. Yalnız bir məhdud və peşəkar qrupun və s.-nin işlətdiyi və başqa
larının başa düşmədiyi şərti ifadə və sözlər. Arqo xalq danışıq dili və jarqondan fərqlənir.

ARQOTIZM (ID - 1674)

[fr.] dilç. Ədəbi dilə hər hansı bir arqodan keçmiş söz və ya ifadə (b a x arqo).

ARLANMA (ID - 1675)

“Arlanmaq”dan f.is. Arsız nədən arlanar?! (Məsəl).

ARLANMAQ (ID - 1676)

f Utanmaq, həya etmək, xəcalət çəkmək.

ARLI (ID - 1677)

sif. Həyalı, utancaq.

ARLI-ABIRLI (ID - 1678)

b a x arlı.

ARMAĞAN (ID - 1679)

is. Hədiyyə, bəxşiş, pay, sovqat, töhfə. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün armağandır teliniz. M.V.Vidadi. Qoydu əzizləyib isti qoynuna; Eşqin armağanı ad verək buna. M.Rahim. Şerimlə cəbhəyə gedəcək canım;...

ARMATUR (ID - 1680)

[lat.] 1. Hər hansı bir aparat, maşın, qurğu və s. üçün lazım olan mexanizmlərin və alətlərin məcmusu. Buxar qazanının armaturu. Qoruyucu armatur.
Elektrik işığı çəkmək və s. üçün lazım olan avadanlığın hamısı.
İnşaatda...

ARMATURÇU (ID - 1681)

is. xüs. Armatur qayıran, quran və ya armatura xidmət edən fəhlə.

ARMUD (ID - 1682)

is. Alt tərəfi yumru, saplaq tərəfi isə getdikcə incələşən şirin meyvə və bu meyvənin ağacı. Armud ağacı. Armud mürəbbəsi. Armudun yaxşısını meşədə ayı yeyər. (Ata. sözü).

ARMUDBOĞAZ (ID - 1683)

sif. Boğazı uzun və arıq. [Mirab:] Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq! S.Rəhimov.

ARMUDGÜLÜ (ID - 1684)

is. bot. Çoxillik bir ot.

ARMUDLUQ (ID - 1685)

is. Armud bağı, armud ağacları əkilmiş yer. Armudluğa gedərkən birdən qara köpək cəvərəni yerə atıb, ildırım kimi götürüldü. S.S.Axundov.

ARMUDU (ID - 1686)

sif. Armuda oxşar, armud şəklində. Armudu stəkan. Armudu çiçək. - Məşuqə güllü armudu stəkana xeyli baxdı, onu saxsı cürdəkdən su ilə doldurdu və eyvana çıxıbpilləkən aşağı həyətə düşdü. S.Rəhimov. Kasıb evlərdə...

ARNAÜD (ID - 1687)

b a x alban 1-ci mənada.

ARO(Y) (ID - 1688)

is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab.

ARPA (ID - 1689)

is. 1. Adətən, yazlıq taxıl bitkisi. Arpa əkini. Ağ arpa. Arpa vələmirdən daha qidalıdır və daha yaxşı həzm olunur. - Arpanı sütül, buğdanı ötür. (Məsəl). Arpa verilməyən at qamçı gücünə yeriməz. (Ata. sözü).
2. Qızıldan,...

ARPACIQ (ID - 1690)

is. Nişan almaq üçün tüfəng, tapança və pulemyot lüləsinin uc tərəfindəki çıxıntı, qabarcıq, buruncuq. Tüfəngin arpacığı. - [Lidiya] avtomatla güllə səpələyəsəpələyə irəliləyir, getdikcə arpacığın qabağını tuturdu....

ARPALAMA (ID - 1691)

“Arpalamaq”dan f.is.

ARPALAMAQ (ID - 1692)

f. Heyvana arpa vermək. Axşamüstü Niyaz tövləyə girir, atların çulunu açır, tumarlayır, yenə də suya aparıb gətirir, arpalayırdı. Ə.Vəliyev.

ARPALANMA (ID - 1693)

“Arpalanmaq”dan f.is.

ARPALANMAQ (ID - 1694)

məch. Arpa verilmək, arpa ilə yemlənmək.

ARPALI (ID - 1695)

sif. köhn. Arpası olan (b a x arpa 2ci mənada). Arpalı boyunbağı. Arpalı başlıq.

ARPALIQ (ID - 1696)

1. sif. Arpaya aid və mənsub olan.
2. is. Atların azı dişlərindəki çökəklik, çuxur.

ARPA-SAMAN (ID - 1697)

is. Arpa və samandan ibarət heyvan (at, eşşək) yemi. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpa-samanın pulu çıxsın, barı.. B.Talıblı.

ARPASUYU (ID - 1698)

is. dan. Pivə.

ARSEN (ID - 1699)

[lat.] kim. Asan əzilən, kövrək, boz, ya sarı rəngli qeyri-metal; kimyəvi element. Arsenin bütün birləşmələri çox zəhərli maddələrdir.

ARSENİTLƏR (ID - 1700)

cəm (kim.). Arsenit turşusu duzları.

Bu səhifə 15 dəfə baxılıb