not foundTable './shagird_myusers/viewed1' is marked as crashed and last (automatic?) repair failed AFƏT sözünün izahı / AFƏT sözünün mənası

İzahlı lüğət

AFƏT

is. [ər.] 1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə.
// məc. Adam haqqında. Biri N. qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev.
// Məc. mənada. Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli.
məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında. Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati. Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi. Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı.
məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir!
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

AL3

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed