Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AĞCAVAZ(A) (ID - 451)

sif. məh. Arıq, rəngi solmuş, xəstə, zəif.

AĞCİYƏR (ID - 452)

sif. Qorxaq, cəsarətsiz, ürəksiz, aciz. Ağciyər adam. - [Məhərrəm:] Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. N.Vəzirov.

AĞCİYƏRLİK (ID - 453)

is. Qorxaqlıq, cəsarətsizlik, ürəksizlik, acizlik. [Kəyan:] Zərər yoxdur, Qulam, ağciyərlikdən ağsaç olmaq yaxşıdır! Ə.Əbülhəsən.

AĞDAŞ (ID - 454)

is. 1. Tabaşir.
2. Tikintidə istifadə edilən daş növü. Sonralar .. bir ağdaş yonana şagird oldum; daş yona-yona şikəstə oxuyardım. H.Sarabski.

AĞDƏRİLİ (ID - 455)

sif. və is. Dərisinin rəngi ağ olan (adam).

AĞDİŞ (ID - 456)

is. zool. Məməlilərin cücüyeyənlər dəstəsinə mənsub, ev siçanından kiçik heyvan.

AĞGÖZ (ID - 457)

sif. dan. 1. Qorxaq, cəsarətsiz, ağciyər.
2. məc. Şiddətli, qarlı, gecə-gündüz qar yağan. Qabaqdan da ağgöz qış gəlirdi. S.Rəhimov.

AĞGÖZLÜK (ID - 458)

is. dan. Qorxaqlıq, cəsarətsizlik, ağciyərlik.

AĞGÜN(LÜ) (ID - 459)

sif. dan. Xoşbəxt.
□ Ağgünlü olmaq - xoşbəxt olmaq. [Kiçikbəyim Məmməd bəyə dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. Çəmənzəminli.

AĞI1 (ID - 460)

is. 1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı,...

AĞI2 (ID - 461)

is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli.
□ Ağı demək (oxumaq, çəkmək, tutmaq) - 1) ölünün üstündə ağız açıb ağlamaq....

AĞIÇI (ID - 462)

is. Köhnə məişətdə: ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan, .. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vəzirov. Ağıçının gözəl səsi və nisgilli ağısı...

AĞIL1 (ID - 463)

is. [ər.] 1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka.
// Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər...

AĞIL2 (ID - 464)

is. İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı....

AĞILAMA (ID - 465)

“Ağılamaq”dan f.is.

AĞILAMAQ (ID - 466)

f. Ağı vermək, zəhərləmək.

AĞILANMA (ID - 467)

“Ağılanmaq”dan f.is.

AĞILANMAQ (ID - 468)

f. 1. Zəhərlənmək.
vulq. Yemək.

AĞILÇATMAZ (ID - 469)

sif. Anlaşılmaz, başadüşülməz, dərkedilməz, həlledilməz. Ağılçatmaz məsələ.

AĞILI (ID - 470)

sif. Zəhərli.

AĞILKƏSƏN (ID - 471)

sif. İnanıla bilən, mümkün ola bilən, həqiqətə uyğun olan, ağlabatan. Ağılkəsən iş.

AĞILLANDIRILMAQ (ID - 472)

məch. Pis yoldan saqındırılmaq, doğru yola sövq edilmək, islah edilmək.

AĞILLANDIRMA (ID - 473)

“Ağıllandırmaq”dan fis.

AĞILLANDIRMAQ (ID - 474)

f. Pis yoldan saqındırmaq, doğru yola sövq etmək, düzəltmək, islah etmək.

AĞILLANMA (ID - 475)

“Ağıllanmaq”dan f.is.

AĞILLANMAQ (ID - 476)

f. Ağıllı olmaq, ağlını başına yığmaq, düzəlmək, ciddiləşmək, pis işlərdən əl çəkmək. Yaşa dolduqca ağıllaşır. - [Mirpaşa:] Mahmud .. ağıllanmaq əvəzinə məktəbi buraxıb qaçıb kəndə. Z.Xəlil. Yəqin Həpir ağıllanıb,...

AĞILLI (ID - 477)

sif. 1. Dərrakəli, düşüncəli, şüurlu. Ağıllı adam. - Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi. N.Nərimanov. Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı. M.Hüseyn
// məc. Tədbirli, öz işini...

AĞILLI-BAŞLI (ID - 478)

sif 1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı...

AĞILLI-KAMALLI (ID - 479)

dan. b a x ağıllı 1 və 3-cü mənalarda. [Erkək Tükəzban] batinən ağıllı-kamallı bir türk qadınıdır.. B.Talıblı.

AĞILLILIQ (ID - 480)

is. 1. Düşüncəlilik, idraklılıq, zəkalılıq, şüurluluq.
// məc. Tədbirlilik.
2. Ağıl üzərində əsaslanma, ağlabatanlıq. Təklifin ağıllılığı.

AĞILSIZ (ID - 481)

sif. 1. Ağıllı olmayan, düşüncəsiz, şüursuz; axmaq, gic. Ağılsız adam.
// məc. Tədbirsiz, öz işini, öz xeyrini bilməyən, ehtiyatsız.
2. Ağla əsaslanmayan, ağla müğayir olan, ağla zidd olan. Ağılsız iş. Ağılsız hərəkət....

AĞILSIZLAŞMAQ (ID - 482)

/ Getdikcə ağlı azalmaq; səfehləşmək, gicləşmək.

AĞILSIZLIQ (ID - 483)

is. 1. Ağıl yoxluğu, şüursuzluq, düşüncəsizlik; giclik, axmaqlıq.
Tədbirsizlik, öz işini, öz xeyrini bilməmə; ağılsız hərəkət, iş. Ağılsızlıq etmək. Belə bir hərəkət ağılsızlıq olardı.

AĞILUMULMAZ (ID - 484)

sif Son dərəcə qəzəblənərək, özünü bilməmək dərəcəsinə gəlmiş. Vaqif bu təşəbbüsə qarşı bir söz belə deyə bilmədi, çünki İbrahim xan qəzəblənmişdi, ağılumulmaz (z.) bir halda idi. Çəmənzəminli.

AĞILYANA (ID - 485)

zərf dan. 1. Ağıl ilə, ağıl üzrə, ağıllı.
// Ağlabatan, ağılkəsən.
2. Təqribən, təxminən, ehtimal üzrə.

AĞIMSOV (ID - 486)

b a x ağımtıl. Ağımsov tüstü onun [Cahandar ağanın] enli dodaqlarının üstünə enmiş qalın bığlarının arasına doldu. İ.Şıxlı.

AĞIMTIL (ID - 487)

sif. Ağ rəngə çalan, ağa çalar, azacıq ağ. İldırım çaxdıqca hörümçək toru kimi bütün meşəni, ağacların yarpaqlarını, budaqlarını sarmış bu tor ağımtıl bir şəfəqlə parıldayırdı. Ə.Məmmədxanlı.

AĞIMTILLIQ (ID - 488)

is. Ağ rəngə çalarlıq, açıqağlıq, ağımtıl şeyin halı.

AĞIR (ID - 489)

sif. 1. Böyük çəkisi, vəzni olan ('yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan. - Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza.
...

AĞIRAYAQ (ID - 490)

sif. dan. 1. Mövhumata inananların fikrincə, guya gəlməsi uğursuzluğa səbəb olan, ayağı düşməyən. Ağırayaq adam.
2. Hamilə.

AĞIRBAŞLI (ID - 491)

sif. dan. Çox ciddi, ağır, təmkinli, vüqarlı. Ağırbaşlı adam.

AĞIRXASİYYƏT(Lİ) (ID - 492)

sif.. [Firidun] ..heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırxasiyyət və ağıllıdır. M.İbrahimov.

AĞIRLAMA (ID - 493)

“Ağırlamaq”dan f.is.

AĞIRLAMAQ (ID - 494)

f. dan. Əzizləmək, hörmət etmək, ehtiram göstərmək, qiymətləndirmək; ucaltmaq, saymaq, qonaq eləmək. Bir içim su ilə ağırlamadın mehmanın. Füzuli.

AĞIRLAŞDIRILMA (ID - 495)

“Ağırlaşdırılmaq”dan fis

AĞIRLAŞDIRILMAQ (ID - 496)

“Ağırlaşdırmaq”dan məch.

AĞIRLAŞDIRMA (ID - 497)

“Ağırlaşdırmaq”dan f.is.

AĞIRLAŞDIRMAQ (ID - 498)

f. 1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. Yükü ağırlaşdırmaq.
Yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. İşin gedişini ağırlaşdırmaq. Sürəti ağırlaşdırmaq.
məc. Daha da çətinləşdirmək, daha da zorlaşdırmaq,...

AĞIRLAŞMA (ID - 499)

“Ağırlaşmaq”dan f.is.

AĞIRLAŞMAQ (ID - 500)

f. 1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal.
Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi...

Bu səhifə 101 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....