Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARAYİŞ (ID - 1551)

is. [fars.] klas. Bəzək, zinət. Olub arayişi-baği-səadət cəhlpərvərlər; Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki? M.Hadi.

ARAZBARI (ID - 1552)

is. Azərbaycan musiqisində təbiət və insan gözəlliyini vəsf edən lirik xarakterli, gümrah və nikbin təsirli vokalinstrumental pyes. Aşıq Cəfər və balabançı .. məclisin ortasında dayanırlar və keçirlər arazbarı çalğısına....

ARBITR (ID - 1553)

[lat.] b a x münsif.

ARBİTRAJ (ID - 1554)

[fr.] Münsiflər məhkəməsi; idarələr, müəssisələr, təşkilatlar arasındakı mübahisəni həll edən idarənin adı.
□ Beynəlxalq Arbitraj - dövlətlər arasındakı mübahisəli məsələləri sülh yolu ilə həll etmək üçün...

ARÇAN (ID - 1555)

sif bot. Ardıc (ağac). Arçan ağacı daşa dönmüş, fəqət torpaq olmamışdır. S.Vurğun. Buxarıda alışır; Quru arçan odunu. R.Rza.

ARD (ID - 1556)

is. 1. Arxa, dal. Yükü ardına almaq.
Ardına (ardınca) düşmək - dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək.
Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan...

ARDIC (ID - 1557)

is. bot. Sərv ağacı fəsiləsindən olub, çox zaman qayalıqlarda bitən iynəyarpaqlı, həmişəyaşıl kol, ya ağac. Ardıc növləri dekorativdir.

ARDICIL (ID - 1558)

1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək.
// İs. mənasında. Nəiminin ardıcılları.
zərf Arası kəsilmədən,...

ARDICILLIQ (ID - 1559)

is. 1. Müəyyən bir fikri, məsləki dönmədən təqib etmə, axıra qədər onun ardınca getmə. Fikirdə ardıcıllıq.
Bir-birinin ardınca gəlmə, arası kəsilmədən davam etmə. Hadisələrin ardıcıllığı.
Səhər gimnastikasında...

ARDINCA (ID - 1560)

zərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək. Günlər, həftələr, aylar bir-birinin ardınca gəlib keçir.
Hər qandə şam olursə, ardıncə sübhdəmdir. Nəsimi. Xurşidi-mey...

AREAL (ID - 1561)

is. [lat.] Müxtəlif qəbildən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi.

ARENA (ID - 1562)

is. [lat.] 1. Sirk səhnəsi. Müasir sirkdə arena manej adlanır.
Fəaliyyət göstərilən yer.
biol. Orqanizmin mövcud olduğu bütün yerlərin məcmusu. Həyat arenası.

ARƏSTƏ (ID - 1563)

ARƏSTƏLƏŞDİRMƏK (ID - 1564)

f. köhn. Bəzəyərək hazır etmək, düzəldib hazırlamaq.

ARFA (ID - 1565)

[alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (mizrabsız) çalınan musiqi aləti; cəng. [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa...

ARFAÇALAN, ARFAÇI (ID - 1566)

is. Arfa çalan çalğıçı.

ARĞAC (ID - 1567)

is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu. - Xoşqədəm diz üstə oturub, sağ əlinin baş və şəhadət barmağı ilə fərşin köhnəlmiş arğaclarını...

ARĞACLAMA (ID - 1568)

“Arğaclamaq”dan f.is.

ARĞACLAMAQ (ID - 1569)

f toxuc. Xananın arğacını keçirmək.

ARĞACLANMA (ID - 1570)

“Arğaclanmaq”dan f.is.

ARĞACLANMAQ (ID - 1571)

məch. toxuc. Xanaya arğac keçirilmək.

ARĞACLIQ (ID - 1572)

is. toxuc. Arğac üçün yararlı. Arğaclıq ip.

ARĞALI (ID - 1573)

is. məh. Vəhşi qoç.

ARĞAZ (ID - 1574)

sif məh. Nə kök, nə arıq. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Bu danışığa qulaq asan hündürboylu arğaz kişi [Alo ilə Qəmərin] söhbətinə qarışdı. S.Rəhimov.

ARĞIN (ID - 1575)

yorğun-arğın - b a x yorğunarğın.

ARX (ID - 1576)

is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. - Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn.
Arxa bir də su gələr - “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm...

ARXA (ID - 1577)

is. 1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. - Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev.
...

ARXABAARXA (ID - 1578)

zərf 1. Dal-dala.
2. məc. Bütün nəsillik. Su gəlsə arxa bəsdi; Dolansa çarxa bəsdi; Bir kərə üzün görsəm; Arxabaarxa bəsdi. (Bayatı).

ARXAC (ID - 1579)

is. məh. Qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer. Arxac suvat yerindən 0,7-1 kilometr məsafədə seçilir. - Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastanaya toplanmışdı. “Qaçaq...

ARXACLAMAQ (ID - 1580)

f. məh. Sürünü, qoyunu arxaca yığmaq.

ARXACLANMAQ (ID - 1581)

məch. Arxaca yığılmaq (sürü).

ARXADAN (ID - 1582)

zərf Daldan, dal tərəfdən. Arxadan gəlmək. Arxadan vurmaq. - Topçular alayı gəlir arxadan.. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanar sarı saçlı ay. R.Rza.

ARXADAŞ (ID - 1583)

is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi.
// Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir. Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət....

ARXADAŞLIQ (ID - 1584)

is. Dostluq, yoldaşlıq. Biriki gün mənim arxadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, -dedim. M.S.Ordubadi.

ARXAİK (ID - 1585)

sif. dilç. Köhnəlmiş, qədim, köhnə. Arxaik sözlər.

ARXAİZM (ID - 1586)

is. [yun.] dilç. 1. Köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir.
Qədim zamanların qalığı.

ARXALANMA (ID - 1587)

“Arxalanmaq”dan f is.

ARXALANMAQ (ID - 1588)

f. Güvənmək, istinad etmək, bel bağlamaq. Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən .. kütlələrin istiqbalına arxalana bilərik. M.S.Ordubadi. Bu böyük günlərə arxalanaraq; Göstər bu meydanda yeni bir hünər!...

ARXALI (ID - 1589)

sif. Köməyi, himayəçisi, müdafiəçisi, tərəfdarı, qohum-əqrəbası olan. Atalar yaxşı deyib ki, “arxalı köpək qurd basar”. S.Rəhimov.

ARXALIQ (ID - 1590)

is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi,...

ARXALIQLI (ID - 1591)

sif. köhn. Əynində arxalıq olan, arxalıq geymiş. Arxalıqlı kişi. - Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev. Sərbaz...

ARXASINCA (ID - 1592)

zərf Bilavasitə dalınca, ardınca. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur. A.Şaiq. Qoşun keçib getdi. Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürdü. Çəmənzəminli. Uşaqların...

ARXASIZ (ID - 1593)

sif Köməyi, arxası, havadarı, himayəçisi olmayan; köməksiz. Arxalıya arxa olma - yamaq sayarlar; Arxasıza arxa ol - dayaq sayarlar. (Ata. sözü). Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. H.Cavid. Bu gün Hüseyn artıq...

ARXASIZLIQ (ID - 1594)

is. Arxasız adamın vəziyyəti.

ARXAYIN (ID - 1595)

zərf 1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən.
□ Arxayın olmaq - xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq. Mahmud arxayın ola biləcəyini yəqin etdi....

ARXAYINCA (ID - 1596)

bax arxayın 1 və 2-ci mənalarda. Otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi. Çəmənzəminli.

ARXAYINÇILIQ (ID - 1597)

is. dan. 1. İşlərin yaxşı gedəcəyinə əsassız olaraq inanmaq nəticəsində hasilə gələn xatircəmlik, əminlik. Arxayınçılığa tezliklə son qoyulmalıdır.
[Yolçular] öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı...

ARXAYINLAMA (ID - 1598)

“Arxaymlamaq”dan f.is.

ARXAYINLAMAQ (ID - 1599)

b a x arxayınlaşmaq.

ARXAYINLAŞDIRMA (ID - 1600)

“Arxaymlaşdırmaq”dan f.is.

Bu səhifə 39 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...

İzahlı video testlərə keç

.....