Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALA-YARIMÇIQLIQ (ID - 1001)

is. Natamamlıq, atüstülük, ala-yarımçıq görülmüş iş.

ALA-YARIMÇILIQ (ID - 1002)

b a x ala-yarım(çıq).
[Cəmil:] Bu saat ala-yarımçılıq biliklə nə eləmək olar. M.Hüseyn.

ALA-YETİŞMİŞ (ID - 1003)

b a x ala-dəymiş.

ALAYONCA (ID - 1004)

is. Yarı yonca, yarı əkin.

ALAZLAMAQ (ID - 1005)

f məh. Alışdırmaq, qızartmaq (kömürü).

ALAZLANMAQ (ID - 1006)

f məh. Alışmaq, qızarmaq, alışıb-yanmaq (kömür).

ALBALI (ID - 1007)

is. Tündqırmızı rəngli, tumlu, şirəli giləmeyvə; gilənar. Albalı mürəbbəsi. Albalı ağacı. - Albalı ağacı meyvəli bitkilərdən olub, ən çox Zaqafqaziyada və Orta Asiyada becərilir. R.Əliyev
□ Albalı rəngli-qıpqırmızı....

ALBALILIQ (ID - 1008)

is. Albalı bağı; albalı ağacları əkilmiş yer.

ALBAN (ID - 1009)

is. 1. Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; amaud.
tar. Azərbaycanın şimal hissəsində yaşamış qədim xalqın adı. ..Albanlar qırx min nəfərlə gözlənmədən Pompey ilə müharibəyə gəldilər....

ALBANCA (ID - 1010)

sif və zərf Alban dilində.

ALBİNIZM (ID - 1011)

[lat.] biol. Piqment azlığı nəticəsində dəri və saçların qeyri-normal ağlığı və gözlərin qırmızılığı.

ALBİNOS (ID - 1012)

[lat.] biol. Albinizmi olan adam, ya heyvan.

ALBOM (ID - 1013)

[fr.] 1. Şeir və s. yazmaq, şəkil çəkmək, marka yapışdırmaq və s. üçün təmiz səhifələri olan kitab, ya dəftər. Şəkil albomu. Şeir albomu. - Yenə də ruhumu kəsdi bu duyğu; Götür albomunu, mən deyim sən yaz! S.Vurğun.
Ayrıca...

ALBUXARA (ID - 1014)

is. Qurudulmuş Buxara gavalısı. [Şagird] yerdə əyləşib ət doğramağa, məğzibadam, badımcan, albuxara təmizləməyə məşğul idi. Ə.Haqverdiyev.

ALÇA (ID - 1015)

is. Cır və peyvənd cinsləri olan çəyirdəkli turş və ya şirin yumru bir meyvə. Cır alça. Alça qurusu. Turş alça. Alça mürəbbəsi. - Alça çiçəyini töküb bir balaca böyüyən kimi, göy olmağına baxmayaraq duz ilə yeyərdik....

ALÇACIQ (ID - 1016)

b a x alçaqca.

ALÇAQ (ID - 1017)

sif 1. Hündürlüyü, ucalığı az olan, yerdən, hər hansı bir səviyyədən azacıq hündür olan. Alçaq dağ. Alçaq ev. Alçaq boy. Alçaq divar. - Alçaq yerdə təpəcik özün dağ sanar. (Ata. sözü). Bura darısqal, alçaq, yarıqaranlıq...

ALÇAQBOY(LU) (ID - 1018)

sif. Boyu alçaq, bəstəboy. Kərbəlayı Qulu alçaqboylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına dik uzanmışdı.. Çəmənzəminli.

ALÇAQCA (ID - 1019)

sif. Bir az alçaq. Alçaqca divar. Alçaqca kişi.

ALÇAQCASINA (ID - 1020)

zərf və sif. Xaincəsinə, rəzilcəsinə, şərəfsizcəsinə. Alçaqcasına hərəkət etmək. Alçaqcasına böhtan.

ALÇAQDAN (ID - 1021)

zərf 1. Aşağıdan, yer səthinə yaxın. Təyyarələr alçaqdan uçur. Volqa, Don çayından 44 metr alçaqdan axır.
Pəstdən, yavaşdan. Alçaqdan oxumaq.

ALÇAQLANDIRMAQ (ID - 1022)

b a x alçaltmaq.

ALÇAQLANMAQ (ID - 1023)

b a x alçalmaq.

ALÇAQLAŞDIRMAQ (ID - 1024)

f Pisləşdirmək, alçaq etmək. Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozur və təbiətlərini alçaqlaşdırır. M.F.Axundzadə.

ALÇAQLATMAQ (ID - 1025)

f dan. Alçaq etmək, alçaq hala salmaq, yüksəkliyini azaltmaq, endirmək.

ALÇAQLIQ (ID - 1026)

is. 1. Alçaq şeyin halı. Damın alçaqlığı. Ağacın alçaqlığı. Divarın alçaqlığı.
Boy qısalığı.
məc. Pislik, xarablıq, keyfiyyətsizlik. Malın alçaqlığı. İş keyfiyyətinin alçaqlığı.
məc. Rəzillik, şərəfsizlik,...

ALÇAQTƏPƏLİ (ID - 1027)

sif. Alçaq təpələr olan. Alçaqtəpəli yer.

ALÇALDILMA (ID - 1028)

“Alçaldılmaq”dan fis.

ALÇALDILMAQ (ID - 1029)

məch. 1. Alçaq edilmək, gödəldilmək, boyu qısaldılmaq.
məc. Təhqir edilmək, nüfuzdan salınmaq, hörmətdən salınmaq. [Şəmsiyyə:] .. Lakin alçaldılmış, təhqir olunmuş bir qadın qəlbində siz bütün ömrünüzü çürüdəcək...

ALÇALIQ (ID - 1030)

is. Alça bağı, alça ağacları əkilmiş yer.

ALÇALMA (ID - 1031)

“Alçalmaq”dan f.is.

ALÇALMAQ (ID - 1032)

f. 1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır.
// Enmək, aşağı salınmaq. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. M.S.Ordubadi.
Azalmaq, zəifləmək,...

ALÇALTMA (ID - 1033)

“Alçaltmaq”dan fis.

ALÇALTMAQ (ID - 1034)

f. 1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.
məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı...

ALÇI (ID - 1035)

is. Aşıq-aşıq oyununda: aşığın bir üzü, toxan üzün arxa tərəfi. İkinci aşıq isə başqalarının əli ilə oynadılır, gah alçı durar, gah toxan. Belələrinə maça da deyilir.
Oynayanların birisi aşığın alçı durduğunu...

ALÇIDAŞI (ID - 1036)

is. İnşaatda işlənilən daş növü.

ALDADICI (ID - 1037)

sif. 1. Tovlayan, yoldan çıxaran, başdan çıxaran, hiyləgər; yalan. Aldadıcı sözlər. Aldadıcı hərəkət.
Asanlıqla aldada bilən, zahiri görünüşü ilə adamın etimadmı qazana bilən; yalançı. Zahiri görünüş aldadıcıdır....

ALDADICILIQ (ID - 1038)

is. Aldatma işi, yoldan çıxarma, başdan çıxarma; yalançılıq. [Qətibə Toğrula:] Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.

ALDADILMA (ID - 1039)

“Aldadılmaq”dan f.is.

ALDADILMAQ (ID - 1040)

məch. Tovlanmaq, yoldan çıxarılmaq, başdan çıxarılmaq.

ALDANIŞ (ID - 1041)

is. Aldanma.

ALDANMA (ID - 1042)

“Aldanmaq”dan f.is.

ALDANMAQ (ID - 1043)

ALDATMA (ID - 1044)

“Aldatmaq”dan fis.

ALDATMAQ (ID - 1045)

f. 1. Qəsdən yayındırmaq, başmı tovlamaq, yoldan çıxarmaq. Təcrübəsiz adamı aldatmaq asandır. - Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqiylə yaşayanları. S.Vurğun.
Yalan danışmaq, əsli olmayan bir şeyi doğru bir şey...

ALDƏYİŞİK (ID - 1046)

is. dan. 1. Bir şeyi verib, əvəzində başqa şey alma; mübadilə.
2. Eyni cinsdən olan şeyləri dəyişik salma.

ALDI-QAÇDI (ID - 1047)

zərf dan. 1. Kos oyunu, top-top oyununun bir növü.
2. Başlı-başmalıq, hərki-hərkilik, hərcmərclik.

ALDIRMA (ID - 1048)

“Aldırmaq”dan fiis.

ALDIRMAQ (ID - 1049)

icb. 1. Almağa məcbur etmək, almasına səbəb olmaq. Bu kitabı ona mən aldırmışam.
Başqasının vasitəsilə almaq, almağa adam göndərmək. Gözəl bir şey aldırmışam. Bir adam olsaydı, bazardan göyərti aldırardıq.
Çəkdirmək....

ALDIRMAMAQ (ID - 1050)

f Əhəmiyyət verməmək, fikir verməmək, qulaq asmamaq, vecinə almamaq, saymamaq. Nə qədər söylədimsə, aldırmadı. - Nəhayət, Əmir özünü aldırmadan dedi: - Şairin dili öz xalqının iradəsidir. M.S.Ordubadi.

Bu səhifə 11 dəfə baxılıb