İzahlı lüğət

AYAQCIQ (ID - 2251)

is. 1.”Ayaq”dan kiç. Quşun ayaqcığı.
2. bot. Çiçək və meyvənin saplaqcığı.

AYAQÇI1 (ID - 2252)

is. məh. 1. köhn. Qapı-qapı gəzib, mal satan adam; çərçi.
Kağızpaylayan, kuryer.

AYAQÇI2 (ID - 2253)

is. qəd. Keçmişdə: qədəh gəzdirən, şərab paylayan; saqi. Cam içirən ayaqçıya döndü Füzuli; Şairlərə bir içim mey sundu Füzuli. Ə.Cavad.

AYAQDAŞI (ID - 2254)

b a x dabandaşı. Hamamçının qabağında .. xırda bankaların içində rüşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı. H.Sarabski.

AYAQDUZAĞI (ID - 2255)

is. 1. Ayaq buxovu.
məc. Əngəl, maneə.

AYAQKİRƏSİ (ID - 2256)

is. köhn. dan. Getmək və gəzməklə əlaqədar olan bir iş üçün tələb olunan zəhmət haqqı.

AYAQQABI (ID - 2257)

is. Ayağa geyilən şey. Dəri ayaqqabı. Rezin ayaqqabı. Ayaqqabı mağazası. Ayaqqabı fabriki.

AYAQQABIÇI (ID - 2258)

is. Çəkməçi, ayaqqabı tikən, ya yamayan usta.

AYAQLAMA (ID - 2259)

“Ayaqlamaq”dan f.is.

AYAQLAMAQ (ID - 2260)

f 1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq.
// Məc. mənada. Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə...

AYAQLANDIRMA (ID - 2261)

“Ayaqlandırmaq”dan

AYAQLANDIRMAQ (ID - 2262)

f Üzərinə qaldırmaq, təhrik etmək, cəsarətləndirmək.

AYAQLANMA (ID - 2263)

“Ayaqlanmaq”dan f.is.

AYAQLANMAQ (ID - 2264)

1. məch. Tapdalanmaq, tapdalanıb əzilmək, ayaq altında əzilmək, məhv edilmək, xarab edilmək.
// Ayaqla basılmaq, sıxılmaq; ayaqla vurulmaq, əzişdirilmək, ayaq altına salınıb döyülmək.
t-siz. Ayağa qalxmaq, yerimək. Meşələrin...

AYAQLAŞMA (ID - 2265)

“Ayaqlaşmaq”dan f.is.

AYAQLAŞMAQ (ID - 2266)

f 1. Biri ilə ayaq-ayağa gedə bilmək, bərabər getmək, birgə yerimək. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər.
M.S.Ordubadi. [Səlim] atı yavaş-yavaş sürdü ki, Abbas kişi ayaqlaşa bilsin....

AYAQLATMAQ (ID - 2267)

icb. Tapdalatmaq, ayaq altında əzdirmək, xarab etdirmək. Əkini malqaraya ayaqlatmaq.

AYAQLI (ID - 2268)

sif. 1. Ayağı olan (b a x ayaq1
cü mənada). Ayaqlı şkaf. Ayaqlı paltarasan.
2. məc. Zirək, cəld, çevik, ayaqdan cəld.
Ayaqlı tərpənmək - cəld tərpənmək, tez hərəkət etmək. Qoca bənna səsləyirdi bir gənc fəhləni;...

AYAQLIQ (ID - 2269)

is. 1. Dikinə duran və ya qoyulan şeylərin dayanacağı. Nərdivanın ayaqlığı. Heykəlin ayaqlığı. Sütunun ayaqlığı.
Ayaqqabının üzü. Tuflinin ayaqlığı yırtılmışdır. Qaloşun ayaqlığı. Səndəlin ayaqlığı.
məh....

AYAQSEYRİ (ID - 2270)

is. dan. Əylənmək və ya istirahət üçün yaxın yerlərə ayaqla səyahət. Ayaqseyrinə çıxmaq.

AYAQSIZ (ID - 2271)

sif Ayağı olmayan, qıçsız. Ayaqsız adam. Ayaqsız taxt. - Oraq onun [quşun] hər iki ayağını biçmiş, o kiçik heyvan ayaqsız (z.) qalmışdı. A.Şaiq.

AYAQÜSTÜ (ID - 2272)

1. zərf Tələsik, oturmadan, ötəri, ayaq üstündə. Ayaqüstü yemək. Ayaqüstü işləmək. Ayaqüstü xəstəyə baş çəkdim.
[Rüstəm kişi] ..işdən xəbərdar olmaq üçün .. ayaqüstü Kələntər lələşə baş çəkməyi qərara...

AYAQÜSTÜLÜK (ID - 2273)

is. Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. Ayaqüstülük etmək.

AYAQYALIN (ID - 2274)

sif 1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov.
// Zərf mənasında. Ayaqyalın gəzmək. - Laçın .. [uşaqların] hər ikisinin dalınca...

AYAQYERİ (ID - 2275)

is. 1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.
2. Faytonda, karetdə və s.-də minmək üçün düzəldilmiş ayaq yeri.

AYAQYOLU (ID - 2276)

is. Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana.
□□ Ayaqyoluna düşmək - ishala düşmək, qamı işləmək.

AYALAMA (ID - 2277)

məh. b a x ayalqa.

AYALQA (ID - 2278)

məh. b a x ayama.

AYAMA (ID - 2279)

is. Bir adama el tərəfindən verilən ləqəb, ad. Sadıq bir az duruxub cavab verdi ki, “lağlağı ” onun ayamasıdır.
C.Məmmədquluzadə.

AYAR (ID - 2280)

is. dan. 1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı.
B a x əyyar.

AYAT (ID - 2281)

is. [ər. “ayə” söz. cəmi] b a x ayə1 1-ci mənada. Ya ki, bir molla olub soymağa məxluqatı; Xahişi-nəfslə şərh eylər idi ayatı. A.Səhhət.

AYAZ (ID - 2282)

is. Qışda buludsuz, aydın gecələrdə quru soyuq, şaxta; ümumiyyətlə, bərk soyuq. Qış yolunu yaz kəsdi; Qaranı bəyaz kəsdi; Gecə durdum qapıda; Əllərim ayaz kəsdi. (Bayatı). Gül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz,...

AYAZIMA (ID - 2283)

“Ayazımaq”dan f.is.

AYAZIMAQ (ID - 2284)

f 1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır. - Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov. Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı....

AYAZITMAQ (ID - 2285)

f Ayaza vermək, şaxtaya vermək, soyutmaq, dondurmaq.

AYAZLAMA (ID - 2286)

“Ayazlamaq”dan f.is.

AYAZLAMAQ (ID - 2287)

b a x ayazımaq 1 və 2-ci mənalarda.

AYAZLI (ID - 2288)

sif. Şaxtalı, soyuq. Sən ayazlı gecələrdə ulduzların sirdaşısan; Boranların, çovğunların, dumanların qardaşısan. S.Vurğun.

AYAZLIQ (ID - 2289)

is. 1. Buludsuz, aydın, eyni zamanda da soyuq gecə, ya gündüz.
məh. At çulunun içinə astar kimi tikilən keçə.

AYBAAY (ID - 2290)

zərf Müntəzəm surətdə hər ay, aydan-aya. Aybaay hesabat vermək. Üzvlük haqqını aybaay toplamaq. Aybaay geri gedir.

AY-BALIQ (ID - 2291)

is. zool. Tropik dənizlərdə yaşayan girdəsifət balıq. Ay-balıq ən çox kürü tökən balıqdır.

AYBAŞI (ID - 2292)

is. 1. Həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı; adət, heyz. Aybaşı orta beyindəki cinsiyyət mərkəzləri ilə tənzim olunur.
Ürəkkeçmə.

AYBƏNİZ (ID - 2293)

sif. şair. Sifəti ağ, gözəl, göyçək.

AYDIN (ID - 2294)

sif. 1. İşıqlı, aylı, mahtab. Aydın gecə. - Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid. Aydın bir gecədir, ulduzlar həsrətləyerə baxır. S.Rüstəm.
İşıqlı, nurlu, işıqsaçan.
// Parlaq.
Buludsuz, açıq, təmiz....

AYDINCA(SINA) (ID - 2295)

zərf Aydın surətdə, açıq-aydın, lap aydın. Səs aydınca eşidilir.
Uzaqda qurulmuş çadırlar da aydınca görünürdü. Çəmənzəminli.

AYDINLANMA (ID - 2296)

“Aydmlanmaq”dan fis.

AYDINLANMAQ (ID - 2297)

b a x aydınlaşmaq.

AYDINLAŞDIRILMA (ID - 2298)

“Aydınlaşdırılmaq”dan f.is.

AYDINLAŞDIRILMAQ (ID - 2299)

məch. Aydın edilmək, aşkar edilmək, müəyyən edilmək, izah edilmək.

AYDINLAŞDIRMA (ID - 2300)

“Aydmlaşdırmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed