Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ADIGEY (ID - 301)

is. Şimali Qafqazda xalq adı. Adıgeylərin xalq poeziyası.

ADIGEYCƏ (ID - 302)

sif. və zərf Adıgey dilində.

AD(I)NA (ID - 303)

is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları. Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev.

ADINALIQ (ID - 304)

is. məh. Ölən adam üçün cümə axşamı günləri verilən ehsan.

ADIVAYQANLI (ID - 305)

is. dan. Haqsız olaraq hər bir pis iş isnad edilən adam.

ADİ (ID - 306)

sif [ər.] 1. Adət halına keçmiş, gündəlik, hər vaxtkı. Adi hal. Adi işlər. Adi qayda.
// Həmişəki. Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqəsi ilə saxlamışdı. Mir Cəlal. Günəş qalın buludları yırtıb...

ADİL (ID - 307)

ADİLANƏ (ID - 308)

zərf [ər. adil və fars. ...anə] Adilcəsinə, ədalət üzrə, ədalətlə, insafla.

ADİLƏŞDİRİLMƏ (ID - 309)

“Adiləşdirilmək”dən fis.

ADİLƏŞDİRİLMƏK (ID - 310)

məch. 1. Adi hala salınmaq.
2. Bəsitləşdirilmək, sadələşdirilmək; bayağılaşdırılmaq.

ADİLƏŞDİRMƏ (ID - 311)

“Adiləşdirmək”dən fis.

ADİLƏŞDİRMƏK (ID - 312)

f 1. Adi hala salmaq.
2. Bəsitləşdirmək, sadələşdirmək; bayağılaşdırmaq. Mövzunu adiləşdirmək.

ADİLƏŞMƏ (ID - 313)

“Adiləşmək”dən fis.

ADİLƏŞMƏK (ID - 314)

f 1. Adi şəklə düşmək, həmişəki kimi olmaq.
2. Bəsitləşmək, sadələşmək; bayağılaşmaq.

ADİLİK (ID - 315)

is. 1. Adi şeyin halı. Qız etiraz etdi: - Söhbətlərimizdə adilik yoxdur. M.S.Ordubadi.
Bəsitlik, sadəlik, bayağılıq.

ADİLLİK (ID - 316)

is. Ədalətlilik, ədalət.

ADİNƏ (ID - 317)

[fars.] b a x adına.

ADQOYDU, ADQOYMA (ID - 318)

is. Uşağa ad verilməsi münasibətilə düzəldilmiş ziyafət. Adqoydu günü. Adqoyma bayramı (bir adamın adqoyma günü münasibəti ilə edilən bayram).

ADLAMA (ID - 319)

“Adlamaq”dan f.is.

ADLAMAQ (ID - 320)

b a x addamaq. Nalqıran dağları adlayıb aşarkən; Məni də alınız, uçayım dağlara; Könlümdə nə varsa açayım dağlara. M.Müşfiq. Qız kəndə gedən cığıra adlayaraq dağa qalxdı. Ə.Sadıq. [Qəhrəmani] vağzalın böyük binasından...

ADLANDIRILMA (ID - 321)

“Adlandırılmaq”dan fis.

ADLANDIRILMAQ (ID - 322)

“Adlandırmaq”dan məch. Görülmüş iş əla bir iş adlandırıla bilməz.

ADLANDIRMA (ID - 323)

“Adlandırmaq”dan f.is.

ADLANDIRMAQ (ID - 324)

f 1. Ad qoymaq, ad vermək, ləqəb qoymaq. Bütün el onu şair atası adlandırırdı. Yoldaşları onu qorxaq adlandırdılar.
Adını çəkmək, adını dilinə gətirmək. Naməlsəm məhəlləsində böyükləri öz adları ilə adlandırmaq...

ADLANMA (ID - 325)

“Adlanmaq”dan fis.

ADLANMAQ (ID - 326)

f Müəyyən ad daşımaq, müəyyən adı olmaq. Hər şey öz adı ilə adlanmalıdır.

ADLANMA(N)C (ID - 327)

is. məh. 1. Dar dərə, çay və yarğanlar üzərindən atılan kiçik körpü.
2. Çəpər yolu, çəpərin üstündən keçən yol.

ADLI (ID - 328)

sif 1. Müəyyən adı olan, ...adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.
Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin...

ADLIQ: (ID - 329)

adlıq hal qram. - kim, nə sualına cavab olan hal.

ADLI-SANLI (ID - 330)

sif 1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. - Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı...

ADMİRAL (ID - 331)

is. [ər. əmirülbəhr - “dəniz əmiri” sözündən] Bütün dövlətlərdə qəbul edilmiş hərbi dəniz donanmasında yüksək rütbə. Admiral Naximovun vaxtından bu sahillərə düşmən gəmisi yan ala bilməmişdi. M.Hüseyn. Çək lövbəri,...

ADMİRALLIQ (ID - 332)

is. 1. Admiral rütbəsi.
2. köhn. Hərbi donanmanı idarə edən ali orqan.

ADRES (ID - 333)

[fr.] 1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adını göstərən yazı; ünvan.
Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; ünvan. Ancaq...

ADRESAT (ID - 334)

[fr.] Adına məktub, teleqram və s. göndərilən şəxs.

AD-SAN (ID - 335)

is. Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. Əsrin caynağında yumaqdı ad-san; Gecə pəncərəmə dırmaşan pişik! M.Araz. [Hacı Kazım:] Ə, sənin mahalda...

ADSIZ (ID - 336)

sif. 1. Adı olmayan. Adsız ada. Adsız yerlər.
// Adı məlum olmayan. Deyir yana-yana adsız bir cisim: Günəş haqqımızı tapdayır bizim! M.Araz.
Şöhrəti, adı-sanı olmayan, tanınmayan. İgid cavanlar bəxtini burada sınar, adsızlar...

ADSIZLIQ (ID - 337)

“Adsız”dan mücər.

ADSIZ-SANSIZ (ID - 338)

sif. Adı-sanı olmayan, tanınmayan, heç bir cəhətdən məşhur olmayan, adi. Adsız-sansız adam. - Amma indi ikinci dəfə onu xəcil edən bu adam o vaxtkı adsız-sansız odunçu oğlu deyildi, xalqın sevimlisi idi və yüzlərlə havadarı vardı....

ADVOKAT (ID - 339)

is. [lat.] hüq. Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşünas. b a x vəkil 2-ci mənada. Sat var-yoxunu, advokata ver neçə xələt; Puç ol hələ-həlbət. M.Ə.Sabir. Çox yazmaq yazıçı peşəsidir, çox kitab oxumaq bikar advokatların...

ADVOKATLIQ (ID - 340)

b a x vəkillik. Rusiyada övrətlərə izn var idi ki, teleqrafxanalarda və dəmiryollarda qulluq etsinlər. İndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər. “Əkinçi”.

ADYAL (ID - 341)

is. [əsli rus.] Yun və ya iplikdən toxunma birqat yorğan. Nəriman gah adyal üstünə atılmış sədəfli tara, gah bu saat ayrılmalı olduğu babasına baxır.. Mir Cəlal. [Kəyan] oturduğu yerdən adyal döşənmiş tirədə uzanıb, şinelin...

ADYUTANT (ID - 342)

is. [əsli lat.] hərb. Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu. Qara, Çernışevin adyutantına da yer göstərdi. Ə.Əbülhəsən.

ADYUTANTLIQ (ID - 343)

is. Adyutant vəzifəsi və işi

aero... (ID - 344)

[yun.] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs.: aerologiya, aeroplan, aerostat.

AERODİNAMİK (ID - 345)

sif. Aerodinamikaya aid olan, xas olan. Aerodinamik tədqiqat. Cisimlər havada hərəkət etdikdə aerodinamik qüvvə əmələ gəlir.

AERODİNAMİKA (ID - 346)

[yun.] Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm.

AERODROM (ID - 347)

[yun.] Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililəri olan meydança.

AEROFOTOQRAFİYA (ID - 348)

[yun.] Təyyarədən bir yerin fotoşəklini çəkmə. Aerofotoqrafiya hava kəşfiyyatında xüsusilə əhəmiyyətli rol oynayır.

AEROXİZƏK (ID - 349)

is. [yun. aero və xizək] Propeller vasitəsilə hərəkət edən xizək.

AEROKLUB (ID - 350)

[yun. aero və ing. klub] Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı (klubu). Aeroklub təyyarəçilik mədəniyyətinin gözəl idarələrindən biridir. - Əli aerokluba yola düşər, Gülnaz Alya ilə teatra...

Bu səhifə 61 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri

İzahlı video testlərə keç

.....