Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALIŞQAN2 (ID - 1101)

sif. Bir şeyə vərdiş etmiş; adətkərdə, vərdişli.

ALIŞQANLIQ (ID - 1102)

is. Tez alışan, tez yanan, tez alovlanan şeyin xassəsi.

ALIŞMA1 (ID - 1103)

“Alışmaq!”dan f.is.

ALIŞMA2 (ID - 1104)

“Alışmaq2”dan f.is.

ALIŞMA3 (ID - 1105)

is. məh. Bir neçə adamın şərikli qoyun və ya mal kəsməsi. [Bəxti:] Ay balam, mənim öz ətim ola-ola, niyə qoca inəyə alışma olum. S.Rəhimov.

ALIŞMAQ1 (ID - 1106)

f Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani....

ALIŞMAQ2 (ID - 1107)

f 1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. - Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları...

ALIŞMALIQ (ID - 1108)

sif. məh. Alışma üçün qoyulan, ayrılan (b a x alışma3#). Alışmalıq qoyun.

ALIŞ-VERİŞ (ID - 1109)

is. 1. Alver, ticarət, alğısatqı. Alış-verişlə məşğul olmaq. - Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Ə.Haqverdiyev. [Hacı Saleh:] Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə....

ALIŞ-VERİŞÇİ (ID - 1110)

ALİ (ID - 1111)

sif. [ər.] 1. Ən yüksək, ən baş, ən yuxarı. Ali məhkəmə. Ali baş komandan. Ali idarələr. Ali məktəb. Ali təhsil. - [Nizami:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər....

ALİCAH (ID - 1112)

is. [ər.] klas. Yüksək rütbəli, uca mənsəbli adam.

ALİCƏNAB (ID - 1113)

sif. [ər.] 1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət. - [İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən...

ALİCƏNABLIQ (ID - 1114)

is. Nəciblik, nəcabət, mərdlik, safqəlblilik, səxavət; alicənab hərəkət. Alicənablıq göstərmək. - Nazimənin qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla (z.) oğlunu ilk dəfə ona təqdim edir.. Mir...

ALİGÖVHƏR (ID - 1115)

sif. [ər. ali və fars. gühər] klas. Yüksək nəsildən olan, əsilli, əsilnəsəbli, əsilzadə.

ALİM (ID - 1116)

[ər.] 1. is. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam. Azərbaycan alimləri. Dünyada tanınmış alim. Alimin adını fikir tarixində ölməzləşdirən onun elə bir az da şairliyidir.
2. sif. Elmli, bilikli, məlumatlı, çox...

ALİMANƏ (ID - 1117)

[ər. alim və fars. ...anə] b a x alimcəsinə.

ALİMCƏSİNƏ (ID - 1118)

zərf Alimə yaraşan bir tərzdə, bir alim kimi.

ALİMENT (ID - 1119)

is. [lat.] hüq. Övlad və ya qohumluq əlaqəsinə görə verilməli olan məbləğ, dolanışıq haqqı, xərci (məs.: uşaqlarına, ata-anasına, arvadına və i.a.). Alimentlər haqqında qanun. Aliment vermək.
[Mindilli:] Qəmər burdadır!...

ALİMƏKAN (ID - 1120)

sif [ər.] klas. b ax aliməqam.

ALİMƏQAM (ID - 1121)

sif. [ər.] klas. Yüksək rütbəli, yüksək vəzifəli, yüksək mövqe tutmuş.

ALİMƏNSƏB (ID - 1122)

sif [ər.] klas. Yüksək mənsəb (vəzifə) sahibi olan.

ALİMLİK (ID - 1123)

ALİMNÜMA (ID - 1124)

is. [ər. alim və fars. nüma] isteh. Alim olmadığı halda özünü alim kimi göstərən, özünü alimə oxşadan adam, alim qiyafəsinə girən adam; yalançı alim.

ALİMNÜMALIQ (ID - 1125)

is. köhn. Alim olmadığı halda özünü alim kimi göstərmə, özünü alimə bənzətmə, alim qiyafəsinə girmə; yalançı alimlik.

ALİNƏSƏB (ID - 1126)

sif [ər.] klas. Yüksək rütbəli, yüksək mənsəb sahibi olan.

ALİŞAN, ALİŞƏN (ID - 1127)

sif. [ər.] klas. 1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.
2....

ALİTƏHSİLLİ (ID - 1128)

sif. Ali məktəb bitirmiş. Alitəhsilli mütəxəssis. Alitəhsilli müəllim.

ALİYƏ (ID - 1129)

sif. [ər.] klas. Uca, yüksək.

ALİZARİN (ID - 1130)

[fr. əsli ər.] tex. kim. Boyaq deyilən bitki kökündən alman, yaxud süni (sintetik) surətdə hazırlanan boyaq maddəsi. Alizarin mürəkkəb. Alizarin boya.

ALKALOİD (ID - 1131)

[əsli ər.] kim. Tərkibində azot və güclü fizioloji təsiri olan qələvi xassəli üzvi maddə. Alkaloidlərin çoxu qiymətli dərman maddəsidir.

ALKOQOL (ID - 1132)

is. [ər. “əlkühl” sözündən]
Spirt. Sərxoşedici içkilərin hamısında başlıca təsir edən maddə.. alkoqoldur. R.Əliyev.
2. Araq, ümumiyyətlə spirtli içkilər. Alkoqol düşkünlüyü.

ALKOQOLİZM (ID - 1133)

Həddindən artıq spirtli içkilər içmə; spirtli içkilərə aludə olma; içki düşkünlüyü; əyyaşlıq. Alkoqolizm ilə mübarizə. Alkoqolizmə mübtəla olma. Alkoqolizm psixi və fiziki pozğunluqlar törədir.

ALKOQOLLU (ID - 1134)

ALKOQOLSUZ (ID - 1135)

sif. Tərkibində alkoqol (spirt) olmayan; spirtsiz. Alkoqolsuz içkilər.
AL-QIRMIZI sif. Tünd-qırmızı.

ALQIŞ (ID - 1136)

is. 1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. -Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi. Birdən alqışlar qopdu. M.Hüseyn. Alqış...

ALQIŞLAMA (ID - 1137)

“Alqışlamaq”dan f.is.

ALQIŞLAMAQ (ID - 1138)

f Birini təbrik etmək üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq. Artisti alqışladılar. Natiqi çox alqışladılar. - Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. S.S.Axundov.
// Təbrik...

ALQIŞLANMA (ID - 1139)

“Alqışlanmaq”dan f.is.

ALQIŞLANMAQ (ID - 1140)

məch. Əl çalınmaqla təbrik və təhsin olunmaq. Əslinə baxsan, [Gülnisə xala] oğlunun ilk müvəffəqiyyət və alqışlandığını gördükdən sonra, bircə şeyi başa düşmüşdü. Mir Cəlal.
// Bəyənilmək.

ALLAF (ID - 1141)

is. [ər.] köhn. Taxıl, un, yaxud yem, ot və s. alverçisi. Allaf dükanı.

ALLAFBAZAR (ID - 1142)

is. [ər. əllaf və fars. bazar] köhn. Keçmişdə: allaf dükanları olan bazar, ya küçə.

ALLAFLIQ (ID - 1143)

is. köhn. Allaf peşəsi.

ALLAH (ID - 1144)

is. [ər.] 1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş.. (Əsatir). Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur.. (Əfsanə). Qorqmazam bu dünyada...

ALLAHAXTARAN (ID - 1145)

b a x allahaxtarıcı.

ALLAHAXTARICI (ID - 1146)

is. tar. Allahaxtarıcılıq tərəfdarı.

ALLAHAXTARICILIQ (ID - 1147)

is. tar. 1905-ci il inqilabından sonra rus liberal ziyalıları arasında yayılmış dini-fəlsəfi cərəyan. Allahaxtarıcılığın nümayəndələri.

ALLAHARAYICI (ID - 1148)

b a x allahaxtarıcı.

ALLAHARAYICILIQ (ID - 1149)

b a x allahaxtarıcılıq.

ALLAHQURUCU (ID - 1150)

is. tar. Allahquruculuq tərəfdarı. Allahqurucuların məqsədi.

Bu səhifə 54 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət

İzahlı video testlərə keç

.....