Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARXAYINLAŞDIRMAQ (ID - 1601)

bax arxayınlatmaq. Bizi arxayınlaşdırmasınlar.

ARXAYINLAŞMA (ID - 1602)

“Arxaymlaşmaq”dan fis

ARXAYINLAŞMAQ (ID - 1603)

f. 1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
Arxayın olmaq, xatircəm olmaq, əmin...

ARXAYINLATMAQ (ID - 1604)

f Arxayın etmək, arxayın salmaq, xatircəm etmək, əmin etmək, rahat etmək.

ARXAYINLIQ (ID - 1605)

is. Sakitlik, dinclik, salamatlıq, xatircəmlik, əmin-amanlıq, rahatlıq, asudəlik. Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey .. əsgəri narahat edir. Ə.Əbülhəsən.
Arxayınlığa...

ARXAYINLIQLA (ID - 1606)

zərf Arxayın bir halda, rahat bir halda, tələsmədən. Əyyub yorğun halda işdən qayıdaraq əl-üzünü yuyur, soyunur və arxayınlıqla krovata uzananda Pakizə xalanın çiçəyi çatlayır. Mir Cəlal.

ARXEOQRAF (ID - 1607)

[yun.] Arxeoqrafiya mütəxəssisi, arxeoqrafiya ilə məşğul olan adam.

ARXEOQRAFİYA (ID - 1608)

[yun.] filol. Qədim yazı abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi. Arxeoqrafiya sahəsində ilk işlər.

ARXEOLOGİYA (ID - 1609)

[yun.] Qazıntı yolu ilə tapılan maddi mədəniyyət abidələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elm. Azıx mağarasının tədqiqi Azərbaycan arxeologiyasının mühüm hadisələrindəndir.

ARXEOLOJİ (ID - 1610)

sif. Arxeologiyaya aid olan. Arxeoloji qazıntı. Arxeoloji tədqiqat. Arxeoloji ekspedisiya. Arxeoloji tapıntılar. - 0agirdlər [Teymurdan] arxeoloji qazıntılar .. haqqında çox maraqlı və yeni şeylər eşidərdilər. Ə.Sadıq.

ARXEOLOQ (ID - 1611)

[yun.] Arxeologiya mütəxəssisi, arxeologiya ilə məşğul olan adam.

ARXİPELAQ (ID - 1612)

[ital.] Bir-birinə yaxın adalar qrupu. Abşeron arxipelaqı. Bakı arxipelaqı.

ARXİTEKTOR (ID - 1613)

[yun.] b a x memar.

ARXİTEKTURA (ID - 1614)

[yun.] 1. Bax memarlıq.
2. Hər hansı bir binanın üslubu, bədii xüsusiyyətləri. Azərbaycan arxitekturası.

ARXİV (ID - 1615)

[lat.] 1. Qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə. Arxiv sənədləri. Arxiv binası. Arxiv idarəsi.
// Bir idarənin köhnə kağızları, kitabları, sənədləri saxlanılan şöbəsi.
□ Arxivə vermək -...

ARXİVÇİ (ID - 1616)

is. 1. Arxivdə işləyən, arxivə baxan işçi. Cəfər əmi 1901-ci ildən qəza naçalniki divanxanasının arxivçisi olub(dur). H.Nəzərli.
2. Arxiv işi mütəxəssisi, arxivdə elmi iş aparan mütəxəssis.

ARXİVŞÜNAS (ID - 1617)

is. [lat. arxiv və fars. ...şünas] Arxiv işləri mütəxəssisi.

ARXİVŞÜNASLIQ (ID - 1618)

is. Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm.

ARXİYEPİSKOP (ID - 1619)

[yun.] din. Baş yepiskop (keşiş)

ARXQAZAN (ID - 1620)

sif. Arx qazmaq üçün olan. Arxqazan maşın.

ARXLAMA (ID - 1621)

“Arxlamaq”dan f.is.

ARXLAMAQ (ID - 1622)

f. k.t. Şitil və s. əkmək üçün kiçik arxlar, dayaz çuxurlar qazmaq. Aprelin axırına kimi qızlar sahələri arxlayaraq bütün şitilləri basdırdılar.

ARI1 (ID - 1623)

is. 1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar)....

ARI2 (ID - 1624)

sif. köhn. Təmiz, saf, xalis, duru, parlaq, pak. Qazan bəg .. arı sudan abdəst aldı. “Dədə Qorqud”. Aydan arı, sudan duru. (Məsəl).

ARIÇI (ID - 1625)

is. Arı saxlayan, arıçılıqla məşğul olan adam. Qəhrəman arıçının əməyini təqdir edir, balaca Sabirə arıların yaşayış qaydalarından nağıl edirdi. S.Rəhimov.

ARIÇILIQ (ID - 1626)

is. Bal hasil etmək üçün arı saxlama, arı yetişdirmə. Arıçılıqla məşğul olmaq. Arıçılıq kənd təsərrüfatının çox gəlirli sahələrindən biridir. Arıçılıq hələ eramızdan əvvəl məlum idi.

ARIDILMA (ID - 1627)

“Arıdılmaq”dan f.is.

ARIDILMAQ (ID - 1628)

ARIXANA (ID - 1629)

is. Arı pətəkləri yerləşən yer, arıçılıq təsərrüfatı. Arıxanada arı pətəkləri şahmat üsulu ilə düzülür. - Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov.

ARIQ (ID - 1630)

sif. Cılız, sısqa, zəif, cansız, ətsizyağsız (kök ziddi). Arıq adam. Arıq quzu.
Uzunboylu, arıq sifətli, açıq, mavi gözləri
ilə sakit-sakit baxan bu qoca usta, tövrünü pozmadan, yavaş-yavaş yerindən qalxdı. M.Hüseyn.

ARIQCA (ID - 1631)

sif. Çox arıq. Arıqca bir uşaq.
// Bir qədər arıq, arıqtəhər. İdarə başçısı orta yaşlı, qarayağız, arıqca bir adam idi. Mir Cəlal.

ARIQLAMA (ID - 1632)

“Arıqlamaq”dan f.is.

ARIQLAMAQ (ID - 1633)

f Zəifləmək, ətini tökmək, cansızlaşmaq. Xəstəlikdən sonra arıqlamaq. İstidən arıqlamaq.

ARIQLAŞMA (ID - 1634)

“Arıqlaşmaq”dan f.is.

ARIQLAŞMAQ (ID - 1635)

f Yavaş-yavaş, getdikcə arıqlamaq, sısqalaşmaq, zəifləşmək, cansızlaşmaq, əti-yağı tökülmək.

ARIQLATMA (ID - 1636)

“Arıqlatmaq”dan f.is.

ARIQLATMAQ (ID - 1637)

f Birinin arıqlamasına, cansızlaşmasına, ətini tökməsinə səbəb olmaq. İsti məni arıqlatdı. Atı çox sürməkdən arıqlatmaq.

ARIQLIQ (ID - 1638)

is. Arıq adamın, ya heyvanın halı; sısqalıq, cılızlıq, zəiflik, ətsizlik, cansızlıq (köklük ziddi). Uşağın arıqlığı. Atın arıqlığına baxma, çox güclüdür.

ARIQ-URUQ (ID - 1639)

b a x arıq.

ARIQUŞU (ID - 1640)

is. zool. Yaşımtıl rəngli, sərçədən bir az böyük meşə quşu.

ARINMAQ (ID - 1641)

f 1. B a x arıdılmaq.
2. qəd. Yuyunmaq, təmizlənmək, saflanmaq.

ARINMIŞ (ID - 1642)

fsif Arıdılmış, təmizlənmiş. [Sənəm xala] sol əli ilə arınmış çiyid kisəsinə söykənərək, mənə tərəf əyilir. Mir Cəlal.

ARIOT(U) (ID - 1643)

is. İriyarpaqlı, ətirli ot (alaq otu). Arıotu, limonotu və ya bədrəng.. Azərbaycanın meşəli yerlərində bitir. Tərkibində limon iyi verən yağ vardır. Qasımov.

ARITDIRMA (ID - 1644)

“Arıtdırmaq”dan f.is.

ARITDIRMAQ (ID - 1645)

icb. Təmizlətmək, safçürüyünü ayırtmaq.

ARITLAMA (ID - 1646)

“Arıtlamaq”dan f.is.

ARITLAMAQ (ID - 1647)

f Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq.
[Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev. Arvad baxıb-baxıb ayağa durdu, düyü...

ARITLANMA (ID - 1648)

“Arıtlanmaq”dan f.is.

ARITLANMAQ (ID - 1649)

məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək.

ARITMAQ (ID - 1650)

f 1. köhn. Yumaq, yuyub təmizləmək.
// Təmizləmək, saflaşdırmaq. Bu arxı kim arıdıb; Su belə duru gəlir? Sarı Aşıq.
B a x arıtlamaq.

Bu səhifə 11 dəfə baxılıb