Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AĞSU (ID - 601)

is. 1. Dağ və hündür təpələrdən axıb gələn qar və yağış suları.
2. dan. Yüngül su, mədəyə xeyirli su.

AĞŞIN (ID - 602)

b a x ağbəniz.

AĞTİKAN (ID - 603)

is. bot. Dəvələrə yem olan tikanlı ot.

AĞTİKANLIQ (ID - 604)

is. Ağtikan bitən yer, ağtikan çox olan yer.

AĞTORPAQ(LI) (ID - 605)

sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer.

AĞTÜK(LÜ) (ID - 606)

sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. - Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır. H.Sarabski.

AĞU (ID - 607)

b a x ağı1. Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban; İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. S.Ə.Şirvani.

AĞULAMA (ID - 608)

“Ağulamaq”dan f.is.

AĞULAMAQ (ID - 609)

b a x ağılamaq.

AĞULANMA (ID - 610)

“Ağulanmaq”dan f.is.

AĞULANMAQ (ID - 611)

b a x ağılanmaq. Ver şəfa ləbindən, yazığam mənə; Zəhri-fərağınla ağulanmışam. Q.Zakir.

AĞULU (ID - 612)

b a x ağılı. Bağrımın qanın ki gördün, ağulu aşımdır ol. Xətayi. Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq; Çox həvəs eyləmə ol şərbətə kim ağuludur. Füzuli.

AĞUŞ (ID - 613)

is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, - o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı.
// Məc. mənada. Madərləriniz etdi sizə mehrü...

AĞUZ (ID - 614)

is. Sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süd. [Səba] camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhimov.

AĞÜRƏK (ID - 615)

b a x ağciyər.

AĞÜZLÜ (ID - 616)

sif. Üzünün dərisi ağ olan. Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumargözlü və dolu bədənli bir qız idi. İ.Musabəyov.

AĞVALİDEYN (ID - 617)

[ər.] köhn. Ata-ana üzünə durma, qabarma; ata-ananın itaətindən çıxma. Biz övrətə heç bir söz demərik, halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. “Mol. Nəsr”.

AĞYAĞIZ (ID - 618)

sif. Üzü ağ, ağbəniz, ağsifət. Ağyağız uşaq. Ağyağız oğlan.

AĞYAL (ID - 619)

sif. 1. Ağ yallı, ağ yalı olan. Ağyal at.
2. məc. dan. Ağsaç, ağbirçək. Ağyal mamaça .. üzərlik və qara şəvəni səkinin divarlarından asırdı. S.Rəhimov.

AĞYANIZ (ID - 620)

b a x ağyağız.

AĞYARPAQ (ID - 621)

is. bot. Dəniz sahili qumlarında bitən çoxillik ot bitkisi.

AĞYARPAQLI (ID - 622)

sif. bot. Yarpaqlarının rəngi ağ olan.

AĞYOL (ID - 623)

is. astr. Aydınlıq gecələrdə göy qübbəsində işıq zolağı kimi görünən ulduzlar yığını; Südyolu, Kəhkəşan.

AĞYONCA (ID - 624)

is. bot. Çoxillik paxlalara aid yem bitkisi.

AĞZIAÇIQ (ID - 625)

sif. Maymaq, huşsuz, diqqətsiz.
□ Ağzıaçıq qalmaq - heyrət içində qalmaq, təəccüb etmək. ..Müəllim Əsədi qarşısına alıb yola düşdü və uşaqlar da ağzıaçıq qalıb, onlarla bərabər gedə bilməmələrinə təəssüf...

AĞZIAÇIQLIQ (ID - 626)

is. Maymaqlıq, huşsuzluq, diqqətsizlik.

AĞZIBİR1 (ID - 627)

zərf dan. Sözübir, dilbir, müttəfiq.

AĞZIBİR2 (ID - 628)

is. dan. Tək bir çıxacağı olan yer, darısqal yer, möhkəm yer, çıxılmaz yer.
// Dam, həbsxana. Saldın axır öz əlinlə özünü ağzıbirə; Vec bitirməz sənə, dönmə dəxi daşa, dəmirə. M.Ə.Sabir. [İskəndər:] Doğru deyir,...

AĞZIBİRLİK (ID - 629)

is. dan. Söz birliyi, ittifaq, sözü bir olma.

AĞZIBOŞ (ID - 630)

sif. 1. Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz.
// Zabitəsiz, zəif iradəli, qeyri-ciddi, sözü keçməyən. Ağzıboş adam.
2. Naqqal, boşboğaz

AĞZIBOŞLUQ (ID - 631)

is. 1. Sözünün üstündə durmama, etibarsızlıq.
// Zabitəsizlik, ciddiyyətsizlik, zəiflik, sözü keçməməzlik.
2. Naqqallıq, boşboğazlıq.

AĞZIBÜTÖV, AĞZIBÜTÜN (ID - 632)

sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var. S.Rəhimov.

AĞZIBÜTÖVLÜK, AĞZIBÜTÜNLÜK (ID - 633)

is.Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama.

AĞZICIRIQ (ID - 634)

sif. dan. 1. Ağzının bir tərəfi cırıq olan.
2. B a x ağzıboş 1-ci mənada.

AĞZIDAĞINIQ (ID - 635)

is. və sif. dan. Söz saxlamayan, sirr saxlamayan; xəbərçi. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə.

AĞZIDAĞINIQLIQ (ID - 636)

is. dan. Ağzıdağınıq adamın xasiyyəti.

AĞZIDUALI (ID - 637)

sif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi. M.Ə.Sabir. [Münəvvər] həmişə dəstəmazlı, ağzıdualı (z.), pak niyyətlə getsə də, nəticə...

AĞZIƏYRİ (ID - 638)

sif. 1. Ağzının quruluşu əyri olan.
2. məc. İncik, küskün, narazı.

AĞZIGEN (ID - 639)

sif. Ağzı enli, enli ağızlı. Ağzıgen şüşə.

AĞZIGÖYÇƏK, AĞZIGÖVÇƏK (ID - 640)

is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi....

AĞZIGÖYÇƏKLİ, AĞZIGÖVÇƏKLİK (ID - 641)

is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər. Ə.Haqverdiyev.

AĞZIHEYVƏRƏ (ID - 642)

b a x ağzıpərtöv.

AĞZIHƏDƏLİ (ID - 643)

b a x ağzıyelli.

AĞZIKƏSƏRLİ (ID - 644)

sif. dan. Sözüötən, sözükeçən, nüfuzlu; sözündə möhkəm.

AĞZIKÖPÜKLÜ (ID - 645)

sif. dan. Qudurğan, azğın. Dağlarda qar əriyəndə və yaz yağışları başlayanda bu dayaz çay ağzıköpüklü bir əjdahaya dönürdü. Çəmənzəminli. ..Dağətəyi kəndi .. ağzıköpüklü ağalarına qarşı baş qaldırmamış deyildi....

AĞZIQARA (ID - 646)

AĞZIQƏŞƏNG (ID - 647)

b a x ağzıgöyçək. ..Bir para ağzıqəşənglər başlayıblar qəzetlərində yazmağa ki, gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar, .. cəmiyyət tərtib eləsinlər. C.Məmmədquluzadə.

AĞZIMVAY (ID - 648)

sif. dan. Aciz, ölüvay, cəsarətsiz, key.

AĞZIMVAYLIQ (ID - 649)

is. dan. Acizlik, ölüvaylıq, cəsarətsizlik, keylik.

AĞZIODLU (ID - 650)

sif. dan. Çox hirsli, acıqlı, tünd danışan. Ağzıodlu (z.) danışmaq.

Bu səhifə 81 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....