Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AŞURA (ID - 2001)

is. [ər.] din. Məhərrəm ayının 10-cu günü (İmam Hüseynin qətl olunduğu gün). Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə övrət-uşağı. Q.Zakir. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı....

AŞÜFTƏ (ID - 2002)

sif. [fars.] klas. 1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhi Məcnun, gəzər vəhşi kimi səhra. Nəbati. Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına....

AŞÜFTƏLİK (ID - 2003)

is. 1. Əhvalı pozğunluq, pərişanlıq. Oldu, Vahid, xatirimdə cəmkən aşüftəlik; Müttəsil çəkməkdən ol zülfipərişan fikrini. Ə.Vahid.
Məftunluq, dəlicəsinə vurğunluq, aşiqlik.

AŞÜFTƏHAL (ID - 2004)

zərf klas. Əhvalı pozğun, pərişan.
□ Aşüftəhal etmək (eyləmək) - əhvalını pozmaq, məyus etmək, pərişan etmək. Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər. Q.Zakir. Aşüftəhal olmaq - əhvalı pozulmaq, məyus olmaq,...

AT1 (ID - 2005)

is. 1. Qoşulan və minilən ev heyvanı. Kəhər at nalı neylər?! Ağ buxaq xalı neylər.. (Bayatı). Ata minəndə özünü, atdan düşəndə atı unutma. (Ata. sözü). Uca atın üstündə oturub, kəndin alçaq divarlarından həyətin yarısını...

AT2 (ID - 2006)

is. Şahmatda filə bərabər fiqur.

ATA (ID - 2007)

is. 1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır.
Ata olmayan, ata qədrini bilməz. (Ata. sözü).
məc. Bir nəzəriyyənin, məsələnin və s.-nin banisi; rəhbər, yolgöstərən. M.F.Axundzadə Azərbaycan...

ATA-ANA (ID - 2008)

is. Öz övladına münasibətdə kişi və qadın; valideyn. Ata-analar öz uşaqlarının tərbiyəsinəfikir verməlidirlər. -Atanıananı görməsəydim, özünə xan deyərdim. (Məsəl). Tahir .. həm Nərgizin özünün, həm də ata-anasının...

ATA-ANALI (ID - 2009)

sif. Atası və anası olan. Ataanalı uşaq. Atanı-analı böyüsünlər.

ATA-ANASIZ (ID - 2010)

sif. Atası və anası olmayan; yetim. Ata-anasız uşaqlar. - [Hacı Murad:] Budur, on iki ildir ki, sən ata-anasız yetimi .. boya çatdırmışam. S.S.Axundov.

ATA-BABA (ID - 2011)

is. Əcdad, ulu baba, nəslin ilk baniləri. Ata-baba yurdu. Ata-baba qaydası. Onun ata-babası kəndli olmuşdur.
Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu... N.Nərimanov. [Cahan:] Sən gəl, ata-baba yolu ilə evlən. Ü.Hacıbəyov....

ATA-BALA (ID - 2012)

is. Ata ilə oğlu, ya qızı. [Hacı Murad:] İrəli gəl, əyləş. Bir az ata-bala dərdləşək. S.S.Axundov. Ata-bala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal.
Atalı-balalı - ata ilə oğlu (oğulları), ya qızı (qızları)...

ATABİR (ID - 2013)

sif. Bir atadan törəmiş, ata tərəfdən doğma olan. Atabir qardaş. Onlar atabir, ana ayrı bacıdırlar. - Mənim tək bircə qardaşım var,.. atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, ruhum və iki gözümün işığı....

ATADANBİR (ID - 2014)

b a x atabir.

ATADANQALMA (ID - 2015)

sif. İrs olaraq atadan qalmış. Atadanqalma ev. -.. Hacı Məcid(in) Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. [Cavad:] Ay Mirzə! Başına dolanım, atadanqalma bir parça yerim...

ATALI (ID - 2016)

sif. Atası olan. Atalı uşaq. Atalı (z.) böyümək.

ATALI-ANALI (ID - 2017)

1. B a x ata-analı. “Gərdəkdə” gəlin üçün oturmağa bir kürsü qoyub, üstə atalı-analı iki-üç yaşar bir oğlan uşağı oturdarlar. R.Əfəndiyev.
2. Atası və anası ilə bir yerdə, bərabər.

ATALIQ (ID - 2018)

is. 1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq.
Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi. - Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir....

ATAMAN (ID - 2019)

is. 1. tar. Rusiyada: kazak vilayətlərində və qədimdə kazak qoşunlarında hərbi inzibati vəzifələrin adı. Qoşun atamanı. Kazak atamanı.
Rusiyada vətəndaş müharibəsi dövründə: ağqvardiyaçı dəstələrinin başçısı (Ukraynada,...

ATAMANLIQ (ID - 2020)

is. dan. Başçılıq (mənfi mənada). Atamanlıq etmək.

ATASIZ (ID - 2021)

sif. Atası olmayan, ata tərəfdən yetim olan. Atasız uşaq. - [Fərhad:] Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim olar. Ə.Haqverdiyev.

ATASIZ-ANASIZ (ID - 2022)

sif. Yetim. [Piri kişi:] ..Balanı ölümdən xilas etmək üçün bu atasızanasızyetimi bəlaya salmısan. S.S.Axundov.

AT-AT (ID - 2023)

is. Uşaqların ağac üstə minərək oynadıqları oyun. At-at oynamaq.

ATAVİZM (ID - 2024)

[lat.] biol. Çox uzaq əcdadında olmuş xassə və əlamətlərin nəsildə görünməsi. İnsanlarda .. ulu əcdadlarının çoxdan yox olmuş əlamətləri təkdənbir ayrıayrı fərdlərdə zahirə çıxır ki, əcdadın əlamətlərinə bu cür...

ATAYANA (ID - 2025)

zərf Ata kimi, ataya məxsus bir tərzdə. Sədr atayana bir səslə: - Oğul, adam bir böyük-kiçik bilər, sözünün yerini bilər, axı. M.İbrahimov.

ATBAZ (ID - 2026)

is. [at və fars. ...baz] Son dərəcə at sevən adam, at həvəskarı. [Berezovski:] Hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. M.S.Ordubadi. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan, şirnikib...

ATBAZLIQ (ID - 2027)

is. Həddindən artıq at sevmə, at həvəskarı olma.

ATCIL (ID - 2028)

sif. dan. Atı, at saxlamağı həddindən artıq sevən. Bundan sonra ağsaqqal həkim atcıl əmisinin qocalan vaxtı atdan nə cürə yıxıldığını xatırlayıb, özünə bəraət qazandırmaq istədi. S.Rəhimov.

ATÇAPAN (ID - 2029)

is. Cıdır iştirakçısı; jokey.

ATÇAPDI, ATÇAPMA (ID - 2030)

is. Cıdır. Milli at oyunları və atçapma yarışları.

ATÇI (ID - 2031)

is. Ata baxan, at saxlayan.
// Yaxşı at minən adam; atbaz.

ATÇILIQ (ID - 2032)

is. At saxlama, at yetişdirmə. Qədim skiflərin atçılıq təsərrüfatları olmuşdur. - Əhalinin bir qismi kənd təsərrüfatı
əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla məşğul olardı. H.Sarabski.

ATÇİBİNİ (ID - 2033)

b a x atmilçəyi.

ATDIRILMAQ (ID - 2034)

“Atdırmaq”dan məch.

ATDIRMA (ID - 2035)

“Atdırmaq”dan f.is.

ATDIRMAQ (ID - 2036)

1. “Atmaq”dan icb.f Tonqala atdırmaq.
f. Kəsmək, üzmək. [Koxa] xəncəri çıxarıbpişiyin boynunu atdırdı. S.Rəhimov.
f. Maşın və s. vasitəsilə didib təmizləmək (yunu, pambığı).

ATEİST (ID - 2037)

[yun.] Ateizm tərəfdarı, allahsız. Ateistfikrin tarixi. Ateist görüşlərin rüşeymləri. Ateist baxış və əqidəsi.

ATEİZM (ID - 2038)

[yun.] Allahın varlığını, fövqəltəbii qüvvələri və dinləri elmi biliklərə əsasən inkar etmə; allahsızlıq. Ateizmin izləri. Ateizmin nəzəri əsası materialist fəlsəfədir. Ateizm tərbiyəsinin bir əsas vəzifəsi də dinin elmə...

ATELYE (ID - 2039)

[fr.] Rəssam, heykəltəraş, fotoqraf və s. emalatxanası. //Ümumiyyətlə emalatxana. Soyuducu cihazlar təmir olunan atelyelərin sayı artırılır. Yeni tikilən binanın birinci mərtəbəsində fərdi ayaqqabı atelyesi açılmışdır.
...

ATƏŞ (ID - 2040)

is. [fars.] 1. Od. Atəşin təqazası yandırmaqdır. O xasiyyət daim onda büruz edər. “Əkinçi”. Hər tərəfi atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqəbədəqiqə daralmaqda idi. A.Şaiq. Ocağın alovu sönüb...

ATƏŞBAR (ID - 2041)

sif. [fars.] şair. Od yağdıran, qızğın, hərarətli. Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir; Tökdü dürri-əşkü çəkdi ahiatəşbar sübh. Füzuli. Məktəbi-qəmdə bu dərs olmuş lisanım əzbəri; Tiri-atəşbari-qəmdən...

ATƏŞBAZ (ID - 2042)

is. [fars.] 1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fişənglər və s. hazırlayan usta; fişəngçi, pirotexnik.
2. Odla tamaşa göstərən adam.

ATƏŞBAZLIQ (ID - 2043)

is. 1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fışənglər və s. hazırlama işi; pirotexnika.
2. Əlvan və bəzəkli işıqlar verən fişənglərlə keçirilən şənlik. Məmmədhəsən mirzə də böyük...

ATƏŞBÖCƏYİ (ID - 2044)

is. zool. Üst qabığı fosforla örtülü olduğundan qaranlıqda işıq saçan böcək.

ATƏŞFƏŞAN (ID - 2045)

sif [fars.] Atəş saçan, od püskürən; çox parlaq. Yaşıl çəmən üstü gün atəşfəşan; Parıldayır lacivərdi-asiman. A.Səhhət.

ATƏŞFƏŞANLIQ (ID - 2046)

b a x atəşbazlıq 2-ci mənada. Müsamirədə dövlət filarınoniyasının .. artistləri də iştirak edəcəkdilər. Axırda atəşfəşanlıq olacaqdı. - Qaynaq şamlarının gözqamaşdırıcı qığılcımları ətrafa sıçradıqca, bayram günləri...

ATƏŞGAH (ID - 2047)

is. [fars.] 1. B a x atəşgədə. Tam bu sırada Solmaz atəşgah qapısında görünür.. C.Cabbarlı. Sonralar Suraxanı kəndində tikilmiş atəşgah indi də durur. M.Hüseyn.
2. Odluq, od yandırılan yer.

ATƏŞGƏDƏ (ID - 2048)

ATƏŞXANA (ID - 2049)

is. [fars.] Od yanan yer, ocaq, odluq.

ATƏŞİN (ID - 2050)

sif. [fars.] Odlu, od kimi isti. Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli.
// məc. Qızğın, hərarətli, ehtiraslı. Atəşin salam. - Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi....

Bu səhifə 29 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

İzahlı video testlərə keç

.....