İzahlı lüğət

ARXAYIN

zərf 1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən.
□ Arxayın olmaq - xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq. Mahmud arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. Arxayın etmək (salmaq) xatircəm etmək, əmin etmək, nigarançılıqdan qurtarmaq, qəlbən rahat etmək. Vaqif Kazımın ehtiyatkarlığına heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib yola saldı. Çəmənzəminli. Ayna. Ayazı bir daha arxayın etdi. Ə.Məmmədxanlı.
Asudə, rahat. Bu gün işim yoxdur, arxayınam.
Bir şeyə tamamilə inanmış, əmin olmuş, şübhə etməyən, əmin. Mən bunun belə olacağına tamamilə arxayın idim. İşin öhdəsindən gələ biləcəyinə arxayın deyiləm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed