İzahlı lüğət

ARD

is. 1. Arxa, dal. Yükü ardına almaq.
Ardına (ardınca) düşmək - dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək.
Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan yer. Evin ardı. Dəyirmanın ardı bağçadır. - Günəş çəkilirkən dağlar ardına; Üfüqlər qarardı, sular qarardı. S.Vurğun.
Başlanmış bir şeyin davamı, dalı, mabədi, sonu. Məqalənin ardı məcmuənin gələn nömrəsində dərc olunacaqdır. Söhbətin ardı sabaha qaldı. Hekayənin ardı uzun olacaq.
□ Ardı kəsilmək - arası kəsilmək, dalı kəsilmək, qurtarmaq, bitmək. Ardı (ardı-arası) kəsilməmək - bitməmək, qurtarmamaq, sonu-axırı görünməmək. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq.
□□ Ardı açılmaq - 1) paxırı açılmaq, təqsirinin, eybinin üstü açılmaq, ifşa olunmaq; 2) yorulmaq, taqətdən düşmək, üzülmək. Ardı atmaq - ayaq yoluna düşmək, qarın ağrısına düşmək, ayağı işləmək. Ardı burulmaq - bərk arıqlamaq, zəifləmək, yeriyərkən taqətsizlikdən ayaqları dolaşmaq. Ardı çıxmaq - 1) bərk arıqlamaq, zəifləmək, bərk yorulmaq; 2) lap qocalmaq, əldən düşmək, ölümü yaxmlaşmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......