İzahlı lüğət

ALIŞMAQ1

f Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani. Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev.
□ Alışıb yanmaq - 1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı. - Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı.
Səhhət;
// məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal; 2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm; 3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

A2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed