Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AXIR

is. 1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. - [Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev.
// sif. Axırıncı, sonuncu. Axır sözün nədir? - Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım. Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov.
Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? - [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən. Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev.
Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma). Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif. Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani. Axırı biçarə ananız sizə deyirdi: - Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə.
məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. - [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə.
B a x axı. Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. [Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə. [Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev.
□□ Axır çərşənbə - Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov. Axır ki - b a x axırı ki (“axırı”da). Axır qoymaq - son qoymaq, nəhayət vermək. [Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov. Axır nəfəs - ölüm. Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani. [Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! ..Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov. Axıra qalmaq - Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək. Axıra yetirmək (çatdırmaq) - qurtarmaq, tamamlamaq, başa çatdırmaq. Lağlağı .. sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə. Axıra yetmək (çatmaq) - qurtarmaq, tamamlanmaq, başa çatmaq. Axırı bir yana çıxmaq bir nəticə vermək, bir şeylə nəticələnmək. [Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev. Axırı xeyir olmaq - nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq. Axırı xeyir olsun! - birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir. Axırı olmaq - 1) bitmək, qurtarmaq; 2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq; 3) əldən düşmək, üzülmək, yorulmaq. Axırına daş atmaq, axırına çıxmaq - 1) məhv etmək, yox etmək, puç etmək. Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə; 2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz). Axırını eləmək - öldürmək, işini bitirmək. [Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm... N.Vəzirov. Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev. Dünyanın axırı - qiyamət. [Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev.
axır-axırda b a x axırda 2-ci mənada. Köhnə ili yaxşı başa vurmuşdum, amma axır-axırda işlər korlandı. “Kirpi”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla