İzahlı lüğət

AXITMAQ

f 1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq). - Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.
Tökmək. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinəfəğan etməyi qanun etdin. Füzuli. Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə. S.Vurğun.
□ Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq ağlamaq. Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. “Aşıq Qərib”. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü. Çəmənzəminli.
məc. Çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq. Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət. M.Ə.Sabir. [Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət. A.Şaiq.
Axar su ilə göndərmək. Çayla ağac axıtmaq.
məc. Süzmək, baxmaq. [Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözləriniyuxarı axıdıb.. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed