ZE+education...

İzahlı lüğət

AYDIN

sif. 1. İşıqlı, aylı, mahtab. Aydın gecə. - Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid. Aydın bir gecədir, ulduzlar həsrətləyerə baxır. S.Rüstəm.
İşıqlı, nurlu, işıqsaçan.
// Parlaq.
Buludsuz, açıq, təmiz. Aydın səma. Aydın hava. - Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov.
Aydın olmaq - aydınlaşmaq, açılmaq, buluddan, çəndən təmizlənmək. Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın olur. A.Divanbəyoğlu. Mən aşiq aydın olsun; Ay doğsun, aydın olsun.. (Bayatı).
// məc. Təmiz, saf, ləkəsiz, sakit. Aydın baxışlar. Aydın gözlər. - Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə etmirdi. M.Hüseyn.
Heç bir şübhə doğurmayan, aşkar, açıq, bəlli, məlum, şübhəsiz. Aydın məsələ. Fikrimiz aydındır.
Yaxşı başa düşülən, seçilən, qavranılan, eşidilən, görünən. Aydın səs. Dağların aydın görünən zirvələri. - Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsnif’lər (vokal musiqisi) və “rəng”lər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov. Aydın məqsəd olmadan işə başlamaq yaramaz. Ə.Sadıq.
Aydın etmək - aydınlaşdırmaq, aşkar etmək, bəlli etmək, müəyyənləşdirmək. Məsələni aydın etmək lazımdır. Vəziyyəti aydın etmədən heç bir söz demək olmaz. Aydın olmaq - 1) aşkar olmaq, bəlli olmaq, meydana çıxmaq. Danışıqdan aydın oldu ki, [Nəbi kişi] Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov. Bu mənzərəni görərkən hər şey aydın oldu. Ə.Məmmədxanlı; 2) görünmək, üzə çıxmaq.
□□ Aydın gün məc. - xoşbəxtlik, səadət, uğur. Aydın günə çıxmaq - uzun əzab və çətinlikdən sonra xoşbəxt olmaq. Gözün aydın (olsun)! - xoş bir münasibət və sevincli bir hadisə ilə əlaqədar olaraq söylənilən təbrik ifadəsidir. ..Yardan xəbər gəlibdi; Gözlərin aydın olsun. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ABA

AX

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yarpaq. Yarpağın quruluşu. Daxili və xarici quruluş.
Yarpaq. Yarpağın quruluşu. Daxili və xarici quruluş.
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Söz birləşmələri. İsmi birləşmələr. Feli birləşmələr
Söz birləşmələri. İsmi birləşmələr. Feli birləşmələr
......
YesNofirst box will be shown second NOT
Bağla
Yeni video
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yeni video
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Yeni video
Zülal. Zülalların quruluşu. Amin turşuları. ATF. Biologiya
Zülal. Zülalların quruluşu. Amin turşuları. ATF. Biologiya
Yeni video
Şah I Abbas. Səfəvilər dövləti.
Şah I Abbas. Səfəvilər dövləti.

İzahlı video testlərə keç