İzahlı lüğət

ATALIQ

is. 1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq.
Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi. - Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir. [Hacı Murad:] Hərgah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram. S.S.Axundov.
Ataya məxsus olan, ataya aid olan. Atalıq mülk.
Ögey ata. Rusca əlifba savadını da atalığımdan öyrənmişdim. Ə.Haqverdiyev. Axşam atalığım evə gələndə nənəm macəranı ona nəql etdi. O, razı olub məni də özü ilə bərabər fəhləliyə apardı. H.Sarabski.
Ata yerini tutan adam; himayəçi.
Atalıq etmək - ata kimi baxıb böyütmək, tərbiyələndirmək. [Almaz:] Aftil dayı elə adam deyil, o çox gözəl kişidir. O, mənə lap atalıq eləmişdir. C.Cabbarlı. Mursaqulunun atalıq edib böyütdüyü iki bacısı uşaqları var idi. S.Hüseyn. Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, bəlkə də atalıq edirdi. İ.Musabəyov.
köhn. məh. Keçmişdə qız köçərkən atasının oğlan evindən pul və ya qızıl şəklində aldığı başlıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ARX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed