İzahlı lüğət

ARTMAQ

f 1. Miqdarca, ölçücə və s.-də çoxalmaq; bol olmaq, üstə gəlmək. İnsan oxuduqca, biliyi artar.
// Törəyib çoxalmaq.
Şiddətlənmək, güclənmək. Getdikcə soyuq artır. Dənizdə tufan durmadan artır.
Yuxu gəlməz gözümə, artır azarım gecələr. M.P.Vaqif. Bahar fəsildə artar fəğanın, ey bülbül! S.Ə.Şirvani. Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət.
Yayılmaq, intişar tapmaq, möhkəmlənmək, güclənmək. Bütün dünyada demokratiya qüvvələri artır və möhkəmlənir.
məc. Tərəqqi etmək, irəliləmək, yüksəlmək, böyümək, kamilləşmək, artıb böyümək. Yazıçı hər bir əsəri ilə artır. Gənclər quruluşumuzun bütün sahələrində artırlar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ADA

ATA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed