İzahlı lüğət

ALDIRMAQ

icb. 1. Almağa məcbur etmək, almasına səbəb olmaq. Bu kitabı ona mən aldırmışam.
Başqasının vasitəsilə almaq, almağa adam göndərmək. Gözəl bir şey aldırmışam. Bir adam olsaydı, bazardan göyərti aldırardıq.
Çəkdirmək. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı fotoqrafını gözdən keçirdim. M.S.Ordubadi. [Səlim] təlim zamanı Kərimlə birlikdə aldırdığı qoşa şəkli də [paketə] qoydu. S.Rəhimov.
Üzdən kəsdirmək, götürmək (qayçı və s. ilə). Hələ keçən iləcən üzünə ülgüc dəyməmiş Cəmil, indi saqqalını tərtəmiz qırxdırıb qara, nazik bığının üstünü azacıq aldırmışdı. M.Hüseyn.
□ Üz aldırmaq, qaş aldırmaq dan. - üzündəki (qaşındakı) artıq və narın tükləri çəkdirmək (qadınlarda).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed