/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 193
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AŞAĞILATMAQ (ID - 1921)

f. 1. Aşağı salmaq, endirmək, azaltmaq, salmaq, düşürmək.
məc. Alçaltmaq, kiçiltmək. Vəzifəsini aşağılatmaq. Gərək özünü aşağılatmayaydı.

AŞBAŞI (ID - 1922)

is. məh. Aşın (plovun) başına qoyulan xuruş (ət, toyuq, quş və s.).

AŞÇI (ID - 1923)

is. xüs. Dəri, gön aşılayan usta, dabbağ.

AŞDİBİ (ID - 1924)

is. Qazanın dibində qalan qazmaq qırıntıları qarışıq aş qalığı. Aşdibi yeyənin toyunda qar yağar, - deyirlər.

AŞXANA (ID - 1925)

is. Yeməkxana. Məktəbin aşxanası. - Şofer dəftərxanaya yapışıq tikilmiş birmərtəbəli aşxananın pəncərəsindən başını çıxardıb cavab verdi. M.Hüseyn.

AŞXANAÇI (ID - 1926)

is. köhn. Aşxana saxlayan adam, aşxanaçılıqla məşğul olan adam, aşxana sahibi.

AŞXANAÇILIQ (ID - 1927)

is. köhn. Aşxanaçının işi, peşəsi.

AŞI (ID - 1928)

is. 1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat). Çiçək aşısı. Difteritə qarşı aşı....

AŞIB-DAŞMA (ID - 1929)

“Aşıb-daşmaq”dan f.is.

AŞIB-DAŞMAQ (ID - 1930)

f Həddindən artıq olmaq, son dərəcə çox olmaq, bol olmaq; tükənməmək. Arzular aşıb-daşır. Vətənimizin sərvətləri aşıb-daşır. - Küçəni dolduran insan dənizinin kin və qəzəbi get-gedə aşıb-daşırdı. M.Hüseyn. Məhəbbət...

Bu səhifə dəfə baxılıb

Bağla