Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

A2

nida. 1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir. A dostlar! A başına dönüm! A balam! - [Murov:] A kişi, mən səni üç gecədir axtarıram. M.F.Axundzadə. A quşlarım, getməyin; Məni qəmgin etməyin! A.Səhhət. [Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı! Kişi qocalıb yavaş-yavaş əldən düşür. H.Sarabski.
// Eyni mənada bəzən cümlənin ortasında işlənir. Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular səslənir. A.Şaiq.
// Bəzən cümlənin axırında təkid bildirən ədat kimi işlənir. Aparsan a! - [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Ə.Haqverdiyev.
İntonasiyadan asılı olaraq məmnunluq, hiddət, istehza, narazılıq, təəccüb və s. hissləri ifadə edir. A! Sənə nə oldu? A, nə gözəl şeydir! - [Ağa Mərdan:] A, bu dabanıkəsik Heydərqulunun oğlu imiş! M.F.Axundzadə. [Rübabə:] A Böyükxanım, niyə gülməli söz danışırsan?! Mir Cəlal.
Həyəcan, dəhşət, qorxu, peşmanlıq və s. hissləri ifadə edən səs (uzadılaraq xüsusi intonasiya ilə və bəzən təkrar şəklində işlənir). Aaa, mən nə etdim! Aaa, bu necə adamdır! Aaa, nə böyük ilandır! - Yenə bir başqa xəbər varmı? - Bizim qonşu Kərim. A... A... A? Bəli, hə, hə. - O nə qayırıb, de görüm. M.Ə.Sabir.
Bəzən cümlənin axırında və ya sözdən sonra gələrək, təəccüb bildirir, yaxud danışılan sözə diqqəti cəlb edərək, onun haqqında düşündürmək üçün işlənir. Bu paltoya yüz manat vermişəm; yüz manat a!
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Müəllif:Qonaq__51574900 (Əlavə edilib: 02.06.2019 22:23:06)
planet izahi1
Müəllif:Qonaq__51574900 (Əlavə edilib: 02.06.2019 22:23:06)
planet izahi

AD

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla