/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 165
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARINMAQ (ID - 1641)

f 1. B a x arıdılmaq.
2. qəd. Yuyunmaq, təmizlənmək, saflanmaq.

ARINMIŞ (ID - 1642)

fsif Arıdılmış, təmizlənmiş. [Sənəm xala] sol əli ilə arınmış çiyid kisəsinə söykənərək, mənə tərəf əyilir. Mir Cəlal.

ARIOT(U) (ID - 1643)

is. İriyarpaqlı, ətirli ot (alaq otu). Arıotu, limonotu və ya bədrəng.. Azərbaycanın meşəli yerlərində bitir. Tərkibində limon iyi verən yağ vardır. Qasımov.

ARITDIRMA (ID - 1644)

“Arıtdırmaq”dan f.is.

ARITDIRMAQ (ID - 1645)

icb. Təmizlətmək, safçürüyünü ayırtmaq.

ARITLAMA (ID - 1646)

“Arıtlamaq”dan f.is.

ARITLAMAQ (ID - 1647)

f Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq.
[Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev. Arvad baxıb-baxıb ayağa durdu, düyü...

ARITLANMA (ID - 1648)

“Arıtlanmaq”dan f.is.

ARITLANMAQ (ID - 1649)

məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək.

ARITMAQ (ID - 1650)

f 1. köhn. Yumaq, yuyub təmizləmək.
// Təmizləmək, saflaşdırmaq. Bu arxı kim arıdıb; Su belə duru gəlir? Sarı Aşıq.
B a x arıtlamaq.

Bu səhifə dəfə baxılıb

Bağla