/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 159
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARXACLANMAQ (ID - 1581)

məch. Arxaca yığılmaq (sürü).

ARXADAN (ID - 1582)

zərf Daldan, dal tərəfdən. Arxadan gəlmək. Arxadan vurmaq. - Topçular alayı gəlir arxadan.. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanar sarı saçlı ay. R.Rza.

ARXADAŞ (ID - 1583)

is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi.
// Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir. Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət....

ARXADAŞLIQ (ID - 1584)

is. Dostluq, yoldaşlıq. Biriki gün mənim arxadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, -dedim. M.S.Ordubadi.

ARXAİK (ID - 1585)

sif. dilç. Köhnəlmiş, qədim, köhnə. Arxaik sözlər.

ARXAİZM (ID - 1586)

is. [yun.] dilç. 1. Köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir.
Qədim zamanların qalığı.

ARXALANMA (ID - 1587)

“Arxalanmaq”dan f is.

ARXALANMAQ (ID - 1588)

f. Güvənmək, istinad etmək, bel bağlamaq. Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən .. kütlələrin istiqbalına arxalana bilərik. M.S.Ordubadi. Bu böyük günlərə arxalanaraq; Göstər bu meydanda yeni bir hünər!...

ARXALI (ID - 1589)

sif. Köməyi, himayəçisi, müdafiəçisi, tərəfdarı, qohum-əqrəbası olan. Atalar yaxşı deyib ki, “arxalı köpək qurd basar”. S.Rəhimov.

ARXALIQ (ID - 1590)

is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi,...

Bu səhifə dəfə baxılıb

Bağla