/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 130
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AMİR (ID - 1291)

AMİRANƏ (ID - 1292)

zərf və sif. [ər. amir və fars. ...anə] Əmr edərcəsinə, hökm edərcəsinə. Mən istərəm çıxarmağa könlümdən eşqini; Qılmaq itaət əmrimə, pək amiranədir. M.Hadi. Fəhlələr uşağın bu amiranə sözündən gülümsəyərək,...

AMİRLİK (ID - 1293)

“Amir”dən mücər. ..Mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu [qızı] təəccübləndirməyə bilməzdi. M.S.Ordubadi.

AMMA (ID - 1294)

bağl. 1. Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir. ..Amma şirin dilli, açıq qabaqlı; Könül aşinası, hayıf ki, yoxdur. M.P.Vaqif. Sən bir gözəlcə qönçəsən, amma yabanısan....

AMMİAK (ID - 1295)

[yun.] kim. Azot ilə hidrogen birləşməsindən əmələ gələn kəskin qoxulu rəngsiz qaz. - Mədən gübrələri ammiak şorasından ibarətdir.

AMMONİUM (ID - 1296)

[yun.] kim. Bir çox duzların tərkibində olan, sərbəst halda tapılmayan, tərkibi azot və hidrogendən ibarət olan atomlar qrupu (texnika və kənd təsərrüfatında işlədilir). Ammonium duzları.

AMNİSTİYA (ID - 1297)

[yun.] Ali dövlət orqanının qərarı ilə məhkəmə tərəfindən iş kəsilmiş şəxslərin cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tamamilə azad edilməsi.
// Ali dövlət orqanlarının bu xüsusda verdiyi fərman....

AMORF (ID - 1298)

sif. [yun.] Formasız, şəkilsiz. Təbiətdə amorf maddələr kristallara nisbətən azdır.
□ Amorf dillər dilç. - sözlərin formal (şəkli) əlamətləri (məs.: sonluqları) olmayan və buna görə də müxtəlif qrammatik əlaqələri...

AMORTİZASİYA (ID - 1299)

[lat.] 1. iqt. Avadanlığın işlənməsi nəticəsində dəyərinin getdikcə azalması.
2. tex. Xüsusi mexanizmlərin köməyi ilə avtomobil, təyyarə və s.-də zərbə və təkan təsirinin azaldılması.

AMORTİZATOR (ID - 1300)

[fr.] Avtomobil, təyyarə və s. maşın və cihazlarda zərbənin təsirini azaldan mexanizm. Yaylı amortizator.

Bu səhifə dəfə baxılıb

Bağla